Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Təngivanlıların deputata məxsus karxana ilə problemi bitmir

Tarix:26-02-2023, 21:27 Baxış Sayı:116

Təngivanlıların deputata məxsus karxana ilə problemi bitmir

Yerli sakinlər deyirlər ki, çayın ərazisindən daş-çınqıl daşınması səbəbindən çuxurlar əmələ gəlib, yaxınlıqdakı evlər üçün təhlükə yaranıb

 

“Lənkaranin Təngivan kəndindəki daş karxanasının fəaliyyəti ilə tanış olduq. Həm kənd, həm də kəndlilər acınacaqlı vəziyyətdədilər. Kəndlilər örüş torpaqlarını, pay torpaqlarını, bağlarını itiriblər. Artezian quyularının bir hissəsi quruyub”. 

 

Bu barədə Meydan TV-yə “Ecofront” təşkilatından bildiriblər. 

 

Kənddəki karxananın fəaliyyəti ilə bağlı artıq bir neçə ildir, müraciətlər səsləndirilir .  Yerli sakinlər deyirlər ki, çayın ərazisindən daş-çınqıl daşınması səbəbindən çuxurlar əmələ gəlib, yaxınlıqdakı evlər üçün təhlükə yaranıb.

 

Təngivan kəndi Lənkəran-Lerik şose yolunda, Lənkəran şəhərindən 17 kilometr məsafədə yerləşir. Sakinlər əsasən taxılçılıq, heyvandarlıq, meyvəçilik və tərəvəzçilik ilə məşğul olurlar. 

 

 

“Ecofront” təşkilatından onu da deyiblər ki, karxananın fəaliyyəti səbəbindən çay yatağında ekoloji vəziyyət yaxşı deyil. Hektarlarla ərazidə meşəcinsli ağaclar ekskavatorlarla götürülüb. Karxananın fəaliyyəti nəticəsində çay suyu mütəmadi lillənir. İddia olunur ki, karxananın tullantıları çaya tökülür. 

 

Karxana “Kaspi Yıldız” MMC-yə məxsusdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz qum-çınqıl hasilatına və ekologiyanı çirkləndirdiyinə görə dəfələrlə bu şirkəti məhkəməyə verib. Məhkəmə MMC-ni bir neçə dəfə cərimələsə də, şirkət öz fəaliyyətindədir.

 

“Kaspi Yıldız” MMC Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsusdur. O, bu şirkəti 1996-cı ildə təsis edib. Karxana isə 2011-ci ildən fəaliyyət göstərir. 

 

İqbal Məmmədovun Lerikin Piran kəndində fəaliyyət göstərən iri quşçuluq təsərrüfatının da olduğu deyilir. Hansı ki, çayı çirkləndirən səbəblərdən biri də həmin təsərrüfatda quş kəsimləri zamanı tullantıların çaya buraxılması idi. Piran kəndinin sakinlərinin uzunmüddətli şikayətlərindən sonra təsərrüfatdakı quş kəsimi sexləri bağlanıb.

 

Təngivan kəndinin inzibati ərazisinə daxil olduğu Rvo kənd Bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, karxana ilə pay torpaqları arasında məsafə uzundur və karxananın pay torpaqlarına təsiri mümkün deyil.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında isə qeyd olunur ki, kənd sakinlərinin nazirliyə daxil olmuş müraciətləri əsasında araşdırma aparılıb. Bəlli olub ki, kənddə yerləşən qum-çınqıl hasilatı ilə məşğul olan müəssisəyə məxsus ərazidən qanunsuz olaraq qum-çıngıl qarışığının hasılatı, o cümlədən yalanqoz cinsli ağaçların məhv edilməsi nəticəsində təbiətə böyük ziyan dəyib. İş Baş Prokurorluğa göndərilib.

 

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL