Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Şeyxülislamın Ramazan qadağaları

Tarix:26-05-2017, 11:55 Baxış Sayı:167

Şeyxülislamın Ramazan qadağaları

QMİ sədrinin Ramazan fətvası ilə birlikdə mollalara tövsiyə və yasaqlarının səbəbləri

Xəbər verdiyimiz kimi, mayın 24-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. APA-nın məlumatına görə, fətvada Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcək və bu tarixdən etibarən Ramazan ayının başlayacağı qeyd olunur.


Hər il olduğu kimi, Qazılar Şurasının toplantısında QMİ sədri Allahşükür Paşazadə bir sıra məsələlərə toxunub. İlk növbədə də uzun illərdir mübahisə və müzakirə olunan məsələlərdən olan fərqli təqvim məsələsinə toxunulub. Fətvada hər il olduğu kimi, bu il də QMİ və Şamaxı Astrofizika Rəsədxanasının Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının başlaması, namaz vaxtları, gündəlik duaları, eləcə də bayram tarixini müəyyən edib. QMİ din xadimlərini bu ortaq təqvimə əməl etməyə çağırıb, eyni zamanda müvafiq hökumət qurumlarını bu məsələdə köməyə çağırıb.


Bundan başqa, QMİ sədri axund və imamlara, digər din xadimlərinə çıxış və xütbələrində başqa ölkələrdə baş verən hadisələrdən danışmamağı tapşırıb. Şeyx din xadimlərinə istər mətbuata açıqlamalarda, istərsə də xütbələrdə Azərbaycandan başqa, digər ölkələrdəki hər hansı problem barədə danışmamaq tapşırığını verdiyini bildirib.


O qeyd edib ki, bundan sonra din xadimləri bu məsələdə diqqətli olmalıdır: “Tapşırmışam ki, ancaq Azərbaycanda baş verənlərlə bağlı danışsınlar, fikirlərini bildirsinlər, başqa ölkələrin işinə qarışmasınlar. Ümumiyyətlə, dindarlar özbaşına bəyanat verməsinlər”. 
Qeyd edək ki, bu açıqlamanın səbəbi Azərbaycanda bir sıra məscidlərdə xarici ölkələrdə baş verənlər, xüsusən də Yaxın Şərqdə yaşanan olaylara toxunulur, əksər hallada axund və imamlar ABŞ, İsrailin bölgədəki fəaliyyətləri bir çox hallarda kəskin şəkildə tənqid olunur. Görünür ki, bu barədə artıq müvafiq ölkələrdən Azərbaycan tərəfinə bildirilib. Digər tərəfdən, QMİ rəhbərliyi bu cür siyasi çağırışların son illərdə məzhəb ayrılığını daha da dərinləşdirəcəyindən narahatdır. Çünki bir qayda olaraq Yaxın Şərqdə son illərdə məzhəb üzərindən bölünmə dərinləşib və hər iki məzhəb üzərindən ciddi ittihamlar irəli sürülür. Şeyx bu cür qarşılıqlı ittihamların Azərbaycan məscidlərində yayılmasından narahatdır.


Eyni zamanda Şeyx Ramazan ayı boyunca din xadimlərinə çıxışlarında, xüsusilə axund və imamlara moizələrində məzhəb adı çəkməyi, sünni və şiə fərqləndirməsi etməyi yasaqlayıb. Hətta bunu edənlərin müvafiq orqanlar tərəfindən cəzalandırılacağını bildirib.


QMİ sədrinin ən çox mübahisə doğuran açıqlamalarından biri də mollaların Ramazan ayı boyunca məclislərdə iştirakına qadağa qoyması olub. Şeyx bildirib ki, heç bir müsəlman din xadimi Ramazan ayında iftardan əvvəl məclislərin iştirakçısı və təşkilatçısı olmamalıdır. Sitat: “Biz nümunə olmalıyıq. Siz də mənim nümayəndələrimisiniz. Ona görə belə məsələdə diqqətli olun. Əvvəldən deyirəm ki, biləsiniz, sonra məni tutduğunuz vəzifədən kənarlaşdırmaq barədə qərar vermək məcburiyyətində buraxmayın. Çünki əks halda, belə qərar verəcəyəm”.


Xatırladaq ki, Şeyxülislam daha əvvəl də bu barədə din xadimlərinə xəbərdarlıq edib. Bu göstəriş daha çox dini hökmlərlə əlaqəlidir. Məsələ ondadır ki, Azərbaycanda din azadlığı olmasına və ölkə əhalisinin böyük qisminin müsəlman olmasına baxmayaraq, bəzən Ramazan günlərində yemək məclisləri təşkil olunur. Dini baxımdan istisnalar (səfərdə, xəstə olan və sair üzürlülər - K.R.) xaric, yemək məclislərinin təşkil olunması qadağandır. Xüsusən də belə məclislərin təşkil olunması və burda din xadimlərinin iştirakı paradoksaldır. Çünki bu məclislərdə həm də insanlara dini bilgilər verilməlidir.


Lakin məsələ ondadır ki, Azərbaycan cəmiyyətində bu qaydalara bir qayda olaraq az riayət olunur. İnsanlar əsasən toyları dayandırsalar da, yas mərasimləri keçirilir və təbii ki, əksər hallarda ehsan süfrələri açılır. Bu isə dini baxımdan yasaqdır. Ancaq Şeyxin bunu qadağa ilə nizamlamağa çalışması, din xadimlərini hədələməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları bunu dini tolerantlığa zidd addım olaraq görür, bu cür qərarların, məclislərin təşkilinin insanların özlərinin ixtiyarına verilməsinin daha doğru olduğunu, Şeyxin yasağının qanunsuz olduğunu düşünür. Ancaq qeyd etdiyimiz kimi, bu daha çox dini göstərişdir və QMİ sədri bunu dini qayda olaraq irəli sürür. Bu isə inananlar üçün məsuliyyət gətirir.

Mehdi Yazar

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL