29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Sual oluna bilər ki, əgər Bəhram Abbasovun “Konstra” MMC-nə heç bir bağlılığı yoxdursa, o halda o, sakinlərlə keçirilən görüşlərdə hansı statusla iştirak edir?
Son bir neçə ildir ki, ayrı-ayrı media qurumlarında, sosial şəbəkə istifadəçilərinin paylaşımlarında və s. Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi şöbəsinin sabiq müdiri Bəhram Abbasovla bağlı silsilə tənqidi məqalələr yayımlandığından, biz də bir media orqanı olaraq tərəfimizdən bu yöndə müəyyən araşdırmalar aparmaq qərarına gəldik. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, “Konstra” MMC şirkətinin təsisçisi Bəsrət Abbaslı adlı şəxsdir və onun atası Bəhram Abbasovun, adı çəkilən bu MMC-yə hüquqi baxımdan heç bir bağlılığı olmasa da, əslində bu şirkətin Bəhram Abbasov tərəfindən idarə olunduğu bildirilir. Media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, dörd-beş il bundan əvvəl “Konstra” MMC Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi-13/15 ünvanında 169 vətəndaşı aldadıb və hal-hazırda bu işlə bağlı məsələ Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılmaqdadır. Yəni, 2018-ci ildə sakinlər “Konstra” MMC-nə nəğd ödəniş etməklə mənzil almaq haqda razılığa gəlirlər və həmin şəxslərdə etdikləri ödənişlərlə bağlı qəbzlər və maliyyə arayışları da var. Bütün bunlara baxmayaraq, çox keçmir ki, MTK tərəfindən inşaası həyata keçirilən həmin binada tikinti işləri dayandırılır. Bu şirkətin “toruna düşən” və ötən dörd-beş il ərzində olmazın hoqqalarla üz-üzə qalan Bilal Hacıyev, Etibar Əliyev, Bəxtiyar Əmirov, Günay Rəhimova, Araz Bayramzadə, (etibarnamə ilə Cəlilov Bəxtiyar), Kənan Cuvarov, Bilal Hacıyev və digər şəxslər mediaya açıqlamalarında qeyd edirlər ki, “Biz Nəsimi rayonu, Mövsüm Sənani küçəsi-13/15 ünvanında “kotlavan”dan mənzil almaq məqsədilə nəğd ödəniş etsək də, sonda şirkət bizi “oyuna saldı”. Əvvəl deyirdilər ki, “ödədiyiniz pulları geri qaytarırıq, mənzilləri “kotlavan"dan ucuz satmışıq və indiki durum başqa meyarları tələb edir”. Bugünkü problem ondan ibarətdir ki, bu MMC-nin rəhbərliyi binanı nəğd ödəniş etdiyimiz pullar hesabına tikiblər və biz pulu "kotlavan"dan ödəmişik. İndi isə onlar bizə mənzil verməkdən imtina edirlər və sırf bu işin başında Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi şöbəsinin sabiq müdiri Bəhram Abbasov durur”.
Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, qeyd olunan ünvanda mənzillərlə bağlı yaşanan problemlər qaydaya salınmadığından, sakinlərlə keçirilən görüşlərdə dərhal Bəhram Abbasov da iştirak edir. O halda sual oluna bilər ki, əgər bu şəxsin “Konstra” MMC-nə heç bir bağlılığı yoxdursa, o halda o, sakinlərlə keçirilən görüşlərdə hansı statusla iştirak edir? Deməli, əmələ gələn bütün problemlərin kökündə Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi şöbəsinin sabiq müdirinin “işarəverən barmağı” əsas rol oynayır. Elə ki, bu və ya digər məsələlərlə bağlı “Konstra” MMC-dən münasibət öyrənmək istəyirsən, o halda qarşı tərəf “şirkətin təsisçisi Bəsrət Abbaslıdır və o, bir qədər gəncdir. Əvvəllər onun atası Bəhram Abbasov tikinti işləri ilə məşğul olub. Belə bir səbəbdəndir ki, bu şəxs tikinti işlərində böyük təcrübəyə malikdir” deyə cavab verirlər. Əslində, bütün bunlar gözə “kül üfürmək”dir və baş aldatmaqdan da başqa bir şey deyil. Zərərçəkən şəxslərdən olan Bilal Hacıyev də mediaya açıqlamasında bildirir ki, “Hal-hazırda “Konstra” MMC qarşımızda ağır şərtlər qoyur və onların irəli sürdükləri şərtlərlə heç cür razı ola bilmərik. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işi aparan müstəntiq Emin Cahangirov da, məhz şirkətin tərəfini saxlayır və onlar mənə “Verdiyin pullar mənzili aldığın qiymətlə geri qaytarılacaq. Sən mənzildən imtina et, əks təqdirdə sənə heç bir mənzil verilməyəcək” deyirlər. Bir sözlə, onlar məni açıq-aşkar şəkildə hədələyirlər. Mən bu təkliflə razı olmuram. Halbuki, bir müddət bundan öncə demişdilər ki, “sakinlərə 62 mənzil veriləcək”. Həmin siyahıda Kənan Cuvarovun və mənim də adım var idi. İndi mənim də, onun da adını siyahıdan çıxarıblar”. Media üzərindən apardığımız araşdırmalar zamanı onu da dəqiqləşdirə bildik ki, problemin əmələ gəlməsində əsas günah “Konstra” MMC-dir. Yəni, əldə etdiyimiz başqa bir məlumata görə bu MMC-nin təsisçisi Bəsrət Abbaslı, Dilafir Rəsulov adlı bir şəxsi şirkətə icraçı direktor təyin edir. Guya ki, bu MMC-yə aid möhür ofisdə olur və bundan icraçı direktor Dilafir Rəsulov sui-istifadə edir və o, limitdən artıq ev də satır. Yəni, “Konstra” MMC-nin rəhbərliyində olanlar özlərini belə bir yollarla “sudan quru çıxarmaq” üçün minbir rola girirlər və əsas günahı Dilafir Rəsulov adlı şəxsin üzərində qoymağa çalışırlar. Belə olan halda “Yalan ayaq tutar, amma yeriməz” zərb-məsəl yada düşür.
Bir sözlə, bu yöndə həm tərəfimizdən, həm də media üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, baş verən problemlərin kökündə Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi şöbəsinin sabiq müdiri Bəhram Abbasov böyük günah sahibidir və bu şəxslə bağlı irəli sürülən iddialar tamamilə əsasslıdır.
Başqa bir məlumata görə, 03 iyun 2020-ci ildə Baş Prokurorluğun mətbuat xidmətindən mediaya belə bir məlumat ötürülür ki, “Orxan TİT” MMC-nin sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi-13/15 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 kvm-lik qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qarajın podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə yalan məlumatlar daxil edirlər və ayrı-ayrı şəxslərə qanunsuz mənzillər sataraq əldə olunan pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirirlər. Verilən məlumatlara görə, hal-hazırda bu kimi olaylarla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi davam etdirilməkdədir. Yəqin ki, çoxsaylı vətəndaşları minbir oyuna düçar edən “Konstra” MMC-nin rəhbər şəxsləri, gectez qanunun aliliyinin qüdrəti ilə üz-üzə qalmalı olacaqlar. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.
P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə redaksiyamıza “Konstra” MMC-i ilə bağlı daxil olan məlumatları, qol qoyulan maxinasiyaların mahiyyətini, ələlxüsus bu şirkətin arxasında durub çoxsaylı sakinləri minbir oyuna düçar etdirən, həmçinin yeni vəzifəyə sahib olmaq üçün hansı şəxslərə külli miqdarda rüşvət təklifi verən sabiq şöbə müdiri Bəhram Abbasovun səsyazılarını, bir sözlə daha ciddi sensasion məlumatları geniş ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağıq. Bizi izləyin ki, bizdən xəbəriniz olsun.
Xeberfakt.az