Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Baş tutmayan qətliam - qatil bir axunda şillə vursa edam edərdilər, qətl törədib, dəlixanaya salırlar

Tarix:3-02-2023, 11:17 Baxış Sayı:87

Baş tutmayan qətliam - qatil bir axunda şillə vursa edam edərdilər, qətl törədib, dəlixanaya salırlar

Başqa cür olsaydı, indi ölkədə özünü fikir bildirməyə mükəlləf hesab edənlər iki əsas qrupa bölünərdilər, bir tərəf deyərdi ki, Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş olay ailə-məişət hadisəsidir, anlaqlı olmayan adamın törətdiyi cinayətdir, başqa tərəf də bunun İran dövləti tərəfindən təşkil olunmuş siyasi terror olduğunu deyərdi. Beləcə, tərəflər arasında mübahisə qızışar, absurda gedərdi, hansı tərəfin daha gerçəkçi olduğuna dair müəmma əmələ gələrdi.

Ancaq hadisənin ilk saatlarından ortaya çıxan təfərrüatlar – yayılan videolar, İran tərəfinin açıqlamaları, qatilin davranış və ifadələri, terrorçunun İran dövlətinin nəzarətində olan TV-lər üçün brifinq keçirməsi, Azərbaycan tərəfinin öz diplomatik korpusunu İrandan təxliyə etməsi, dövlət başçısının aydın və kəskin mövqe bildirməsi və sair və ilaxır detallar təsdiqlədi ki, burada başqa heç bir versiyanın yaşamaq, mövcud olmaq haqqı yoxdur, bu, sırf siyasi terror hadisəsidir.

443.jpg (49 KB)

Buna qədər SEPAH polkovniki canlı yayımda “Azərbaycanın elçisini cəzalandıracağıq” kimi təhdid sovurmuşdu, keçmiş səfirlər, diplomatlar, sabiq nazirlər, generallar, ali rütbəli ruhanilər Azərbaycana qarşı sərt tədbirlər görmək barədə çağırışlar etmişdilər.

2022-ci ilin əvvəlindən bu kimi, ekstremizmə çağırış demək olan hədələr davam edirdi. Hərdən müşahidəçilərə elə gəlirdi ki, bu ötəri kampaniyadır. Çünki ortada konflikt üçün ciddi səbəb yox idi. Azərbaycan sadəcə Ermənistandan öz anklavına - Naxçıvana kəsə yol, dəhliz tələb edir və Ermənistanın Xankəndidə, onun ətrafında yaşayan ermənilərlə quru yol əlaqəsi mübahisə predmeti olmadığı kimi, bu da mübahisə mövzusu olmamalıydı. Xüsusilə də İranda. Çünki o, üçüncü tərəfdir və Ermənistanla Azərbaycanın hansısa anlaşmasının bu ölkəyə birbaşa dəxli yoxdur. Ancaq İrandakı anti-Azərbaycan kampaniyası ötəri olmadı, qızışdıqca qızışdı. İran tərəfi hövllənmiş halda Araz sahilində ard-arda iki dəfə hərbi təlim keçirdi, “Arazı belə keçərik” təhdidi üfürdü.

c49ffb9e748dffbbbd12f27ad397e1a9.jpg (87 KB)

Daha sonra dolayısı ilə İrana bağlı olan bir ekstremist təşkilat Azərbaycanın Londondakı səfirliyinə basqın etdi, basqınçı-terrorçular ölkəmizin bayrağını çıxarmağa cəhd etdilər. O zaman basqınçıların səsləndirdikləri şüarlar, tələblər onu deməyə əsas verirdi ki, onlar İran dövlətinin əlinə oynayır, onun təəssübünü çəkirlər.

Görünür, bu basqın xəbərdarlıq xarakteri daşıyırdı deyə, olayda qətl törədilmədi. Tehrandakı terror isə artıq xəbərdarlıq deyildi, yalquzaq-terrorçunun niyyəti bacardıqca daha çox adam öldürmək, Azərbaycan dövlətinə gözdağı vermək idi. Bu, açıq-aşkardır. Onun və ətrafındakı adamların (ən azı daha 3 nəfər) səfirlik binası önündəki hərəkətləri (“Molotov” kokteyli ilə səfirliyinin maşının odlamaq istəmələri, bu zaman ehtiyatsızlıqdan bir nəfərin özünün alışması, iki nəfərin onu söndürməsi, basqın prosesinin yarım saata qədər davam etməsi) göstərir ki, bu akt birbaşa qətliam məqsədi ilə törədilib.

Təsəvvür edin, bu zaman kəsiyində adam başqa bir dövlətin ərazisi sayılan binaya hücum edir, onun sərhədlərini keçmək, iki odlu (tapança və “Kalaşnikov” avtomatı), bir soyuq və küt (balyoz) silahla binaya dalmaq istəyir, amma islam və asayiş keşikçiləri hadisə yerinə yaxınlaşmırlar. Təkcə bu fakt göstərir ki, onlar qətliamın başa çatmasını gözləyirmişlər ki, sonra hücum edərək “atışma səhnəcəyi” yaratsınlar, “təslim olmaq istəməyən, affekt durumunda olan şəxs”i güllələsinlər və məsələ bitsin.

vasif.jpg (108 KB)

Ancaq səfirliyin mühafizə xidmətində çalışan bir nəfərin – Vasif adlı şuşalı oğlanın gözlənilmədən, qızılquş kimi terrorçunun üstünə şığıması, onunla çay timsahını ənsələmiş şir kimi davranması, axırda tam zərərsizləşdirib dizinin altına qoyması bütün məkrli planları pozdu. Ondan sonra İran tərəfinin verdiyi yalan, yanlış açıqlamalar isə artıq riyakarlıqdan başqa bir şey deyildi. Başına uzun dimdikli kep qoymuş polis rəisinin hərəkət və açıqlamaları da, xəstəxanada yaralılara baş çəkən xarici işlər nazirinin heç nədən xəbəri yoxmuş kimi səfirimizdən “nə baş verib” deyə soruşması da çoxdan faş olunmuş trivial riyakarlıq aktı idi. Təbii ki, heç kəs mayasında bir misqal səmimiyyət olmayan bu fəndləri yemədi.

İndi İranda terrorçu Yasin Hüseynzadə dəlixanaya yerləşdirilib. Bu, ona işarədir ki, guya adam arvadının dərdindən ağlını itirib, elə səfirliyə də ona görə hücum edib. Qeys imiş, Məcnun olub! Bu, artıq suvama bölümüdür, başqa bir dövlətin səlahiyyətli qulluqçusunu öldürmüş, iki dövlət arasında müharibə vəziyyəti yaratmış bir terrorçunu məsuliyyətdən yayındırmaq üçün ən axırıncı yola əl atmaqdır. O, küçədə axunda bir karlı şillə vursaydı, tutub edam edərdilər, amma qətl törədib, ta bilmirlər nə etsinlər.

yassin.jpg (44 KB)

Bəs belə bir qatı cinayət aktını sanksiyalaşdırmış rəsmi Tehran məqsədlərinə nail oldumu? Sıralayaq.

İranın bir məqsədi Azərbaycana gözdağı vermək, ondan nəyinsə qisasını almaq idi – bu, baş tutmadı. Azərbaycan bu böyük terror planından az itki ilə çıxdı və İran pərt duruma düşdü.
Bu dövlətin başqa bir məqsədi Bakıya “istənilən vaxt Azərbaycana hücum edə bilərik” mesajı vermək idi - bu da alınmadı. Məlum oldu ki, hücum edən layiqli cavabını da alar.

Daha bir məqsəd diplomatları, onların ailə üzvlərini qətlə yetirərək böyük qırğı törətmək və Azərbaycanda qorxu hissi yaratmaq idi - bu da olmadı. Azərbaycanda qorxu yox, böyük nifrət və qətiyyət yarandı. İndi rəsmi Bakı düyməyə basıb və ölkədə İrana işləyənlərin, onun “gizli kontingenti”nə daxl olan potensial döyüşçülərin dənlənməsi prosesi gedir.

77777.jpg (246 KB)

O məkrli məqsədlərin içində İranın özünə düşmən saydığı ölkələr və güclərlə Azərbaycanı təmaslardan çəkindirmək məqsədi də olmamış deyildi. Bu da fiaskoya uğradı. Terror aktından sonra Azərbaycanın müvafiq təmasları və dəstəyi birə-beş artdı.

27 sentyabr teraktının nəticələri belədir: təklənmiş, reputasiyası bir az da zədələnmiş, haqsız İran, oğullarının igidliyi dillər əzbəri olan, bu olayda daha da güclənən və daha qəti mövqe sərgiləyən Azərbaycan.

Musavat.com

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL