Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Lənkəran sakini: “Mənim övladım hərbi xidmətə bu vəziyyətdə getməmişdi axı”

Tarix:31-03-2023, 20:03 Baxış Sayı:119

Lənkəran sakini: “Mənim övladım hərbi xidmətə bu vəziyyətdə getməmişdi axı”

Habil Səmədov: “Xahiş edirəm, dövlət məsuliyyətini nəzərə alsın…”

Lənkəran rayonunun Osaküçə kənd sakini Habil Səmədovun 19 yaşlı oğlu Rəvan Səmədov hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında (“Papanin” hospitalı) müalicə olunur. Atası deyir ki, 2022-ci ilin oktyabrında oğlunu hərbi xidmətə yola salanda səhhətində problemi yox idi.

“Mən sağlam oğul yola salmışdım”

Mən hərbi xidmətə sağlam oğul yola salmışdım. Əsgərlikdən əvvəlki videoları, şəkilləri var. Heç üstündən altı ay keçməyib, övladım nə vəziyyətdədir. Əvvəldən xəstə olsaydı, onu heç aparmazdılar…”, – Habil Səmədov Meydan TV-yə danışır.

Onun sözlərinə görə, Rəvanın xəstəliyilə bağlı dəqiq diaqnoz haqda məlumatı yoxdur. Çünki hospitalın həkimləri bu barədə ona məlumat verməyib.

Habil Səmədov deyir ki, oğlunun hərəkət və nitqində ciddi problemlər yaranıb – kəkələyir, tez-tez qıcolmalar yaşanır.

Rəvan Səmədov 2022-ci il oktyabrın 4-də Lənkəran Hərbi Komissarlığından Gəncədəki N saylı hərbi hissəyə xidmət göndərilib. Karantin dövrünü orada keçib. Təxminən ayyarım sonra ailə üzvləri onun yanına gedəndə Gəncədə xəstəxanada olduğunu biliblər. Bir müddət orada müalicə olunub. Sonradan hərbi xidmətini davam etdirmək üçün Goranboydakı N saylı hərbi hissəyə göndərilib.

“Komandirə demişdim ki, bu adamda tutmalar var”

Arada 15 günlük evə məzuniyyətə göndərdilər. Gördüm ki, bu, mənim əsgər yola saldığım uşaq deyil. Sonra yenə Goranboya qaytarılmışdı. Hərbi hissədə vəziyyəti yenidən pisləşdiyinə görə evə göndərmişdilər. Bu dəfə onu iki əsgərlə birlikdə göndərmişdilər, tək buraxmamışdılar. Mənə də zəng elədilər ki, qarşısına çıxım. 15 günlük məzuniyyətə gələndə də komandirə demişdim ki, bu adamda tutmalar var. Amma sözümə baxmadılar, qaytardılar hərbi hissəyə. Sonra gördülər ki, mümkün deyil, gətirdilər “Papanin” hospitalına…”, – Habil Səmədov bildirib.

Rəvan Səmədov martın 12-dən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunur. Atasının sözlərinə görə, onda psixi problemlər də müşahidə olunur. Son vaxtlar temperaturu da yüksəkdir:

“Narahatam ki, məni yubadarlar”

Çox narahatam ki, məni yubadarlar, aldadarlar. Ona görə xahiş edirəm, dövlət bu məsələdə məsuliyyətini nəzərə alsın, tədbir görsün. Əgər burada müalicəsi mümkün deyilsə, vaxtında xarici ölkəyə göndərsin.Təki övladım sağalsın. Mənim övladım hərbi xidmətə bu vəziyyətdə getməmişdi axı…”.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalından Rəvan Səmədovun durumu haqda Meydan TV-yə məlumat verməkdən imtina ediblər: “Xəstələr haqqında məlumatlar konfidensialdır və heç kimə məlumat verilmir. Ümumiyyətlə isə bütün xəstələrə nə lazımdırsa, olunur”.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL