Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Son bir həftə ərzində Bakıda 2 silahlı insident baş verdi. Birinci hadisə mart ayının 4-də inkassator heyətinə qarşı silahlı hücumla müşahidə olundu. Bu silahlı insident Bakıda Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşünün keçirildiyi tarixdən qısa müddət sonra baş verdi. İkinci silahlı insident isə X Qlobal Bakı Forumunun keçirildiyi tarixə təsadüf etdi. Amma bütün bunlar təsadüfdürmü?
Bir neçə gündür ki, dünyanın müxtəlif ölkələrinin liderləri, diplomatları, rəsmi şəxsləri Azərbaycana səfərlər edirlər. Azərbaycanın indiyə qədər heç bir hərbi ittifaqa üzv olmaması Qarabağın işğaldan azad edilməsini şərtləndirən strateji səbəblərdən biri idi. İndiki gərgin qlobal proseslər fonunda Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının güclənməsi ölkələrin tərəfsizliyinin əsas qarantına çevrilməkdədir. Bu günə qədər ölkədə Avropa, İslam Oyunları, Formula yarışları, eləcə də digər mühüm beynəlxalq tədbirlər keçirilib. Ölkəmizə saysız-hesabsız turistlər səfər ediblər və etməkdədirlər. Beynəlxalq aləm Azərbaycandakı daxili sabitliyi əsas tutaraq, təhlükəsiz şəraitdə beynəlxalq tədbirlərin təşkil olunacağına öz əminliklərini dəfələrlə bəyan ediblər. O zaman sual olunur, nə üçün böyük tədbirlərin keçirildiyi bir ərəfədə Bakıda ard-arda arzuolunmaz silahlı insidentlər baş verdi? Görünən budur ki, ciddi boşluqlar var və boşluqları öncədən hiss etməli idik.
Hadisələrin tam təfərrüatını bilməsək də, aparılan müşahidələr göstərir ki, hər iki silahlı insident iştirakçılarının kriminal aləmlə ciddi bağlantıları var. Əgər belə deyilsə, o zaman bu şəxslərdə müxtəlif markalı silahlar nə gəzir? Birinci hadisə sırf soyğunçuluq cinayətidirsə, ikinci hadisə kriminal qrupların Bakıdakı “haqq-hesab”ıdır. Hüç şübhəsiz ki, bütün bunlar ciddi siqnaldır!
Hər iki hadisə gündüz vaxtı, soyuqqanlı şəkildə həyata keçirilib. Hər iki hadisənin motivi göstərir ki, cinayətkarlar ən azı bir neçə gün öncədən izləmə prosesi aparıblar. Həm inkassatorların hərəkəti marşrutu, həm də dünənki olayda öldürülməsi planlaşdırılan şəxsin hərəkətləri öncədən izlənilib.
2000-ci illərdən sonra gələn nəslin nümayəndələrinin xeyli hissəsi fərqli təfəkkürlə yaşayır. Onlar daha asan yolla varlanmağın yollarını axtarırlar. Hesab edirlər ki, insan öldürməklə kriminal aləmə keçid imkanı əldə edəcək və avtoritetlərin yanında “pasport” qazanacaqlar. Və həm də əmindirlər ki, cəzaçəkmə müəssisələrində daha yaxşı yaşayacaqlar. Cəzaçəkmə müəssisələrindən qorxmurlar. Azərbaycan cəzaçəkmə müəssisələrindəki durum hər kəsə bəllidir, kimin pulu varsa, rüşvətlə həbsxanada özünə istədiyi şəkildə təm-təraqlı həyat qura bilir.
Diqqət ediriksə, gənc nəsil kriminal şəxslərlə köhnə nəsil kriminallar arasında ciddi ideoloji fərqlər də var (klassiklər və neokriminallar). Köhnə nəsil kriminallar günahsız şəxslərin öldürülməməsi kimi məsələlərə ciddi önəm verirdilər, elə onların həbsxanalara düşmə səbəbləri də fərqli idi. İndi isə başqa cür... İnkassator heyətinin öldürülən üzvü aylıq maaşla öz ailəsini dolandıran şəxs idi, onun bu cür soyuqqanlı şəkildə öldürülməsi fərqli motivdir. Yaxud dünən günahsız tələbənin yaralanması...
Hesab edirəm ki, vəziyyət kritikdir və ciddi tədbirlər görülməlidir. İki gün öncə sosial şəbəkələr üzərindən silah alveri edən bir şəxs də hüquq-mühafiə orqanları tərəfindən saxlanıldı.
Samir Feyruzov