Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Qazini həbsxanada necə “öldürdülər”?

Tarix:3-03-2023, 13:59 Baxış Sayı:95

Qazini həbsxanada necə “öldürdülər”?

Azərbaycan İslam Partiyasının üzvü, Qarabağ qazisi Səbuhi Səlimov martın 2-də həbsdə vəfat edib. Ailə üzvlərinin  verdiyi məlumata görə, onun apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib və prosesin gedişində o əsəbiləşib:

“Məhkəmədə möhkəm əsəbiləşmişdi. Atılan böhtanlara dözə bilmirdi. Cinayət işində həddindən artıq yalanlar vardı. Aclığı da buna görə başlamışdı və uzun müddət (50 gün) davam etdirmişdi. Amma bir müddət əvvəl dayandırmışdı. Bu qədər yalanlara, böhtanlara baxmayaraq, bu gün (2 mart) həmin hökmü apelyasiya məhkəməsi də qüvvədə saxladı. Bu da onu çox əsəbləşdirdi. Əlbəttə ki, uzunmüddətli aclıq səhhətində kəskin problemlər yaratmışdı, sağalmaz izlər buraxmışdı. Bir tərəfdən də əsəb…”.

Yaxınları bildirib ki, Səbuhi Səlimov məhkəmədən təcridxanaya qaytarılandan sonra ürək tutmasından vəfat edib.

Səbuhi Səlimov İslam Partiyasının üzvü olmaqla yanaşı, həm də uzun müddət partiya sədri Elçin Manafovun sürücüsü işləyib.

O, 2022-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinib və 17 il azadlıqdan məhrum edilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Səbuhi Səlimov İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edib – İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbər şəxslərinin Azərbaycan əleyhinə göstərişlərini icra edib, onlara məlumatlar göndərib. İttihama əsasən, o, maddi maraq qarşılığında casusluq edib.

Məhkəmə iclasında Səbuhi Səlimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ailə üzvlərilə birlikdə İrana səfər etdiyini, Bakıda İsrail bayrağını yandırıb, bunun görüntülərini çəkərək, İrana göndərdiyini təsdiqləyib. Lakin bunu onların göstərişilə etməsi haqda iddialarla razılaşmayıb.

Ona elan edilmiş ittiham, həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə vermək təklif olunsa da, o, məhkəmədə ifadə vermək istəmədiyini deyib.

Bununla əlaqədar, cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq edilib. Həmin ifadələrində təqsirləndirilən şəxs Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə elan olunmuş ittiham özünü təqsirli bilməyərək göstərib ki, o, 2015-ci ilədək Azərbaycan İslam Partiyasının üzvü olmaqla orada sürücü işləyib, partiyanın sürücüsü kimi ona 2011-2014-cü illər ərzində Azərbaycan İslam Partiyasının sədrinin birinci müavini işləmiş şəxs tərəfindən hər ay 300 manat əmək haqqı qismində pul verilib. Həmin şəxslə çox yaxşı münasibəti və əlaqələri olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

xural.com

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL