Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Göyçay sakini Məşğul Mərkəzindən narazıdır
Göyçay şəhər sakini Əli Cümşüd oğlu Aşurov iki il əvvəl Məşğulluq Mərkəzinə müraciət edərək özünəməşğulluq proqramına qoşulub. Deyir ki, 2 il ərzində dəfələrlə get-gələ baxmayaraq müraciətimə cavab verilməyib.
“Halbuki, məndən sonra proqrama qoşulanlara mal-qara verilmişdi”, – şikayətçi Meydan TV-yə danışıb.
Onun sözlərinə görə, yenidən müraciət edərək işlə təmin olunmasını istəyib. Bu dəfə də ona iş üçün növbənin çox olduğunu deyiblər:
“Gündəlik bir tikə çörəyə möhtac insanlara aylarla, bəzən illərlə növbə gözlətməyin nə demək olduğunu anlamırlar. Yaşadığım ev yüz il əvvəldən tikilib, köhnə və qəzalı vəziyyətdədir. Ailəliyəm, 2 körpə balam var. Günəmuzd fəhlə kimi işləyirəm, iş olmayanda balalarımın üzünə baxa bilmirəm. Mən maddi yardım istəmirəm, iş versinlər, çalışaraq uşaqlarımın qarnını doyuzdurum”.
Şikayətçi deyib ki, Göyçayda iş tapmaq çətindir.
“Bütün sahələrdə tanışlıq sistemi keçir. Mən gənc olanda atam vəfat edib, arxam-dayağım yoxdur. Dövlət Müəssisələrinin heç birində fəhlə kimi iş tapa bilmirəm. Məşğulluq mərkəzində müraciətimə etinadsız yanaşırlar. Bəs nə edim?”.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Məşğulluq Agentliyindən Meydan TV-yə bildiriblər ki, Göyçay rayon sakini Əli Cümşüdoğlu Aşurovun müraciəti araşdırılıb. Vətəndaş ilə fərdi qaydada söhbət aparılıb, Əli Aşurov müraciətinin ictimai işlərdə çalışmaq ilə bağlı olduğunu bildirib:
“Qaydaya uyğun olaraq onun məşğulluq imkanları qiymətləndirilib və nəticəyə uyğun olaraq Ə.Aşurov haqqı ödənilən ictimai işlər üzrə növbəlilik sisteminə əlavə olunub. Növbəli qaydada vətəndaşın istəyi üzrə məşğulluğuna dəstək göstəriləcək”.
Meydan TV