Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
O günlərdə hökumətin öz telejurnalisti rus nazirə Qarabağla bağlı bir sual verdi. Rusun xoşuna gəlmədiyi üçün həmin jurnalisti dərhal və hörmətsizcəsinə işdən qovdular. Bunu heç kim unutmayıb.
Belə bir şəraitdə ölkəmizdə fəaliyyət göstərən rus təbliğat maşını- “sputnik” saytı əcəb bir məqalə ilə (“Bizə atılan daşlardan bina tikəcəyik”) çıxış edib. Müəllif, Ülkər Abdullayeva xanım yazıb ki, bəs deməzsizmi, biz bu sayt vasitəsi ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırırıq.
Lap başda verdiyim nümunə bariz formada göstərir ki, bizim jurnalistlər ( hökumətin təsir dairəsində olanlar) heç öz nəşrlərində, saytlarında, tv-lərində istəsələr belə Azərbaycan həqiqətlərindən bəhs edə bilməzlər. Bu cəsarətdə bulunanlara müqəddəs “tərk et” komandası verilir. Hansı sadəlövh inanar ki, Azərbaycan hakimiyyətinin qadağan elədiyi şeyi Putin rejimi bizimkilərə lütf edəcək?!
Məlum məqalə bir ecazkar məqamla da tanışlığıma vəsilə oldu. Bir də nə görsəm yaxşıdı? Müxəlif nəşrlərdə hökumətdaxili sirrli rusiyapərəst qüvvələri tənqid etməklə neçə-neçə meşə zolağının qırılıb səhraya dönməsinə səbəb olan mühərrir eyni şövqlə indi “Sputnik”də Qərb dairələrini asıb kəsir.
Və sonda… Azərbaycanlı müxbirin “Biz ölkəmizin həqiqətlərini “Sputnik” vasitəsilə dünyaya yayırıq” fikrinə, ən tutarlı cavab bü gün (29 may) prezident Makrondan gəldi. O həmkarı Putinlə görüşdən sonrakı brifinqdə eynən belə dedi: “Sputnik” yalan xəbərlər yaymaqla məşğuldur.
Bunu da əlavə edim ki, E. Makron hələ namizəd olarkən, adıçəkilən saytın qərəzli, birtərəfli və yalan məqalələrinə görə onu öz seçki qərargahına buraxdırmamışdı.
Tural Milli