Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
22.12.2022-ci ildə İmişli rayon Yalavac kənd orta məktəbin kimya müəlliməsi Aynur Niftalıyeva ilə kollektiv arasında təntənəli vida görüşü keçirilmiş, Aynur Niftalıyeva elan etmişdir ki, İmişli şəhər 1 saylı Orta Məktəbin direktoru vəzifəsinə təsdiq edilir, bununla bağlı A.Niftalıyeva facebook hesabında paylaşımlar etmiş, onu təbrik edənlərə təşəkkürünü bildirmişdir.
Qeyd edilənlərlə bağlı 1 saylı Orta Məktəbin müəllim kollektivinə xəbər çatdıqdan sonra 23-24 dekabrda müəllimlər bildirmişlər ki, Niftalıyevanın məktəbə direktor təyin edilməsinin əleyhinədirlər, bu haqda Təhsil Nazirinə ünlanlanmış imza toplayacaqlar.
Müəllimlərin onun əleyhinə olduqlarını eşidən Niftalıyeva onları qorxutmaq, fikirlərindən daşındırmaq qərarına gəlmiş, bunun üçün İmişlidə Polisdə işləyən qardaşı Elsevər Niftalıyevin köməyindən istifadə etmiş, 26.12.2022-ci ildə 1 saylı Orta Məktəbə polis əməkdaşları göndərmişdir.
26.12.2022-ci ildə 2 Polis əməkdaşı üzərlərində dəyənək, ratsiya, silah məktəbə gələrək onları 1 saylı Orta Məktəbin direktorunun qardaşı Elsevər Niftəliyevin göndərdiyini bildirib, bir müddət məktəbin həyətində gözətçilik etmişlər.
Polislərin A.Niftalıyeva tərəfindən göndərilməsindən şagird, müəllim və valideynlər möhkəm qorxmuş, güclü ruhi həyəcan keçirmişlər. Sonra polislər məktəbin binasına daxil olmağı tələb etmişlər.
Məktəbin binasına, müəllimlər otağına daxil olan polislər məktəb direktorunun qardaşı Elsevər Niftəliyev tərəfindən göndərildiyini bir daha xatırlatmış və o əmr verənə kimi məktəbi tərk etməyəcəklərini bildirmişlər. Məktəbin rəhbərliyi ilə uzun sürən danışıqlardan sonra polislər getməyə razılıq vermişlər.
Məktəbdə təhsil alan şagirdlərin valideynləri belə qanunsuz hərəkətlərə etiraz etmiş və Təhsil Nazirliyini etinasız yanaşmamağa çağırmışlar. Valideynlərin Təhsil Nazirliyinə etdikləri müraciətə cavab verilmir, anormallıq ört-basdır edilir.
Özünü direktor kimi elan edən İmişli rayon Yalavac kənd orta məktəbin kimya müəlliməsi Aynur Niftalıyeva bir neçə aylar öncədən başlayaraq, həftədə 1 dəfə İmişli rayon Təhsil sektorunun rəhbəri Vahid Tağıyevin qəbuluna gəlmiş, hansısa ciddi məsələni saatlarla müzakirə etmişdir. Təxmin edilir ki, Vahid müəllim Aynur xanımın direktor təyinatını həll edir, ona yardımçı olurmuşdur.
Qeyd: İmişli Təhsil sektorunun rəhbəri məhşur Vahid Tağıyevə arxalanan Aynur Niftalıyeva sosial şəbəkə vasitəsi ilə direktor təyin olunması barədə paylaşımlar etməklə, pedaqoji-müəllim heyətində narahatlıq yaratmaq üçün qardaşı Elsevər Niftaləyevin köməkliyi ilə məktəbə polis göndərərək görəsən qabaqcadan haradan bilir ki, direktor təyin olunacaq? Yəqin ki, münəccimlik Vahid müəllimdən keçib.
Xəbərdar olun! Növbəti Nostradamus peyda olub!
GundemXeber.Az