Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Avropa Məhkəməsinin ən yaxşı və ən pis qərarları

Tarix:20-03-2023, 12:02 Baxış Sayı:93

Avropa Məhkəməsinin ən yaxşı və ən pis qərarları

2022-ci ildə Avropa İnsan Hüquqları (AİHM) Məhkəməsinin çıxardığı ən yaxşı və ən pis qərarlar sıralanıb.

Sıralama Belçikanın Gent Universitetinin İnsan Hüquqları Mərkəzinin hər il təşkil etdiyi səsvermə əsasında müəyyən edilib. Məqsəd AİHM qərarlarının insan haqlarına xoş töhfəsi və ya əksi ətrafında müzakirə açmaq, bunu ölçməkdir.

Beləliklə, səsvermə nəticələrinə görə, Avropa Məhkəməsinin 2022-ci ildə çıxardığı ən yaxşı qərar “Safi və başqaları Yunanıstana qarşı” işlə bağlı olduğu hesab edilib. 

Bu məhkəmə işində Türkiyədən Yunanıstana keçməyə cəhd edən 27 miqrantı (əfqan, fələstinli, suriyalı) daşıyan balıqçı gəmisinin batmasından bəhs edilir. Ərizəçilər iddia edirdilər ki, insidentə balıqçı qayığını Türkiyə sularına qaytarmaq üçün çox yüksək sürətlə hərəkət edən Yunanıstan sahil mühafizə gəmisi səbəb olub. Nəticədə 11 miqrant ölüb. 

AİHM yekdilliklə qəbul etdiyi qərarında ərizəçilərin yaşamaq, işgəncə, ləyaqəti alçaldan, qeyri-insani rəftara məruz qalmamaq hüquqlarının pozulması qənaətinə gəlib. Məhkəməyə görə, Yunanıstan olayı lazımi şəkildə araşdıra bilməyib, insan itkisini önləmək üçün ağlabatan bütün tədbirləri həyata keçirməyib. Məhkəmə həmçinin, hadisədən sonra sağ qalanların üzərlərində axtarış aparılmasının məcburi təhlükəsizlik zərurətinə söykənmədiyi üçün qanunsuz olduğunu bildirib. 

16 ərizəçiyə münasibətdə çıxarılan bu qərar 1 ərizəçiyə 100 min, 1 ərizəçiyə 80 min, 3 ərizəçinin hər birinə 40 min, 11 ərizəçinin hər birinə 10 min avro təzminat ödənilməsini nəzərdə tutub.

AİHM-in 2-ci ən yaxşı qərarı “Elmazova və başqaları Şimali Makedoniyaya qarşı”, 3-cü isə “G.M. və başqaları Moldovaya qarşı” qərarı hesab edilib.

Elmazova və başqaları Şimali Makedoniyaya qarşı” işi qaraçı olan məktəblilərin digərlərindən təcridi iddiaları ilə bağlıdır. 1958-2013-cü il təvəllüdlü ərizəçilər yalnız qaraçıların təhsil aldığı məktəblərə və siniflərə yerləşdirilməsinin pozuntularla müşayət olunmasından şikayət edib. 

AİHM bu işdə ayrı-seçkilik iddialarını əsaslı sayıb, ərizəçilərə təzminat ödənilməsinə qərar verib.

G.M. və başqaları Moldovaya qarşı” işində ərizəçilər sığınacaqlara yerləşdirilən müxtəlif səviyyəli əqli çatışmazlıqdan əziyyət çəkən vətəndaşlar olub. Sığınacaqda olduqları zaman baş həkimlərdən biri onları müxtəlif zamanlarda zorlayıb. 

Ərizəçilərin 3-ü də hamilə qalıb, məcburi abort edilib. Həmçinin, abortdan sonra onlara razılıqları olmadan hamiləliyi önləyən uşaqlıqdaxili kontraseptiv vasitələr implantasiya olunub. 

AİHM bu işdə Konvensiyanın 3-cü maddəsinin pozulmasına (maddi və prosessual aspekt) qərar verib.

2022-ci ildə elan edilən ən pis qərarın “Y və Başqaları Bolqarıstana qarşı” işi ilə bağlı olduğu hesab edilib.

Bu qərar faciə ilə bitən məişət zorakılığı hadisəsi ilə bağlıdır. V əri tərəfindən davamlı zorakılığa məruz qalıb.  O, 9 ay ərzində dövlət qurumlarına müxtəlif şikayətlər verib, lakin gərəkli önləmlər alınmadığı üçün yekunda əri tərəfindən güllələnməklə qətlə yetirilib. 

AİHM bu işdə yaşamaq hüququnun pozuntusunu tanıyıb, ancaq 14-cü maddənin pozulmadığı qənaətinə gəlib. Məhkəmə bu qənaətini ərizəçilərin Bolqar rəsmilərinin ailədaxili şiddətə ümumi diqqətsizliyini, laqeydliyini təsdiq edən ststistik sübutlar təqdim etməməsi ilə əsaslandırıb. Halbuki məhkəmə, eyni zamanda, Bolqarıstanın rəsmi qurumlarının statistik sübutların toplanılmasında uğursuz olmasını çatışmazlıq kimi təsbit edib. 

Məhəmməd İspaniyaya qarşı” işlə bağlı qərar AİHM-in 2-ci, “Savickis və başqaları Latviyaya qarşı” qərar isə 3-cü ən pis qərarı hesab edilib.

Məhəmməd İspaniyaya qarşı” qərarı qara dərili ərizəçinin şəxsiyyətinin küçədə polis tərəfindən yoxlanmasının qanunsuzluğu iddiaları ilə bağlıdır. Ərizəçi iddia edib ki, şəxsiyyətin yoxlanılması onun rəngi ilə bağlı olub və ayrı-seçkilikdir. Üstəlik, milli rəsmi qurumlar onun irqi ayrı-seçkiliklə bağlı iddialarını yetərli araşdırmayıblar. 

AİHM bu işdə pozuntu olmadığına qərar verib. 

Savickis və başqaları Latviyaya qarşı” işdə ayrı-seçkilik kontekstində mülkiyyət hüququnun pozuntusu məsələsi qaldırılıb. Keçmiş SSRİ vətəndaşları olan ərizəçilərin Latviyada “daimi yaşayan qeyri-vətəndaşlar” statusları olub. Onlara pensiya hesablanıb, ancaq hesablama zamanı SSRİ-nin digər ərazilərində işləyib-yaşadıqları zamana aid əmək stajı nəzərə alınmayıb. Halbuki, eyni vəziyyətdə olan Litva vətəndaşlarına münasibətdə əmək stajı hesablanıb. Ərizəçilər bunu onlara qarşı ayrı-seçkilik hesab ediblər. AİHM bu şikayəti qəbuledilməz sayıb.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL