Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan 35 yaşadək şəxslər arasında rəy sorğusu keçirib. Sorğuda 400 respondent iştirak edib. Sorğuda iştirak edən respodentlərin 56%-i Abşeron yarımadasında, 44%-i isə ölkənin digər bölgələrində yaşayan gənclərdən ibarətdir. Sorğuda ümumilikdə 12 iqtisadi və 29 inzibati rayonda (şəhərdə) yaşayan şəxslər iştirak edib. Sorğu iştirakçılarının 51%-i kişilərdən, 49%-i isə qadınlardan ibarət olub. Sorğu haqqında ümumi məlumat və nəticələri ilə bağlı öncəki hesabatla buradan tanış ola bilərsiniz.
Respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavablar göstərir ki, cəmi 11%-i Azərbaycanda, 89%-i isə digər ölkələrdə yaşamaq istəyir. Sorğu iştirakçıları cavablarında ümumilikdə 41 fərqli ölkənin adını çəkib. Sual açıq sual formasında verilib və cavab variantı olaraq heç bir ölkənin adı qeyd edilməyib. Nəticələrdən aydın olur ki, gənclərin ən çox yaşamaq istədikləri ölkə Amerika Birləşmiş Ştatlarıdır (bax: Cədvəl 1). Norveç və Almaniya da respodentlərin ən çox yaşamaq istədikləri xarici ölkələrin ilk üçlüyündədir. Hazırda azərbaycanlı miqrantların ən çox yaşadığı ölkə olan Rusiyanın adı ilk onluğa düşməyib. Respodentlərin cəmi 1%-i yaşamaq istədikləri ölkənin Rusiya olduğunu bildirib.
Cədvəl 1: Respondentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri:

Nəticələrə görə, ABŞ, Norveç və Almaniya gənclərin ən çox yaşamaq istədikləri xarici ölkələrin ilk üçlüyündə yer alsa da, nəticələrin respodentlərin yaşayış yerləri üzrə təhlilində fərqli trendlər nəzərə çarpır. Məsələn, sırf Abşeron yarımadasından kənardakı regionlarda yaşayan gənclərin yaşamağı arzuladıqları ölkələr arasında Azərbaycan ilk sıradadır (bax: Cədvəl 2). Region gənclərinin ən çox yaşamaq istədikləri xarici ölkə isə Türkiyədir. Eyni zamanda, regionda qeydə alınan cavablar arasında “bilmirəm” varinatı da ilk onluğa daxil olub.
Cədvəl 2: Regionlarda yaşayan gənclərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri:

Abşeron ərazisində – paytaxt və ətrafındakı şəhərlərdə yaşayan gənclər arasında Azərbaycanda yaşamaq istəyənlərin xüsusi çəkisi isə daha aşağıdır. Azərbaycan, Abşeron sakini olan gənclərin ən çox yaşamaq istədikləri ölkələrin sıralamasında yeddinci yeri tutub. Paytaxtdan sorğuya qatılan respodentlər ən çox ABŞ-da, daha sonra Norveç və Almaniyada yaşamaq istədiklərini bildiriblər (bax: Cədvəl 4). Daha bir diqqət çəkən məqam Türkiyənin paytaxtdakı gənclərin seçimində ilk onluqda olmaması ilə bağlıdır.
Cədvəl 3: Abşeron ərazisində yaşayan gənclərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri:

Yaşayış yeri ilə yanaşı, gender üzrə də gənclərin yaşamaq istədikləri ölkələrin seçimində müəyyən fərqlər qeydə alınıb. Qadın respodentlərin cavabları göstərir ki, onların ən çox yaşamaq istədikləri ilk üç ölkə ABŞ, Azərbaycan və Türkiyədir (bax: Cədvəl 4).
Cədvəl 4: Qadın respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri:

Kişi respodentlərin ən çox yaşamaq istədiyi ölkə ABŞ-dır. Həmçinin, onların seçimləri arasında Azərbaycanın mövqeyi qadınlara nəzərən daha aşağı – dördüncüdür (bax: Cədvəl 5). Kişi respodentlərin yaşamağa üstünlük verdiyi ilk üç ölkə, qadınların seçimlərindən fəqli olaraq, Azərbaycan və Türkiyə əvəzinə, Norveç və Kanadadır. Eyni zamanda, kişi respodentlər arasında “bilmirəm” cavabı da ən çox səsləndirilən 10 cavab variantından biri olub.
Cədvəl 5: Kişi respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri:

Agora-az.org