Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

"Agentliyin baş direktoru yeni yaradılmış qurumu yavaş-yavaş rüşvət və korrupsiya yuvasına çevirməyə başladı"

Tarix:2-05-2018, 11:00 Baxış Sayı:1 456

"Agentliyin baş direktoru yeni yaradılmış qurumu yavaş-yavaş rüşvət və korrupsiya yuvasına çevirməyə başladı"

Səmayə Məmmədova: Salam Yusif bəy. Mən Səmayə Məmmədova “Gündəmxəbər.info” onlayn xəbər saytının müxbiriyəm və bu gün sizdən müsahibəni mən götürəcəm. Həmçinin sizə müsahibə vermək təklifi etdiyiniz üçün də təşəkkür edirəm.

Yusif Rəsulov: Xoş gördük Səmayə xanım, məmnun oldum. Mən də sizə vaxt ayırdığınız üçün təşəkkür edirəm.

Səmayə M.: Yusif bəy bildiyimiz qədər siz bir neçə il, yeni yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İnsan resursları şöbəsinin müdiri vəzifəsində işləmisiz. Bu təxmini olaraq neçənci illəri əhatə edir?

Yusif R.: Bəli doğru deyirsiz, mən 2016-cı ilin avqust ayından 2018-ci ilin mart ayına qədər yeni yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İnsan resursları şöbəsinin müdiri vəzifəsində işləmişəm.

Səmayə M.: Agentlikdə işlədiyiniz müddətdə hansı vəzifələri icra edirdiniz?

Yusif R.: Ümumiyyətlə Agentlik özü ölkənin paytaxtı Bakı şəhərində ictimai nəqliyyat, həmçinin taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə bağlı nəqliyyat sahəsində dövlət siyasətini həyata keçirir və Bakı şəhərində bütün avtobus daşıyıcılarına nəzarət edir, onlara bu fəaliyyətlə məşğul olmaq üçün lisenziyalar verir. Agentliyin işçi sayı hazırda 120 nəfərdir. Əlavə olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də Agentliyin tabeliyinə verilmişdir. O Mərkəzdə də 100-ə yaxın işçi var. Mən Agentlikdə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq işə qəbul, vəzifə dəyişiklikləri, işçinin əmək müqaviləsinə xitam verilmə, işçilərin fərdi və kollektiv mükafatlandırılması, işçilərə intizam tənbeh tədbirlərinin tətbiq edilməsi, könüllülərlə işin aparılması, Agentliyin daxili prosedur qaydalarının hazırlanması, işçilərin vəzifə təlimatlarının hazırlanması və s. kimi vəzifələri icra edirdim. 

Səmayə M.: Necə oldu ki, sizi Agentlikdə bu vəzifəyə qəbul etdilər?

Yusif R.: Mən bir neçə il dövlət qulluqçularının ehtiyat kadr siyahısında idim. Həmçinin Agentliyin tabeliyinə verilən Mərkəzdə eyni sahədə çalışırdım, lakin daha aşağı vəzifədə - aparıcı mütəxəssis vəzifəsində. Ölkə prezidenti tərəfindən Agentliyə rəhbər təyin olunmuş, baş direktor Vüsal Kərimli mənimlə bir neçə dəfə ünsiyyətdə olduqdan sonra, yəqin ki, mənim bu sahədə təcrübə və bacarıqlarımı görərək mənə Agentlikdə əvvəlcə baş məsləhətçi, daha sonra isə İnsan rsursları şöbəsinin müdiri vəzifələrini təklif etdi. Mən də razılaşdım və düşündüm ki, rüşvət olmayan və şəffaf bir iş mühitində karyeramı davam etdirə biləcəm. Çünki Agentliyin baş direktoru Vüsal Kərimli özünü gənclərə dəstək verən, rüşvətə və hər hansı tapşırığa məhəl qoymayan biri kimi göstərirdi. Və mən də buna inanmaq istəyirdim və ümid edirdim ki, onun idarəçiliyi mənim iş prinsiplərimə uyğun olacaq.

Səmayə M.: Bəs necə oldu? Ümidləriniz, sizin istədiyiniz kimi müsbət nəticə vermədi?

Yusif R.: Çox təssüf ki xeyr... Mən zaman keçdikcə tamamilə fərqli bir mənzərə ilə qarşılaşmağa başladım. Agentliyin baş direktoru yeni yaradılmış qurumu yavaş-yavaş rüşvət və korrupsiya yuvasına çevirməyə başladı. Ən təsiredici məqamlardan biri Vüsal Kərimlinin Agentliyə bir müddət sonra öz qohumlarını, tanışlarını və yuxarıdan tapşırıqla gələn insanları işə götürməsi idi. Təsəvvür edin ki, bu işə götürülən şəxslərin hamısı səriştəsiz, savadsız və işə başladıqları qurumun fəaliyyəti ilə yaxından-uzaqdan əlaqələri olmayan insanlar idi. Və onları işə götürmək üçün isə, Agentliyin tabeliyinə verilən Mərkəzdə uzun illər çalışan, savadlı və bilikli işçiləri müxtəlif üsullarla təhdid edib, təzyiq göstərərək işdən çıxarırdı. Özünüz də yaxşı bilirsiz ki, gündən-günə Azərbaycanda iş tapmaq çətinləşir. Əgər arxanda güclü adamın və ya rüşvət verməyə pulun yoxdursa uzun illər işsiz qala bilərsən və bu da insana həm maddi, həm də mənəvi olaraq ağır zərbələr vurur və hətta bəzən intihar etməyə qədər aparıb çıxarır.

Səmayə M.: Elədir Yusif bəy, dediklərinizdə həqiqət var. Bəs bu proseslərdə sizdən nə tələb edirdilər?

Yusif R.: Əlbətdə ki, Vüsal Kərimli bu işlərin çoxunu mənim vasitəmlə həyata keçirməyə çalışırdı. Mən var gücümlə buna etiraz edirdim, köhnə və səriştəli işçilərin işdən kütləvi şəkildə çıxarılmalarının qanuna zidd olduğunu israrla bildirirdim. Lakin o, mənə “Burda qanun mənəm, mən nə istəyirəmsə o da olacaq!” deyə səsini qaldrırdı. Mənim orda qalmağımın yeganə səbəbi əvvəlki işçilərin qanunsuz şəkildə işdən azad edilmələrinə imkanlarım daxilində mane olmaq idi. Lakin özünün mənə olunan təzyiqin nə qədər böyük olduğunu düşünün. Hətta bəzən Nazirlər Kabinetindən belə mənə zəng edib, rəhbər hansı yol ilə deyir o yol ilə də işləmək lazım olduğunu deyirdilər.

Səmayə M.: Bəs siz bu proseslərə mane olmaq üçün hansısa addımlar atdınızmı?

Yusif R.: Bəli əlbətdə ki. Əvvəlcə Agentliyin və Mərkəzin işçilərinin üzv olduğu Respublika Həmkarlar İttifaqına, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciətlər etdim, həmçinin haqqı tapdalanan işçilərə də izah etdim ki, onlar da belə müraciətləri etsinlər. Lakin Azerbaycan reallığı ilə yenidən üz-üzə qaldıq. Müraciət etdiyimiz qurumlar hərəsi sadəcə bir məktub göndərərək guya ki, məsələni nəzarətdə saxladıqlarını bildirdilər. Əslində isə Vüsal Kərimli və onun dövlətdə olan yüksək rütbəli havadarları həmin qurumları susdurmuşdular. İnsan həqiqətən bəzən çıxılmaz vəziyyətə düşür və Azərbaycandakı bütün sahələrdə olan korrupsiyalaşmış vəziyyət isə hər an hər bir sadə işçini və  ya sadə vətəndaşı belə çıxılmaz vəziyyətlərə sala bilir.

Səmayə M.: Bəs sizin Agentliklə yolları ayırmağınıza kuliminasiya nöqtəsi nə oldu?

Yusif R.: Mənim üçün orda yaşanan hər şey elə kuliminasiya nöqtəsi idi. Hər dəfə bundan daha pis nə ola bilər dedikcə, daha da betər olan hallarla qarşılaşırdım. Və bu baş verənlər görə mən artıq ölkədəki idarəetmə rejiminə qarşı nifrət bəsləməyə başlayırdım. Düzdür, var gücümlə bununla mübarizə aparmağa çalışsam da, lakin təssüf ki, pis olan tərəf çoxluq təşkil edirdi və məni günü-gündən demək olar ki, dəstəkləyənlər azalırdı və bir gün hamısı tamamilə yoxa çıxdı və mən bu rejimlə təkbaşına qaldım. Artıq mənim özümə də hədə-qorxular gəlinirdi, karyeramı məhv edəcəklərini bildirirdilər Agentliyin rəhbər şəxsləri, əgər onların dediyi kimi, rüşvət vermiş şəxsləri işə götürməsəm, onlara yuxarıdan tapşırılmış şəxsləri işə götürməsəm, bütün baş verən haqsızlıqlara göz yummasam, susmasam mənim də taleyimin digər işçilər kimi olacağını tez-tez mənə deyirdilər. Mən həm də səlahiyyətli şəxs olduğum üçün, məni açıq aşkar işdən qovmağa bir az cürət etmirdilər, çünki belə böyük bir qurumun kadrla bağlı bütün məxfi və qeyri-məxfi dosyaları, məlumatları mənim səlahiyyətimdə idi. Hər halda qorxurdular ki mən bu məlumatları hardasa yayaram. Amma düşünmürdülər ki, mən onlar kimi şantajçı və vicdansız deyiləm. 2018-ci ilin fevral ayının sonlarına yaxın Vüsal Kərimli Agentlikdə yenidən kadr siyasəti adı altında işdən çıxarmalara başladı. Orda çox aşağı maaşla işləyən və ailəsini güclə dolandıran bir neçə fəhlə və xadimə var idi. Təsəvvür edin ki, cəmi 250 manat maaş alırdılar. Yəni bu əmək haqqı ilə Azerbaycanda yaşamaq mümkün deyil. Hələ bu insanların ailəsi, bəzilərinin isə körpə uşaqları var idi. Lakin Vüsal Kərimli heç bir vicdana sığmayan qərar verərək, onların da işdən atılacaqlırını bildirdi. Mən artıq dözə bilmədim və təxmini bilirəm ki, məni onun xidməti otağından mühafizəçilər çıxardılar. Çünki o qədər sinirlərimə hakim ola bilmədim ki, otağına gedib ürəyimdə saxladığım bütün sözləri dedim. O da məni işdən xüsusi maddə ilə qovacağını dedi və mənim bütün karyeramı məhv edəcəyini bildirdi. Mən isə işdən azad olunmağımla bağlı ərizəmi imzalayıb, köməkçisi vasitəsilə ona göndərdim və daha sonra gəlib şəxsi əşyalarımı toplayıb Agentliyi tərk etdim. 

Səmayə M.: Sizin keçirdiyiniz hissləri və yaşadığınız stressi mən əlbətdə tam olaraq bilə bilmərəm, amma ən azından sizi çox yaxşı başa düşürəm. Hal-hazırda sizə qarşı Agentliyin rəhbərliyi tərəfindən hər hansı təzyiqlər və yaxud neqativ davranışlar varmı?

Yusif R.: Təssüflər olsun bəli var, Vüsal Kərimli mənə zərbə vurdu, dövlətdəki öz havadarları vasitəsilə mənim adımı dövlət işində işləyə bilməyim deyə qara siyahıya saldırıb, bu o deməkdir ki, mən daha heç vaxt dövlət işlərində çalışa bilməyəcəm. Özəl sahəyə müraciət edəndə isə, məni işə götürmək istəyən şəxslərə haqqımda çox mənfi rəylər verir və mənim ordan da yollarım bağlanır. Bir neçə dəfə başqa başqa nömrələrlə mənə zəng vuraraq, guya ki, mənim prezident İlham Əliyevin apardığı uğurlu kadr siyasətinə kölgə salmağımı bildirib və mənim haqqımda tədbir görülməsi üçün Daxili işlər nazirliyinə, Baş prokurorluğa müraciət etdiyini bildirib. Hətta onun göstərişi ilə Agentliyin Mətbuat katibi Mais Ağayev mənim haqqımda müxtəlif media orqanlarına yalan-yalnış müsahibələr verir, məni nüfuzdan salmağa və adımı ləkələməyə çalışır. Hətta mən bir dəfə Mais Ağayevə zəng etdim və nəyə görə bunları etdiyini soruşdum. O isə cavabında, “Mənim heç bir günahım yoxdur, Vüsal müəllim deyir mən də onun tapşırıqlarını icra edirəm” deyə cavab verdi. Burdan da görünür ki, Azərbaycan hakimiyyəti və hakimiyyətdə olan məmurlar, prezident İlham Əliyevin vəzifəyə təyin etdiyi məmurlar hamısı boğazına qədər korrupsiyaya batıb, ancaq rüşvətlə və tapşırıqla işə götürürlər və kimi istəyirlər işdən atırlar və prezident də bütün bunlara göz yumur.

Səmayə M.: Bundan sonra mübarizənizi davam etdirəcəksiz yoxsa düşünürsüz ki, faydası yoxdur?

Yusif R.: Məni məhv edəcəkləri günə qədər mübarizə aparacam və ölkənin ən başında oturan birinci şəxsdən başlayaraq nə qədər ki, gücüm çatacaq, bir-bir bütün korrupsiyalaşmış sahələri və məmurları ifşa edəcəm. Bunu edə bilmək üçün iradəm, savadım və ən əsası da qarşımda məqsədim var və əsas motivasiyam da budur. Ümid edirəm ki, bir gün Azərbaycan xalqı demokratik, humanist, insan haqq və hüquqları qorunan cəmiyyətdə yaşayacaq.

Səmayə M.: Hamımız buna ümid edirik və ümid ən sonda ölür deyirlər... Yusif bəy sizə bu günkü müsahibə üçün təşəkkür edirəm və mübarizənizdə güc, iradə və qələbə arzu edirəm.

Yusif R.: Çox sağ olun, minnətdaram!скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL