Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin (Əlzamin) Salayevin vəziyyətinin pisləşdiyi deyilir.
Bu barədə Azadlıq Radiosuna martın 6-da onunla Bakı İstintaq Təcridxanasında görüşən vəkil Nemət Kərimli danışıb
Onun sözlərinə görə, 27-ci gündür aclıq aksiyasi keçirdiyini və 20 kiloqram çəki itirdiyini bildirən Zamin Salayev hərəkət etməkdə çətinlik çəkir, şiddətli ürək ağrısından şikayətlənir:
“Buna baxmayaraq, o aclıq aksiyasını davam etdirdiyini bildirir”.
Vəkil qeyd edib ki, amma o, tibbi-sanitar hissəyə köçürülmür:
“Mən Zamin Salayevə Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin aclığı dayandırmaq xahişini çatdırmışam”.
Ancaq vəlim dediyinə görə o bundan imtina edib.
Vəkil həmçinin bildirib ki, Salayevə yaxınları ilə görüş verilmir. Bununla əlaqədar müdafiə tərəfi prokurorluğa və ombudsmana müraciət etmək fikrində olduqlarını deyir.
Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bir qədər əvvəl “Turan” Agentliyinə bildirilmişdi ki, əgər müdafiə tərəfinin hər hansı şikayəti varsa, onlara müraciət edilə bilər.
Ötən ay, fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb. Bu ittihamla ona 5 ilədək həbs cəzası verilə bilər.
Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. Daxili İşlər Nazirliyi (DİN) açıqlamışdı ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini Natiq Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb:
“Yaralı xəstəxanaya yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini Zamin Oqtay oğlu Salayev saxlanılıb”.
Salayev isə ittihamı qəbul etməyərək şərləndiyini açıqlayıb və həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.
Xatırlatma
AXCP-nin fəal üzvlərindən (Salyan şöbəsinin sədri) Zamin Salayev bundan əvvəl də bir neçə dəfə həbs olunub.
Bunların əksəriyyəti polisə müqavimət ittihamı ilə inzibati həbs olsa da, 2020-ci ilin aprelində Salyan Rayon Məhkəməsində onun haqqında 2 il 3 aylıq azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
O, həmin vaxt Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məhkum edilib.
Salayev həmin həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi.
Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi. Lakin onun işgəncəyə məruz qalması ilə bağlı dediklərini rəsmi qurumlar təsdiqləməmişdi.