Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Cəmil Həsənli gömrük yoxlamasına məruz qalıb

Tarix:7-06-2017, 18:24 Baxış Sayı:178

Cəmil Həsənli gömrük yoxlamasına məruz qalıb

Mayın 7-də Milli Şuranın sədri, professor Cəmil Həsənli Çindən qayıdarkən Heydər Əliyev adına hava limanında gömrük yoxlamasına məruz qalıb.

Bu barədə Meydan TV-yə danışan Cəmil Həsənli bildirib ki, bu, onun başına ilk dəfədir gəlir:

“İlk dəfədir gömrük yoxlamasına məruz qalıram. Əvvəllər belə şey olmayıb. Qəribədir, mən hava limanını tərk edəndən sonra arxadan çağırdılar ki, gömrük yoxlamasından keçməlisən. Görünür kimsə mənim kim olduğumu deyib və gömrük yoxlaması keçirilməsinin vacibliyini xatırlayıblar”.

Cəmil Həsənli təəccüb doğuran ikinci məqamın isə  təyyarənin yarıdan çoxunun iş adamı, biznesmen olduğu halda, yalnız onun yoxlanılması olduğunu bildirib:

“Məndən nə gətirdiyimi, xüsusilə üstümdə nə qədər valyutanın olmasını soruşdular. Sonra bəyan ediləsi nəsə olub-olmadığını sual etdilər. Bir çamadanım və iki əl yükümün olduğunu dedim. Əksəriyyəti uzun müddətdir Çində olma səbəbimdən istifadə etdiyim paltardır. Dəfələrlə soruşduqları üçün üstümdəki valyutanın rəsmiləşdirilməsini istədim və sənədləşdirildi. Ancaq sənədin surətini vermək istəmirdilər, bir neçə dəqiqəlik mübahisədən sonra sənədi ala bildim”.

Cəmil Həsənli son günlər Azərbaycanın sərhəd-keçid məntəqəsində yoxlanan ilk siyasətçi deyil.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana gələrkən sərhəddə saxlanıb. Qaçaqmalçılıqda ittiham edilən xanım siyasətçinin əşyaları arasında 12 min dollar tapıldığı iddia edilir. Ancaq istintaq gedişində 3 aylıq həbs edilən G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları onun əşyaları arasına atıb.

Jurnalist Əfqan Muxtarlı da mayın 29-u saxlanıb. O, oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL