Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Azərbaycan redaktorlara görə təzminat ödəyəcək

Tarix:19-01-2023, 13:24 Baxış Sayı:91

Azərbaycan redaktorlara görə təzminat ödəyəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 19-da Azərbaycandan göndərilmiş bir neçə şikayət üzrə qərarlarını elan edib. AİHM onlardan iki jurnalistin şikayətlərini əsaslı sayıb.

 

Hüquqşünas Xalid Ağalıyevin verdiyi məlumata görə, məhkəmə “Xural” qəzetinin həbsdə olan baş redaktoru “Əvəz Zeynallı Azərbaycana qarşı” işində ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olunduğu qərarına gəlib: “Məhkəmə işi 2010-cu ildə “Xural” qəzetinin iki məqaləyə görə mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiası ilə bağlı idi”.

 

X.Ağalıyev qeyd edib ki, mübahisəli “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” və “Mətbu qəssab” məqalələrində bir sıra məsələlərlə yanaşı, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun hazırda mənimsəmə ittihamı ilə həbsdə olan icraçı direktoru Vüqar Səfərli də tənqid olunmuşdu: “Vüqar Səfərli şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət etmiş, məhkəmələr “Xural” qəzetini 5 min manat cərimələmişdilər”.

 

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 6 min avro ödəməlidir.

 

Ə.Zeynallı hazırda həbsdədir. O, ötən ilin sentyabrında rüşvət ittihamı ilə saxlanıb, haqqında həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmir. O, bundan da əvvəl – 2011-ci ildə yenə rüşvət ittihamı ilə saxlanmış və 9 il həbs cəzası almışdı. Amma onda da ittihamı qurama sayan jurnalist 2014-cü ilin sonunda prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa çıxmışdı.

 

Hüquqşünasın sözlərinə görə, “Azadlıq” qəzetinin baş redaktoru “Qənimət Zahid Azərbaycana qarşı” işində ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verilib: “Bu məhkəmə işi ərizəçinin 2007-ci ildə xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlı idi”.

 

O bildirib ki, yerli məhkəmələr ərizəçini təqsirli bilib, barəsində 4 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıblar: “Ərizəçi ardınca 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib. Avropa Məhkəməsi bu işdə ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verdi. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 6 min avro ödəməlidir”.

 

Hələlik, AİHM qərarlarına rəsmi qurumlardan və başqa maraqlı şəxslərdən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL