29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Britaniya polisi 22 nəfərin öldüyü və 59 nəfərin yaralandığı Manchester Arena qapalı salonuna intiharçı hücumunu törədən şəxsin 22 yaşlı Salman Abedin olduğunu açıqlayıb.
Manchester şəhərində Livan əsilli ailədə doğulan Salman Abedinin ən azı üç bacı və qardaşı olduğu məlumdur.
Onun Manchester-də bir neçə ünvanda yaşadığı deyilir.
Polis əsas prioritetin Abedinin hücumu tək və ya digər şəxslərlə planlaşdırdığını müəyyən etmək olduğunu bildirib. Greater Manchester polisinin baş rəisi İan Hopkins iki ünvanda axtarış aparıldığını təsdiqləyib.
Abedinin şəxsiyyəti rəsmən müəyyən edilmədiyinə görə polis daha ətraflı məlumat verməkdən imtina edib.
Hazırda hücumda həlak olanlardan yalnız üç nəfərin kimliyi məlumdur - 8 yaşlı Saffie Rose Roussos və hər ikisi 28 yaşında olan Georgina Callander və John Atkinson.

8 yaşlı Saffie Roussos və 28 yaşlı Georgina Callander
Partlayış bazar ertəsi Bakı vaxtilə saat 01:35 radələrində ABŞ-dan olan müğənni Ariana Grande-nin konsertinin ardınca baş verib. Bundan əvvəl özünü İslam Dövləti (İD) adlandıran qrup Telegram tətbiqində İD kanalı vasitəsilə hücumu törətdiyini deyib. Polis Manchesterin cənubunda hadisə ilə əlaqəsi olduğu deyilən 23 yaşlı kişini həbs edib.
Bu, Britaniyada 2005-ci il iyulun 7-dən bəri baş vermiş ən pis terror hadisəsidir. Həmin vaxt 52 nəfər həyatını itirmişdi.

Hadisənin baş verdiyi əraziləri göstərən xəritə
Rəsmilər nə deyir?
Kraliça zərərçəkmişlərə "dərin başsağlığı" bildirib və bildirib ki, "bütün xalq ölüm və xəsarətlərdən şok keçirib".
Baş nazir Theresa May bildirib ki, onun fikirləri "polis tərəfindən dəhşətli terror aktı kimi nəzərdən keçirilən" hadisədən zərər çəkmiş insanlarladır.
"Biz Manchester-də nə baş verdiyinin tam detallarını üzə çıxarmaq istiqamətində müvafiq işlər aparırıq". O, əlavə edib ki, təhlükəsizlik xidməti hücumçunun kimliyini təyin edib, amma hələ bu barədə məlumat verə bilməz.
Xanım May bugün fövqəladə Cobra (Nazirlər Kabineti üzvləri ilə görüş) görüşü keçirib və bir azdan Mançesterə getməlidir.
Bundan başqa, o, Mühafizəkar Partiyanın ümumi seçkiqabağı təşviqatını dayandırıb.

Hadisə yerində vəziyyət necədir?
Hadisə yerindəki tibb işçiləri BBC-ə deyib ki, onlar bəzi "qəlpəyəbənzər xəsarəti olan" yaralıları müalicə edib. Şimali Qərb Təcili Yardım Xidməti bildirib ki, baş vermiş partlayışdan sonra xəstəxanalara 59 nəfər aparıb və bir sıra yüngün xəsarətli, yeriyə bilən yaralılara tibbi yardım göstərib.
Böyük Manchester Polisi hücuma cavab olaraq fövqəladə telefon nömrəsi yaradıb.

BBC-nin daxili siyasət müxbiri Daniel Sandford bildirib ki, yüksək rütbəli antiterror xidmətinin əməkdaşları Londonda yığılır və Daxili İşlər Nazirliyi (Home Office) ilə əlaqə yaradır.
İki anonim ABŞ məmurunun təsdiqlənməmiş məlumatına əsasən, hücum intiharçı tərəfindən həyata keçirilib.
Britaniyanın Nəqliyyat Polisi bildirib ki, partlayış Victoria dəmir yolu və tramvay stansiyası ilə əlaqələnən arenanın foyesində baş verib. Hadisədən az sonra stansiya bağlanıb və bütün qatarlar ləğv edilib.

Partlayış müğənni Ariana Grande səhnəni tərk etdikdən qısa müddət sonra baş verib.
Manchester Arena şəhərin ən böyük qapalı məkanıdır. Bura təxminən 18 min nəfərlik konsert tutumu olan arenadır. Amerikalı pop ulduz, 23 yaşlı Ariana Grande keçmiş televiziya aktrisasıdır. Onun yeniyetmə qızlar və uşaqlar arasında çox pərəstişkarı var.
O, hadisədən sonra Twitterdə yazıb ki, "səmimi qəlbdən, çox təəssüf edir".
Hadisədən sonra bir neçə saat ərzində insanlar #RoomForManchester (#ManchesterÜçünOtaq) haştaqını istifadə edərək şəhərdə olan insanlara boş otaqlar və ya boş çarpayılar təklif ediblər. Bu tipli yüzlərlə tvitlər yazılıb və minlərlə dəfə paylaşılıb.
Dünya liderləri nə deyir?
Rusiyanın rəsmi mediası yazır ki, prezident Vladimir Putin baş nazir May-ə başsağlığı göndərib. "Biz bu utanmaz və qeyri-insanı cinayəti qətiyyətlə pisləyirik."
O, deyib ki, Rusiya Britaniya ilə birgə terrorla mübarizədə əməkdaşlığa hazırdır.
Kanadanın baş naziri Justin Trudeau Twitterdə yazıb: "Kanadalılar bu axşam Manchesterdə dəhşətli hücum xəbərindən sarsılıb. Xahiş edirəm, fikirləriniz qurbanlar və onların ailələri ilə olsun."

Hazırda Orta Şərqdə səfərdə olan ABŞ prezidenti Donald Trump mətbuat konfransında bildirib ki, bu qədər gənc gözəl günahsız insanlar şərə uduzanlar tərəfindən öldürülüblər.
Trump terrorçular haqqında deyib: "Mən onları qulyabanı adlandırmaq istəmirəm, çünki onlar bu adı xoşlayarlar. Onlar düşünərlər ki, bu, gözəl addır. Mən onları daha məğlub olan adlandıracağam, çünki onlar məhz belədirlər".