Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Hesabat: “Rusiya ABŞ seçici sisteminə müdaxiləyə cəhd göstərib”

Tarix:6-06-2017, 11:46 Baxış Sayı:193

Hesabat: “Rusiya ABŞ seçici sisteminə müdaxiləyə cəhd göstərib”

Rusiya hərbi kəşfiyyatının hakerləri ötənilki prezident seçkisindən öncə bir neçə dəfə ABŞ seçici sisteminə girməyə cəhd göstərib. Bunu Milli Təhlükəsizlik Agentliyindən xəbər mediasına sızmış gizli sənəd ortaya qoyub.

HƏDƏF ABŞ ŞİRKƏTLƏRİ OLUB

«The Intercept» saytına sızdırılan sənəd iyunun 5-də axşam saatlarında dərc olunub. ABŞ Ədliyyə Departamenti bundan sonra bildirib ki, milli təhlükəsizlik podratçısının bir əməkdaşını onlayn xəbər orqanına gizli informasiya sızdırdığına görə həbs edib.

«The Intercept» yazıb ki, gizli sənəd Moskvanın GRU kəşfiyyat idarəsinə bağlı haker əməliyyatını təsvir edir. Əməliyyatın hədəfi seçici qeydiyyatı xidmətini aparan və yerli hökumətlərə avadanlıq verən ABŞ şirkətləri olub.

Sənədə görə, əməliyyat ABŞ seçici sisteminin bütövlüyünə təhlükə yaradıbmış. Belə ki, 100-dən çox yerli seçki rəsmisinə virus göndərilməklə onları aldatmağa çalışıblar və bu, 8 noyabr seçkisindən bir neçə gün öncəyədək davam edib.

Ancaq əməliyyatın prezident seçkisinin nəticəsinə təsir göstərib-göstərmədiyi açıqlanmır.

ƏN AYRINTLI SƏNƏD

«The Intercept» milli təhlükəsizlik məsələlərinə diqqət ayırır. Sayt bildirib ki, Ağ evin Milli Təhlükəsizlik Agentliyinin (NSA) sənədi 2017-ci il mayın 5-nə aid olub. Bu, indiyədək mediaya, yaxud ictimaiyyətə açıqlanmış, Rusiyanın seçkiyə təsir cəhdini üzə çıxaran ən son və ayrıntılı sənəddir.

Sayt sənədi necə əldə etdiyini açıqlamayıb. Ancaq məlumat yayılandan az sonra Ədliyyə Departamenti 25 yaşlı Reality Leigh Winner-i saxladığını bildirib. Onun Corciya ştatında çalışdığı və iyunun 3-də həbs olunduğu açıqlanıb.

«The New York Times» yazır ki, bu, departamentin sızmalarla mübarizədə qətiyyətini sərgiləyir. Belə ki, D.Trump mediaya bu cür sızmaların onun administrasiyasına zərbə vurmasından gileylənmişdi.

İttihamnamədə deyilir ki, Winner həmin sənədi çap etmiş altı şəxsdən biridir və media orqanıyla elektron yazışmaları olub.

İDDİALAR TƏSDİQLƏNİR

«Intercept»in sözçüsü Vivian Siu-nun sözlərinə görə, NSA-nın sənədi onlara anonim çatdırılıb və portalın mənbənin kimliyi haqda təsəvvürü yoxdur.

Bu sənəd Rusiya prezidenti Vladimir Putin-in seçkinin nəticələrini D.Trump-ın xeyrinə dəyişməkdən ötrü xüsusi cəhd göstərməsiylə bağlı ABŞ-ın iddialarını təsdiqləyir. Hazırda ABŞ kəşfiyyat orqanları məsələni araşdırır.

Ancaq elə bir neçə gün öncə Putin seçkiyə hər hansı müdaxilə etmədiklərini dilə gətirib. Putin onu da deyib ki, rusiyalılar tərəfindən haker hücumu ola bilər, amma bunun hökumətə dəxli yoxdur.

Mediaya sızmış sənəddə hansı informasiyanın oğurlandığı, əməliyyatın uğurlu olub-olmamasının bilinmədiyi vurğulanır. Ancaq o da qeyd olunur ki, ovaxtkı prezident Barack Obama ötən ilin sentyabrında Putin-ə seçkiyə müdaxilə etməmək xəbərdarlığını edib. Lakin buna baxmayaraq, seçici sistemlərinə haker hücumu oktyabradək davam edib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL