Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Bakıda 3 təşkilat qaldığı ofisi boşaldır

Tarix:15-01-2023, 11:28 Baxış Sayı:87

Bakıda 3 təşkilat qaldığı ofisi boşaldır

Yanvarın 15-də Azərbaycanda fəaliyyət göstərən İctimai Siyasət İnstitutu, Hüquqi Təşəbbüslər Mərkəzi və “Müdafiə Xətti” Təşkilatının paytaxt Bakıda yerləşdikləri “Kaspian Plaza”nı tərk etdikləri bildirilir.

 

Bu barədə Azadlıq Radiosuna “Müdafiə Xətti” Təşkilatının həmtəsisçisi Zaur Əkbər açıqlama verib:

 

“ “Caspian Plaza”nın rəhbərliyi adından yanvarın 11-də bizə bildirildi ki, yanvarın sonunadək ofisi tərk etməliyik. Sonra isə yanvarın 15-ni dedilər”.

 

Amma o, “Kaspian Plaza”nın rəhbərliyini qınamayıb. Zaur Əkbər bunu hakimiyyətin təzyiqi ilə izah edib.

 

Onun sözlərinə görə, hələ d ekabrın 30-da gənc fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı “Kaspian Plaza”da mətbuat konfransı keçirmək istəyiblər, amma oradan deyilib ki, buna icazə verməyəcəklər:

 

“Həmin vaxt polis də gəldiyindən, mətbuat konfransını Müsavat Partiyasının qərargahında keçirdik”.

 

Z.Əkbər bəhs etdiyi 3 təşkilat haqqında bunları deyib:

 

“Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai Siyasət İnstitut, Ziya Quliyevin Hüquqi Təşəbbüslər Mərkəzi və həmtəsisçisi olduğum Müdafiə Xətti Təşkilatı. Bəxtiyar Hacıyev 2015-ci ildən ofisi kirayəyə götürüb, mənimlə Ziya Quliyev 2017-ci ildən burdayıq. 2020-ci ildən isə Müdafiə Xətti Təşkilatı mərkəzdə yer götürdü”.

 

Zaur Əkbər “Kaspian Plaza” ilə müqaviləni Bəxtiyar Hacıyevin bağladığını, ancaq hansı müddətə olduğunu bilmədiyini söyləyib:

 

“Vəkil vasitəsilə Bəxtiyar bəyə məlumat göndərmişik, vəkil hələ onunla görüşmədiyindən bir şey deyə bilməyəcəm”.

 

O deyib ki, bu gün, yanvarın 15-də axşama doğru ofisi təhvil verəcəklər.
Zaur Əkbər hazırda əşyalarını daşıdıqlarını vurğulayıb.

 

Amma, hələlik, bütün bu deyilənlərə “Kaspian Plaza”nın rəhbərliyinin və rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.
Rəsmilər bir qayda olaraq vətəndaş cəmiyyətinin təmsilçilərinə təzyiqlərin edilməsi ilə bağlı şikayətləri əsaslı saymırlar.

 

Yeri gəlmişkən iki gün öncə, yanvarın 13-də həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Vəkil Elçin Sadıqov bildirib ki, əvvəl B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı. Onun deməsinə görə, yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.Vəkil bildirib ki, müdafiə tərəfi əvvəlki və yeni ittihamla razı deyil.

 

Əvvəlki ittihamla gəncə fəala 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.

 

Xatırlatma

 

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal B.Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

 

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

 

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

AzadlıqRadiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL