Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

“Elə nazirlik var ki, 75 yaşındakı adamı təzədən işə götürür”

Tarix:16-02-2023, 19:49 Baxış Sayı:92

“Elə nazirlik var ki, 75 yaşındakı adamı təzədən işə götürür”

“Dövlət qulluğu haqqında” qanuna görə, 65 yaşdan sonra bir il-bir il dövlət qulluğu müddətini artırmaq olar. Amma icra başçılarına gəldikdə isə onlar sadəcə Prezidentin Sərəncamı ilə təyin olunurlar. Sərəncamla bağlı isə qanunda bir şey yoxdur. Ona görə də Zaqatala rayonunun icra başçısının əmrini qanunsuz adlandırmaq olmur”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

 

O, Zaqatala rayon İcra Hakimiyyətinin 76 yaşlı başçısı Mübariz Əhmədzadənin əmri ilə rayon ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaqub Məmmədovun son yaş həddi ilə təqaüdə göndərilməsinə, həmçinin, son yaş həddinin vəzifəli şəxslərdən yan keçməsi məsələsinə münasibət bildirib.

 

C. Nuriyev söyləyib ki, qanunda bununla bağlı boşluq var:

 

“Gərək, Milli Məclis qanunu qəbul edəndə yaş məsələsinə görə, bunu qoyardı ki, 65 yaşdan yuxarı bütün vəzifələrdə və postlarda çalışanlar təqaüdə göndərilsin. Məsələn, elm sahəsində bu qadağa yoxdur. Elmi dərəcəsi olan hər kəs pensiyaya çıxsa da, işləyə bilər və onu yaşına görə işdən çıxarmaq olmaz. Çünki Mübariz Əhmədzadənin 76 yaşının olmasına baxmayaraq, onun vəzifədə qalması artıq Prezidentinin səlahiyyətindədir və qanunvericilik buna yol verir”.

 

Eks-deputat deyib ki, birmənalı şəkildə son yaş həddi məsələsini icra başçılarına da aid etmək lazımdır, çünki bu da dövlət qulluğudur və burada yaş həddi göstərilməlidir:

 

“Misal olaraq, 70 yaşa çatan icra başçıları işdən azad olunmalıdır. Mən işsiz olanda 40 yaşım var idi. Hara gedirdim, deyirdilər ki, cavansan. 50 yaşdan sonra isə dedilər ki, qocalmısan, heç haraya yaramırsan. Azərbaycanda isə çox təəssüf ki, bundan çox ustalıqla yararlanırlar.

 

Bu gün elə nazirliklər var ki, 75 yaşındakı adamı təzədən işə götürürlər. Bu faktdır və bir neçə nazirlikdə var. Azərbaycanda da bununla bağlı olan qanunvericilikdə boşluq mövcuddur. Parlamentdəkilərin hamısı yaş həddinin özlərinə şamil olunmadığına görə, bundan bu şəkildə yararlanırlar”.

 

Sabiq millət vəkilinə görə, Azərbaycanda həm son yaş həddi, həm də pensiya məsələsi bir növ xüsusiləşdirilib:

 

“Bu, qanunvericiliklə olmamalıdır, amma təəssüf ki, belədir. Məsələn, Azərbaycanda alimlər yox, ancaq hüquq-mühafizə orqanlarının işçiləri daha çox pensiya alır. Yəni bir özəllik var ki, dövlətə sənin necə xidmət etməyindən asılı olmayaraq, dövlət ayrı-seçkilik qoyur. Burada bir gender bərabərsizliyi yaranır. Təəssüf ki, qanunvericilikdə bu, yoxdur. Bu, düzgün şey deyil. Azərbaycanda qanunvericiliyə yenidən baxılmalıdır. Həmin boşluqlar da qəsdən düşünülmüş və onların maraqlarına uyğun olaraq həyata keçirilir”.

pravda.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL