29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Elçin Qarayev: “Prokurorluğa məktub yazdım, bundan sonra mənimlə düşmən oldular”
Mingəçevir sakini Elçin Qarayev iş yerində təzyiqə məruz qaldığını, son aylarda maaşının kəsildiyini, hətta işsiz qalmaq təhlükəsiylə üzləşdiyini deyir. Kirayə qaldığını, himayəsində xəstə və yaşlı valideynlərinin olduğunu deyən Elçin Qarayevin sözlərinə görə, mart ayında maaşı o qədər kəsilib ki, ona cəmi 95 manat pul verilib:
“95 manatla mən kirayə pulu verim, kommunal xərcləri ödəyim, nəqliyyat xərclərimi qarşılayım?! Bəs mən nə yeyim, nə içim? Hələ başqa xərclərimdən, ailə üzvlərimdən danışmıram. Bu qədər insafsızlıq olmaz axı. Aydın məsələdir ki, bütün bunlar məni bezdirib uzaqlaşdırmaq üçündür. Kadrlar şöbəsinin müdiri, briqadir deyir ki, get, hara istəyirsən, şikayət elə. Bunlar kimə güvənir ki, vətəndaşla belə danışır?”.
“Haqqımda şər-böhtanlar yazmağa başladılar”
41 yaşlı Elçin Qarayev xeyli vaxtdır ki, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi vasitəsilə Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinə işə düzəlib, orada bağban kimi işləyir. Aylıq maaşı 326 manat olub.
Son aylarda onunla idarənin kardlar şöbəsinin rəisi və briqadir arasında problemlər yaranıb. Elçin Qarayev iddia edir ki, bu problem onun başqa bir məsələ ilə əlaqədar prokurorluğa məktubundan qaynaqlanır:
“İşləmək üçün mənə üç sahə ayrılıb. Sahədə açıq tok xətləri gördüm. Bu, təhlükəlidir. Bu haqda əvvəl briqada rəhbərinə məlumat verdim. Tədbir görülmədi. Sonra idarə rəhbərliyinə məlumat verdim. Yenə tədbir görülmədi. Ona görə də təhlükəsizliyi nəzərə alıb, prokurorluğa məlumat verdim. Bundan sonra briqadir Vahid Kərimov, kadrların müdiri mənimlə düşmən oldu. Mənim haqqımda ardıcıl şər-böhtan xarakterli ərizələr yazmağa başladılar. Təsəvvür edin, briqadir idarə rəisinə məktub yazır ki, onu işdən çıxarın, yaxşı işçi deyil”.
“Qalmışam iki yol ayrıcında…”
Elçin Qarayev əlavə edib ki, rəsmi qaydada işdən çıxarılmayıb, amma digər tərəfdən də işə buraxılmır: “DOST Agentliyindən deyirlər ki, get, işini işlə. Amma Mingəçevirdə də deyirlər ki, Bakıdan arayış gətir ki, işdən çıxarılmamısan. Qalmışam iki yol ayrıcında…”.
Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən isə Meydan TV-yə bildirilib ki, Elçin Qarayevin işə yanaşmasında, davamiyyətində ciddi problemlər var. Onun maaşının kəsilməsi də bir çox hallarda işdə olmaması, üzərinə düşən vəzifələri yerinə yetirməməsiylə bağlı olub. İdarədən vurğulanıb ki, onun işi buraxması üçün göstərdiyi səbəblər də əsaslı olmayıb, öhdəliklərinə məsuliyyətsiz yanaşıb.
Elçin Qarayev bu ittihamlarla razılaşmır, işdən çıxarılması üçün şərləndiyini deyir.