29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Deputat deyir ki, əgər azyaşlının saçı qırxılıbsa, həmin polislər cəzalandırılmalıdır
Əlisahib adlı azyaşlının “Tik-tok”da polisi təhqir etdikdən sonra saçı qırxılmış halda sosial şəbəkədə görüntülənməsi müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri iddia ediblər ki, o, polisi təhqir etdikdən sonra bu vəziyyətə salınıb.
Daxili İşlər Nazirliyi (DİN) iddiaları qəbul etməyib.
Qurumun rəsmisi Nurlan Əliyev yayılan görüntülərin hər hansı polis idarəsinin inzibati binasında çəkilmədiyini deyib. O, məsələnin araşdırıldığını deyib.
Hüquq müdafiəçisi Rüfət Səfərov isə öz təcrübəsinə əsaslanaraq, bu hadisənin polis tərəfindən tərədildiyinə əminliyini ifadə edib.
Bəs sənət adamları, yaradıcı şəxslər hadisə ilə bağlı nə düşünür?
Şair Aqşin Yenisey “Facebook” profilində bu məsələyə münasibət bildirməsi də birmənalı qarşılanmayıb.
Aqşin YeniseyYenisey bu hadisəni polisin vətəndaşın anlaya biləcəyi dildə danışması kimi qiymətləndirib.
“Söyüşə minimum on doqquz bıçaq zərbəsi ilə cavab verən vətəndaşı qəhrəman elan edən cəmiyyət, söyüşə görə vətəndaşı vətəndaşın öz qandığı yolla cəzalandıran polisdən qanun tələb edir. Əlbəttə, polis qanun keşikçisidir, amma xalqın, cəmiyyətin hörmət etmədiyi qanuna niyə keşik çəkməlidir ki?”, – Yenisey qeyd edib.
“Aqşinin yazdıqlarında daha çox ironiya sezdim”
Yazıçı Şərif Ağayar isə Meydan TV-yə deyib ki, dövləti təmsil edən hər hansı bir şəxs, insan qanundan kənar addım atmamalıdır.
O düşünür ki, Aqşin Yeniseyin yazdığında da ironiya var:
“Aqşinin yazdıqlarında daha çox ironiya sezdim. Məncə, demək istəyib ki, qanun yadımıza yalnız qaşı tərəf onu pozanda düşməməlidir. Qanuna hörmət etməliyik ki, haqqımız tapdananda da ondan imdad diləyə bilək. Aqşin Yenisey yəqin ki, belə demək istəyib. Mən belə başa düşürəm”.
Şərif Ağayar
“Hər bir vətəndaş öz adından hərəkət edir. O, sarsaqlaya, ağlına gələni danışa, edə bilir. Polis isə dövləti təmsil edir. Dövləti təmsil edən hər hansı bir şəxs, insan qanundan kənar addım atmamalıdır. Azərbaycanın İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi kimi adekvat cəza qanunları var. Qanunda boş yer yoxdur ki, kimsə öz ağlı ilə şəxsiyyəti alçaltmaq istiqamətində xüsusi cəza üsulu uydursun. Polis baş verənləri inkar etdi. Mən də inanmağa çalışıram ki, belə bir şey olmayıb. Saç qırxmaq mafiya qaydalarına aid əməldir. Dövlət bu cür işləməmlidir. İşləməz də”.
“Qanun hamıya aid olmayanda xaos olur”
Xalq artisti Rasim Balayev hesab edir ki, qanunlar hamiya aid olmayanda xaos baş verir: “Azərbaycanda qanunların necə işləməsindən xəbərim yoxdur. Bəzən polis orqanlarında işləyənlər belə bir ifadə işlədirlər: qanun şahdır, şah qanun deyil. Qanun hamıya eyni dərəcədə aid olmalıdır. Bəzən şəhərdə maşın sürəndə görürəm ki, yanımdan biri çox sürətlə keçdi. Baxırsan ki, maşının nömrəsi bərkgedəndir. Polislər ona heç nə demirlər. Başqa birisini saxlayırlar. Qanun hamıya aid olmayanda xaos olur”.
“Əgər belə bir qanunsuzluq olursa, buna yol verənlər mütləq cəzalandırılmalıdır”
Millət vəkili Fazil Musatafa deyir ki, əgər belə hal baş veribsə, qanunaziddir: “Məsələ ilə bağlı aidiyyəti qurumun rəsmi açıqlaması oldu. Əgər belə bir hal baş veribsə bu, qanunaziddir. Vətəndaş bir söyüşə görə savadsızlıqdan, cahillikdən kimisə bıçaqlaya bilər. Buna görə də cəzasını çəkməlidir. Amma bütün hallarda polis qanunu qorumalıdır. Hər hansısa bir adam hətta söyüş söyübsə belə konkret olaraq məsuliyyətə cəlb olunmalıdır”.
Foto: Meydan TV
“Əgər belə bir qanunsuzluq olursa, buna yol vermiş əməkdaşlar mütləq cəzalandırılmalıdır. Tərəflər arasında kimin haqlı olduğunu təyin etmək bir qədər çətindir. Bütün hallarda polis vətəndaşa qarşı qanunazidd davranış göstərməmlidir”, – deyə Fazil Mustafa bildirib.
“Bəzən insanlar hakimiyyətə yaltaqlanmaq üçün günahı mentalitetdə görürlər”
Yazıçı Rasim Qaraca isə bildirib ki, bəzən insanlar hakimiyyətə yaltaqlanmaq üçün bütün günahı mentalitetdə görür: “Bütün günahları mentalitetdə görmək də hakimiyyətə yaltaqlanmağın yeni bir formasıdır, deyəsən. İnanıram ki, Aqşində belə deyil”.
Foto: Rasim Qaracanın şəxsi arxivindən
“Tik-tok”da canlı yayım açaraq polisin ünvanına təhqirlər səsləndirdiyi deyilən gəncin tutularaq ona qarşı aşağılayıcı hərəkətlər edildiyi bildirilir.
Hadisə baş verən gün DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev də məsələyə “Facebook” səhifəsində münasibət bildirib: “Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır”.
“Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə “TikTok”da “jeton” toplamaq niyəti ilə çəkilib”, – deyə o bildirib.