Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Gənc fəalın saxlanma məntəqəsində xəstələndiyi deyilir

Tarix:1-03-2023, 15:34 Baxış Sayı:113

Gənc fəalın saxlanma məntəqəsində xəstələndiyi deyilir

Fevralın 20-də “Bəxtiyar Hacıyevə azadlıq” şüarı ilə keçirilən etiraz aksiyası zamanı saxlanaraq inzibati qaydada həbs olunmuş D18 Hərəkatının üzvü Afiyəddin Məmmədovun xəstələndiyi bildirilir.

 

Hərəkatının sədri Əhməd Məmmədli AzadlıqRadiosuna deyib ki, artıq bir neçə gündür Məmmədov güclü soyuqdəymədən əziyyət çəkir. Məmmədlinin sözlərinə görə, amma onun saxlandığı Daxili İşlər Nazirliyi İnzibati Qaydada Həbs Olununlanların Saxlanma Məntəqəsində həkim nəzarəti yoxdur: “Afiyəddin Məmmədov bununla bağlı müraciət etsə də, həkim gəlib ona baxmayıb. Afiyəddinin böyrəyində də problem var və bu soyuqdəymədən sonra vəziyyətini daha da ağırlaşdırıb”.

 

Məmmədli əlavə edib ki, saxlanma məntəqəsinə fəal üçün isti paltarlarını da normal qaydada buraxmırlar.

 

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

 

Fevralın 20-də bir sıra fəallar həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin şikayətinə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçirmişdilər. Onlardan Afiyəddin Məmmədov, Samir Sultanov, Nemət Abbasov, Əli Məlikov və Nərmin Şahmarzadənin saxlandığı bildirilmişdi. Sonradan onlardan ikisinə – Məmmədov və Sultanova 30 sutka həbs verildi. Gənclər İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib. Amma onlar ittihamı qəbul etmirlər.

 

İctimai fəal Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, ittihamla razı deyil.

 

Gənc fəalın həbsinə etiraz olaraq 51 gün aclıq aksiyası keçirdiyi və dünən, fevralın 28-də yaxınlarının təkidi ilə aksiyanı dayandırdığı bildirilir.

AzadlıqRadiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL