Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Fəvvarələr meydanında 8 Marş: “Yaşamaq istəyirik!”

Tarix:8-03-2023, 17:21 Baxış Sayı:110

Fəvvarələr meydanında 8 Marş: “Yaşamaq istəyirik!”

Dövlətdən tələb olunub ki, qadınların təhlükəsizliyi təmin edilsin

Martın 8-də saat 15-də feministlər və ictimai fəallar paytaxtın Fəvvarələr meydanında “8 Marş – Yaşamaq istəyirik!” şüari ilə yürüş keçiriblər.

Aksiya başlanmazdan öncə ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb.

Polislər aksiya iştirakçılarına yürüşün nəzərdə tutulmadığını xatırlatsa da, ciddi maneə törətməyiblər.

İşirakçılardan Nərmin Şahmarzadə Meydan TV-yə deyib ki, aksiya baş tutub.

Şahmarzadənin sözlərinə görə, onlar feminist hərakatının təsmilçisi olaraq 5-ci ildir ki, qadınların hüquqlarının tapdanması, qadın qətləri ilə bağlı yürüşlər keçirirlər:

“Yürüşlərdə Azərbaycan qadınlarını narahat edən problemlərə toxunuruq. Bu il də ötən il kimi qadın qətlləri davam etsə də, dövlət bununla bağlı heç bir tədbir həyata keçirmir”.

O bildirib ki, aksiyanın məqsədi qadın qətllərinə, qadınların utandırılmasına, onların intim görüntülərinə siyasi alət kimi istifadəsinə diqqət çəkmək olub.

Eyni zamanda, Şahmarzadə qadınların yoxsulluğuna xüsusi yanaşılmasını vacib sayır:

“Yoxsulluq bütün ölkədə var, amma bunun qadınlara təsiri daha çox qabardılmalıdır. Çünki yoxsulluq qadınların təhsilinə pis təsir edir”.

Aksiya iştirakçıları Natəvanın heykəlinə qədər irəliləyiblər. İştirakçılar yürüş zamanı bir neçə dəfə rəngli tüstü bombasından da istifadə ediblər. Amma polislər rəngli tüstü bombalarından istifadəyə mane olmağa çalışıblar.

Yürüşçülər “Qoru həyatımızı, artır rifahımızı!”, “Yaşamaq istəyirik!”, “Yengə dövlət istəmirik!”, “Qadın qətlləri siyasidir!”, “Qadınları qətl etm, konvensiyanı rədd etmə!”, “Barışdırma, araşdır!” şüarlarını səsləndiriblər.

Aksiya iştirakçıları Natəvanın heykəlinin yanından geri qayıtmaq istəsələr də, polis onların meydana qayıtmasına mane olub. Bundan sonra aksiyaçılar “İtaət yoxdur, üsyan var!” şüarlnı səsləndirə-səsləndirə heykələ tərəf qayıdaraq yürüşün qətnaməsini oxuyublar.

Qətnamədə bu ilin fevralında 11 qadının qətlə yetirildiyi, 9 qadının isə fiziki zoralığa məruz qaldığı vurğulanıb.

Təşkilatçılar qeyd ediblər ki, bu hadisələrin bir çoxu azyaşlı uşaqların gözü önündə baş verib:

“Həmçinin azyaşlılar özləri də zorakılıq hədəfinə çevrilib. Fevral ayında bir çox qadınlar siyasi qisas zəminində hədəfə çevriliblər və həyatları təhlükə altına düşüb. Bütün bunlar yalnız bir ayda baş verib”.

Qətnamədə qadınlara qarşı sistematik zorakılıqlarla yanaşı, 2022-ci ilin sonları və bu ilin əvvəlindən ölkədəki qiymət artımı problemi də əksini tapıb. Həmçinin sosial müdafəsizlik sahəsində qadınların maddi rifahının kəskin pisləşdiyi qeyd olunub:

“Bu hal qadınları daha da asılı vəziyyətə salır və zorakı mühitdə qadınları iş yerində seksual qısnamalara qarşı daha müdafiəsiz hala gətirir. Beləliklə, cinsi istismarlara yol açılır. Eyni zamanda, bu il əlilliyi olan və yaşlı qadınlar üçün yaşamaq ikiqat çətinləşib”.

“Biz qadın qətllərinə qurban getmədən, yoxsulluq içində sürünmədən, siyasi qətl alətinə çevrilmədən yaşamaq istəyirik”, – deyə qətnamədə qeyd olunub.

Dövlətdən tələb olunub ki, qadınların təhlükəsizliyi təmin edilsin.

“Qadınlara qarşı cinayətlər ədalətli şəkildə araşdırılsın, cinayətkarlar məsuliyyətə cəlb olunsun”, – deyə qətnamədə vurğulanıb.

Aksiya iştirakçıları İstanbul Konvensiyasının qəbulunu da vacib hesab ediblər.

Həmçinin vətəndaşların sosial həyatını yaxşılaşdıran siyasətin həyata keçirilməsi, həssas qruplarda olan qadınlar üçün proqramların qəbulu da qətnamədə əksini tapıb.

“Qadınların birləşməsi və mübarizəsi üçün bütün maneələr aradan qaldırılsın, gender və cinsi orientasiyasından asılı olmayaraq hər kəsin bərabər hüquqları təmin edilsin”, – aksiyanın qətnaməsi bu fikirlərlə yekunlaşıb.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL