Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Bakıda '8 Marş – Yaşamaq istəyirik' yürüşü olub

Tarix:8-03-2023, 18:02 Baxış Sayı:104

Bakıda '8 Marş – Yaşamaq istəyirik' yürüşü olub

Martın 8-də saat 15 radələrində Bakının mərkəzi Fəvvarələr meydanında bir qrup fəal “8 Marş – Yaşamaq istəyirik” yürüşünə başlayıblar. Onlar “Qoru həyatımızı, artır rifahımızı”, “Qadın qətlləri siyasidir”, “Konvensiyanı rədd etmə, qadınları qətl etmə”, “Barışdırma, araşdır” və başqa şüarlar səsləndiriblər. Fəallar qadın qətllərinə və zorakılıq hallarına etiraz etdiklərini vurğulayıblar.

 

Bir qədər irəlilədikdən sonra polis əməkdaşları aksiya iştirakçılarını dövriyyəyə alaraq yürüşün davam etməsinə imkan verməyiblər. Buna etiraz olaraq aksiyaçılar “Qadının önünü kəsmə”, “Polis zorakılığına son” şuraları səsləndiriblər.

 

Lakin bir qədər sonra aksiya iştirakçılarının irəliləməsinə şərait yaradılıb və onlar bəyanatını səsləndiriblər. Aksiya zamanı saxlanılan olmayıb.

 

Bəyanatda onlar qadınların təhlükəsizliyinin təmin edilməsi, onların siyasi qisas alətinə çevrilməməsi, qadınlara qarşı cinayətlərin araşdırılması və ölkənin İstanbul Konvensiyasına qoşulması kimi tələblərə yer veriblər. Onlar həmçinin həssas qruplardan olan qadınların maddi təminatı üçün proqramların həyata keçirilməsini istəyiblər.

 

Aksiyaya və orada səslənən tələblərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

 

8 mart – Beynəlxalq Qadınlar Günüdür. Bu gün Azərbaycanda qeyri iş günü sayılır.

 

Söhbət 2011-ci il mayın 11-də imzalanmaya İstanbulda açıq elan olunduğu üçün “İstanbul Konvensiyası” adı ilə tanınan Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyadan gedir.

 

Qısaca deyilsə, İstanbul Konvensiyası qadınları hər cür şiddətdən, ayrıseçkilikdən qorumağı, qadın və kişilər arasında bərabərliyi təşviq etməyi, bu məqsədlər üçün hərtərəfli tədbirlər hazırlamağı hədəfləyir. Azərbaycan rəsmiləri, hələlik, bu konvensiyaya qoşulmaq niyyətində olmaları ilə bağlı fikir söyləməyiblər.

AzadlıqRadiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL