29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Azərbaycanda su təsərrüfatı ilə məşğul olan qurumların birləşdirilməsi bir mərkəzdən idarə olunmanın effektivliyini artıracaq addımdır.
Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ötən gün “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” ASC-lərin ləğv edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ilə bağlı ölkə başçısının fərmanını şərh edərkən deyib.
N.Cəfərli hesab edir ki, növbəti mərhələdə ölkəmizdə suya olan tələbatın qarşılanması üçün yeni yanaşma həyata keçirilməlidir:
“Bu iki qurum praktiki olaraq eyni təsərrüfat sahəsi ilə, eyni problemlərin həlli ilə məşğul olurdular. Amma səlahiyyət və məsuliyyət bölgüləri kəsişdiyindən bəzən bir-birlərinə mane olurdular. Ona görə də iki qurumun birləşdirilməsi və bütün idarəetmənin eyni mərkəzdən, eyni prinsiplərlə həyata keçirilməsi bu maraq toqquşmalarına da son qoyacaq.
Hesab edirəm ki, mərkəzləşmə, effektiv idarəetmə nöqteyi-nəzərindən doğru qərardır. Amma həm də bu struktur islahatlarına, bu sahənin fəlsəfəsinin dəyişməsinə ehtiyac vardır. Azərbaycanın yaxın onilliklərdə ən böyük problemlərindən biri su problemi olacaq. Bura həm içməli su, həm də kənd təsərrüfatı sahəsində istifadə edilən sular daxildir. Ona görə də su probleminin həlli üçün bir mərkəzdən idarə olunan konsepsiyanın, fəlsəfənin olmasına ehtiyac var. Ola bilər ki, bizim əlavə su mənbələrinə çıxış imkanını artırmaq üçün müəyyən addımlar da atılsın. Hətta dəniz suyundan da istifadə olunması məsələsi də gündəmə gələ bilər.
Ona görə də ilkin addım olaraq doğru addımdır və növbəti addım kimi idarəetmənin yeni konsepsiyasının yaradılmasına ehtiyac var”.
İqtisadçı-ekspert Xalid Kərimli də öz növbəsində hesab edir ki, ölkə başçısının məlum fərmanı Azərbaycanda su idarəçiliyi sahəsində yeniliklərə gətirib çıxaracaq:
“Dünyada sübut edilmiş bir yanaşma var ki, dövlət nə qədər kompakt olsa iqtisadiyyat uçun bir o qədər yaxşıdır. Dövlət böyüdükcə, onun tənzimləyici qurumlarının sayı artdıqca özəl sektor sıxılır, onların yükü artır. Düzdü müəyyən fəaliyyətləri fərqli olsa da hər iki qurumda təkrarlanan çoxlu inzibati işlər var. Birləşmə nəticəsində bu işlər optimallaşdırılacaq. Bu həm də kadrlardan düzgün və səmərəli istifadə edilməsinə gətirib çıxaracaq. Nəticədə isə dövlət vəsaitlərinə qənaət ediləcək. Hesab edirəm ki, bu birləşmə addımları davam etdirilməlidir və dövlət qurumlarının sayı azalmalıdır”.
Ekspertin sözlərinə görə, suya qənaət edilməsi üçün həm istifadəçilərin, həm də dövlətin üzərinə böyük məsuliyyət düşür:
“Bildiyiniz kimi regionda Azərbaycanın su baxımından bəxti gətirməyib. Cənubi Qafqazın ümumi su ehtiyatının 62 %-i Gürcüstanın, 28 %-i Ermənistanın, yalnız 10 %-i Azərbaycanın payına düşür. Üstəlik su ehtiyatlarımızın 70 %-dən çoxu xarici mənbələrdən formalaşır. Bu isə onu göstərir ki, biz su ehtiyatlarımıza görə qonşularımızdan asılıyıq. Digər bir məsələni də nəzərə almaq lazımdır ki, ümumi iqlim məsələləri, quraqlıq problemlərinin artması ölkəmizin su ehtiyatlarının da azalması ilə müşayiət olunur. Həmçinin Azərbaycanda əkinçiliyin inkişafı suya olan tələbatı da artırır.
Hesab edirəm ki, suyun qənaətlə istifadəsi çox vacibdir. Hesablamalara görə, dünyanın inkişaf etmiş ölkələrində istifadə edilən suyun 70 %-i kənd təsərrüfatı sektorunun payına düşür. Amma inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 90 %-ə çatır.
Bizim hazırda ərazimizi böyüdüb yeni su mənbələri tapmaq, iqlimi dəyişmək kimi imkanlarımız yoxdur. Yeganə vasitə mövcud su ehtiyatlarından qənaətli istifadədir. Burada həm su istifadəçilərinin, həm də hökumətin üzərinə müəyyən iş düşür. Bu kontekstdə infrastrukturun qurulması həyata keçirilməlidir. Çünki mövcud suvarma kanallarının əksəriyyəti beton deyil, torpaq məcralı kanallardır. Bu isə mənbədən çıxan suyun bəzən 3-də ikisinin məqsəbə gedib çatmamasına səbəb olur. Nəticədə isə həm su itkisi yaranır, həm də əlavə su itkisinə məruz qalan torpaqlarda şoranlaşma yaranır.
Bir sözlə bütün bu problemlərin olmaması üçün səmərəliliyin qorunması çox vacibdir”.
Qeyd edək ki, daxildə formalaşan şirin su ehtiyatlarına görə Azərbaycan 170 ölkə arasında 140-cı yerdə qərarlaşıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20 kubkilometrə qədər azalır. Yeraltı içməli su mənbələrində isə 23,76 milyard kubmetr/gün su ehtiyatı var. Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları 9 milyard kubmetrə yaxındır.
Azərbaycanda hər kv. km-ə və əhalinin hər 1 000 nəfərinə içməli su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır.
Bir il ərzində hər bir nəfərə düşən su ehtiyatı Azərbaycanda 1,03 min kubmetr, Gürcüstanda 13,7 min kubmetr, Ermənistanda isə 2,2 min kubmetr təşkil edir. Azərbaycanın hər kv. km-ə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir.
Əsas yerüstü su mənbələrimiz transsərhəd çaylardır. Kürün Azərbaycana daxil olduğu yerdə su ehtiyatları son 8 ildə 30 % azalıb. İkinci vacib su mənbəyimiz Qanıq çayında isə azalma 25 %-dir. Araz çayında isə su ehtiyatı 60 % azalıb.