Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Bu gün İlqar Məmmədovun doğum günüdür

Tarix:14-06-2017, 12:12 Baxış Sayı:172

Bu gün İlqar Məmmədovun doğum günüdür

“Aysel beşinci doğum günündə atasını yenə həbsdə görəcək”


İyunun 14-də REAL Hərəkatının həbsdəki sədri İlqar Məmmədovun 47 yaşı tamam olur. Artıq hərəkat rəhbəri beşinci doğum gününü həbsxanada qeyd edir. Onun həyat yoldaşı Vəfa Məmmədova hər il olduğu kimi, doğum gününün REAL-ın ofisində qeyd olunacağını bildirdi: 
“Bu günü onsuz keçirmək bizim üçün çox ağırdır. Lakin çox da üzgün deyilik. Çünki bilirik ki, bu insan hansı amallar uğrunda mübarizə aparır. O öz prinsiplərinin, ideyalarının arxasındadır. Əgər özü bu yolu seçibsə, biz ona heç nə deyə bilmərik. Təbii ki, biz də onun ailəsinin yanında olmasını, ad gününü bizimlə birgə keçirməyini istərdik.

Amma inşallah, ümid edirik ki, gələn doğum gününü evində, ailəsi ilə birlikdə qeyd edəcək. İlqar həbs olunduğu ildən başlayaraq, onun hər doğum günü REAL-ın ofisində qeyd olunur. Biz də ailə olaraq, hər ad günündə yanına gedir, birlikdə qeyd edirik. Ayın 15-də qızım Aysellə yanına gedəcəyik, onu təbrik edəcəyik. Qızımın 14 yaşı var. Övlad olaraq atasını həbsdə görmək istəməzdi. Atasının doğum günündə onu həbsxanada təbrik etmək ona da çox ağırdır. Az müddət deyil, bu gün-sabah İlqarın həbsdə olmasının beş ili tamam olacaq. Aysel beşinci doğum günündə atasını yenə həbsdə görəcək. O da atasının nə üçün orada olduğunu yaxşı bilir. Deməzdim ki, atasını həbsxanada görəndən sonra çox üzülür. Qızım atası ilə həqiqətən fəxr edir. Atasının heç vaxt əyilməməsini istəyir. Aysel də son beş doğum gününü atasız qeyd edib”.


Müsahibimiz həyat yoldaşının həbsxanada olduğu illər ərzində onlara dəstək olan hər kəsə təşəkkür etməyi də unutmadı: “Son beş ildə dostlar, yaxın insanlar daim yanımızda olublar. Sadəcə, dostlar deyil, İlqarı uzaqdan tanıyan, ona rəğbət bəsləyən insanlar da dəstək olublar. Belə insanların sayı da durmadan artır. İlqarı sevənlər azalmır, əksinə, onu tanıdıqca çoxalırlar. Onların hər birinə təşəkkür edirəm ki, indiyə qədər İlqarın yanındadırlar. Gənclər İlqarı daha çox dəstəkləyirlər. Onlara seçimlərindən dolayı minnətdarlığımı bildirirəm. Əminəm ki, bundan sonra da o insanlar bizim yanımızda olacaqlar”.


Qeyd edək ki, İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il azadlıqdan məhrum edilib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL