Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

"Türkiyədəki zəlzələ Azərbaycanda təkrarlana bilməz" - seysmoloqların rəyi

Tarix:14-06-2017, 11:49 Baxış Sayı:65

"Türkiyədəki zəlzələ Azərbaycanda təkrarlana bilməz" - seysmoloqların rəyi

Mütəxəssislərə görə, Azərbaycan üçün belə ehtimal yoxdur və 9-10 bal gücündə təkanlara tab gətirəcək binalar tikilir...

İyunun 12-də Türkiyənin Egey dənizində güclü zəlzələ baş verib. İzmir, Bursa, Çanaqqala, Təkirdağ, İstanbulda hiss edilən zəlzələnin 6,2 bal gücündə olduğu bildirilir. Zəlzələnin İzmir şəhərində 6,96 km dərinlikdə baş verdiyi bildirilir. Təkanlar Lesbos adasında dağıntıya səbəb olub.
Bəs Türkiyədəki yeraltı təkanlar Azərbaycandakı zəlzələ ocaqlarını da oyada bilərmi? Əgər Türkiyədəki kimi zəlzələ baş versə, dağıntı və tələfat ola bilərmi?


Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkəmizdə bununla bağlı hansısa narahatçılığa əsas görmədiyini dedi: “Yaxın müddəti götürdükdə Azərbaycanda Türkiyədəki kimi zəlzələ olma ehtimalı yoxdur. Bölgələrdə isə seysmoloji ocaqlarda fon səviyyəsində olan təkanlar baş verir. Ümumilikdə son 6 ay ərzində 2-3 minə yaxın təkan qeydə alınıb ki, bunların əksəriyyəti fon səviyyəsindədir. Hansı ki, güclü aktivlik görsənmir. Yəni nəsə bir əsas vermir ki, deyək ki, hansısa bölgədə güclü zəlzələ ehtimalı olsun. Zəif təkanlara gəlincə, bu, hiss olunanda biz məlumat veririk. Bu yaxınlarda Gürcüstan ərazisində zəlzələ baş vermişdi və bu, Balakən, Qazağa yaxın hissələrdə də hiss edilmişdi. Amma təhlükəli deyildi. Türkiyədə və ya başqa yerdə baş verən zəlzələ bizim zəlzələ ocaqlarını oyada bilməz”.

Image result for Ekoloq Telman Zeynalov


Ekoloq Telman Zeynalov yer kürəsində iki nəhəng zəlzələ ocağının olduğunu dedi: “Dünyanın hansısa nöqtəsində zəlzələ baş verirsə, bu, o demək deyil ki, Azərbaycana da toxunacaq. Yer kürəsində iki nəhəng zəlzələ ocağı var: biri cənub bölgəsində, digəri də şimaldadır. Hər ikisi Azərbaycandan yan keçir. Buna görə də Yer kürəsinin cənub bölgəsində zəlzələ baş versə, bu, o demək deyil ki, şimal bölgəsinə gəlib çıxa bilsin. Bizim mütəxəssislərimiz digər mütəxəssislərə nisbətən güclüdür. Zəlzələ baş vermədən 2-3 saat qabaq camaata xəbər verə və onları təhlükəsiz bir yerə çıxarda bilərlər. Yəni orada heç bir qorxu yoxdur. Bundan başqa, bizdə 9-10 bal güc zəlzələyə tab gətirə bilən binalar tikilir. İnsanların hazırda narahatlığına əsas yoxdur. Kimsə ola bilər ki, camaatı qorxudur. Amma buna əsas yoxdur. Bu işə cavabdeh olan müvafiq qurumlar bu barədə işləyirlər. Bu qurumlarda da güclü mütəxəssislər oturur. Zəlzələ ilə bağlı mütəxəssislərimiz çox güclüdür”.


Ekoloq Azərbaycanda 22 minə yaxın kiçik zəlzələ baş verdiyini bildirdi: “Azərbaycan, ümumiyyətlə, seysmik zona hesab edilir. Burada 22 minə yaxın xırda zəlzələlər baş verir. 2000-ci ildə Bakıda 6,8 gücündə zəlzələ olmuşdu. Amma heç dağıntı olmamışdı. Türkiyədə 6,2 bal gücündə zəlzələ baş verib, nə qədər dağıntı olub. Çünki oradakı binalar xırda binalardır. Hər kəs özü üçün bina tikib və zəlzələnin gücünü hesablamayıblar. Ancaq nəhəng binalar tikəndə zəlzələnin gücü hesablanır”.


Qeyd edək ki, dünyada 2 seysmik qurşaq var. Alp-Himalay qurşağı və Sakit okean qurşağı. Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə Yer səthinin ani vaxt ərzində titrəməsinə zəlzələ deyilir. Zəlzələlər əmələ gəlmə şəraitinə görə 2 yerə ayrılır: vulkanik mənşəli zəlzələlər (vulkan püskürməsindən) və tektonik mənşəli zəlzələlər (litosfer tavalarının sərhədindəki daxili gərginlikdən). Zəlzələ 12 ballıq Rixter şkalası ilə ölçülür. 10 dəqiqə davam edən 7 ballıq zəlzələ 25000 TNT-nin eyni vaxtda partlamasına bərabərdir. 10 ballıq zəlzələ 100/km-i 32 saniyəyə qət edir. Dərinlik xüsusiyyətinə görə zəlzələlər 4 qrupa bölünür. Səth zəlzələləri (hiposentr 10 km-ə qədər dərinlikdə yerləşir); normal zəlzələlər (hiposentr 10-60 km dərinlikdə yerləşir); dərinlik zəlzələləri (hiposentr 60-300 km dərinlik də yerləşir); çox böyük dərinlikli zəlzələləri (hiposentr 300-700 km dərinlikdə yerləşir).


Yer kürəsində baş verən zəlzələlər daha çox səth və normal zəlzələlərdir. Çox böyük dərinlikli zəlzələlər adətən Sakit okean “Odlu qövsü”də baş verir. Zəlzələ ocağı nə qədər dərindirsə, dalğaların təsir etdiyi ərazi də bir o qədər geniş olur.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL