Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Astara şəhərində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan hələ də narahatlıqla danışırlar. Yerli sakinlər həmin olayın tez bir zamanda obyektiv araşdırılmasını istəyirlər. Onlar iki ölkə arasında müharibə istəmədiklərini ifadə edirlər. Adının çəkilməsini istəməyən yerli sakinlərdən biri: “Elə bildim ki, müharibə olacaq, qorxdum. Müharibə dəhşətdir, Allah eləsin sakitliklə keçsin… 30 ilə yaxındır İranın qapısı açıqdır. Söz yox ki, koronavirus pandemiyasına görə indi piyada keçidi bağlıdır. Silahlı basqından çox üzüldük”.
O, mövzunu dəyişir və bildirir ki, bu hadisədən sonra İrandan gətirilən məhsulların qiymətlərində artım müşahidə olunur: “Yağlar bahalaşıb. Yuyucu tozlar da elə. Ancaq şirniyyat çox ucuzdur. Bu mağazalarda, əsasən, İrandan gətirilən mallar satılır”.
Piyada keçidinə gedən yol
Yerli sakinlər bu mövzuda danışmağa elə də meylli deyillər. Onlar bunu narahatlıqları ilə izah edirlər. Sakinlərdən başqa biri: “Biz sərhəddə yaşayırıq, ona görə danışmaq istəmirlər. Əvvəlki kimi İrandan mallar gəlir. Mal təkcə buraya gəlmir, Azərbaycanın digər bölgələrinə də aparılır. Pulumuzu verib, mal alırıq. Onlar da bizdən alır”.
O deyir ki, sərhədyanı ticarət tədricən ölür: “Elə gün olur ki, 1 manat da qazanc olmur. Səfirliyimizə basqın sərhədyanı ticarətə də pis təsir edib. Həmişə bizə qarşı gedirlər, amma biz onlara pislik etməmişik. Azərbaycanın qapıları onların üzünə açıqdır. Yük maşınları yollarımızdan istifadə edib Rusiyaya gedirlər. Vaxtilə burada insanlar qaynayırdı. Az adam gəlir. Bu yol İran gedən piyada keçiddir. İki-üç gündür ki, nə ora gedən var, nə də gələn. Biz bir qarın çörəyə işləyirik, siyasətə qarışmırıq”.
O, tələsik mağazaya girib qapını örtür.
Sərhədyanı mağazalar
İrana gedən nəqliyyat yolunda isə sıxlıqdır. Azərbaycana, Rusiyaya, Türkiyəyə məxsus yük maşınları növbəyə durublar. Yük maşınlarından birinin sürücüsü deyir ki, gömrükdən maşınları gec buraxırlar: “Rusiya maşınları, əsasən, kənd təsərrüfatı məhsulları daşıyırlar. Bizə isə oradan kartof gəlir. Saatlarla gözləyirik. Fasilə çox olur, amma gömrük işləyir. İran maşınları Azərbaycanın istənilən məntəqəsinə yükü apara bilir. Biz isə İranın gömrüyündən kənara çıxa bilmirik, icazə yoxdur. Səfirlikdə baş verənləri eşitmişik. Çox pis olduq. Qonağa əl qaldırmaq ən böyük günahdır. Sürücü babayıq, bizə deyirlər, sür, biz də sürürük”.
Sürücünün dediklərinə Azərbaycan Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb.
A.Həşimli
İctimai fəal Asən Həşimli isə deyir ki, İranda istənilən hadisə burda əks səda doğurur. O vurğulayır ki, İranda milyonlarla soydaşları yaşayır: “Oradakı informasiyalar bizə daha tez çatır. İstər-istəməz İranda baş verənlərdən narahat oluruq. Səfirliyimizə edilən silahlı basqın əhalini narazı salıb. İranla piyada gediş-gəliş dayanıb. Yalnız yük maşınları işləyir. Əvvəllər ziyarətə, müalicəyə gedənlər olurdu. İndi o da yoxdur…”.
Azadlıq radiosu