29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
«Məni boğaza yığıblar, həyatımdan bezdiriblər. Bircə yolum qalıb ki, girovdakı mülkləri od vurub yandırım. Belə də olacaq. Min əzabla əldə etdiklərimi əlimdən almağa qalxıblar. Bankdan götürdüyüm krediti azı üç dəfə artıqlaması ilə qaytarmışam. Yenə də əl çəkmirlər».
«O GÜZƏŞTLƏRİ MƏNƏ ETMƏDİLƏR»
İsmayıllı sakini, kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərov bir müddət əvvəl «Unibank»dan götürdüyü kredit borcuna görə bank tərəfindən sıxışdırıldığını yazır.
Sahibkar bankdan 95 min dollar kredit götürüb ki, sahibkarlıq fəaliyyətini genişləndirsin. O, kiçik obyekti böyüdüb və yeni iş yerləri açıb. Ancaq elə ilk devalvasiya ona uğursuzluq gətirib:
«Birinci devalvasiyadan sonra bankın təklifi ilə ödənişləri yeni qaydayla etməyə başladım. Ancaq ikinci devalvasiyada sanki bank da «qəddarlaşdı». Dəfələrlə müraciət etdim ki, mənə güzəştlər tətbiq olunsun. İllərdir ki, bankın intizamlı müştərisi olmuşdum. Buna baxmayaraq, məni çökdürdü. Başqa müştərilərə yeni şərtlərlə müqavilənin uzadılması təklifi etsə də, mülklərimi ələ keçirsin deyə, o güzəştləri mənə etmədi».
«ANCAQ BİR MƏQSƏD VARDI»
Bank borcun girovda olan üç evə və obyektə yönəldilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə də iddianı təmin edib. Ancaq sahibkar məhkəmənin qərarını ədalətsiz sayır:
«Bankın güzəştlə bağlı müraciətlərimi cavabsız qoyması ilə bağlı məsələ qaldırdım. Necə olur ki, bank özü müştərilərə yalvarır ki, «gəlin, qalan borcu manata çevirib, aylığı azaldıb kreditin müddətini uzadaq». Ancaq mən özüm gedib yalvardım ki, bu güzəşti mənə də tətbiq edin, mənə nə «hə», nə «yox» dedilər. Vaxtı uzadıb sonra da məhkəməyə verdilər ki, mülklərimi əlimdən alsınlar. Burda yalnız bir çirkli məqsəd var – o da mənim mülklərimi ələ keçirmək… Ancaq and olsun Allaha ki, o mülklərin biri də banka qismət olmayacaq. Hamısını od vurub yandıracam. Bunlar nə oyun çıxarırlar, bunlar xalqı evsiz-eşiksiz, küçələrdə buraxırlar».
«Unibank»dan «Qaynar xətt»ə bildirilib ki, vaxtilə bank müştəriyə güzəştlərlə bağlı müraciət edib, lakin müştəri özü danışıqlardan boyun qaçırıb. Artıq məhkəmə öz qərarını verib. Cavabdeh qərardan razı qalmayıbsa, növbəti hüquqi addımlarını atsın.
MÜFLİSLƏŞMƏ QANUNU QƏBUL EDİLSİN
İqtisadçı-ekspert Rəvan Quliyev bu kimi problemlərin Azərbaycanda bank müştərilərinin hüquqlarının qorunması ilə bağlı ciddi qanunvericilik sənədlərinin olmaması ilə izah edir:
«Bizdə nə istehlak kreditləri barədə qanun, nə də müştərilərin hüquqlarını qoruyan qanun var. Bank işçiləri bəzən mövcud qanunvericiliyin verdiyi hüquqları da müştəridən gizlədirlər. Qanunla müştəriyə ödəniş dayandıqdan sonra yalnız 90 gün müddətində faiz hesablana bilər. Amma bəzi banklar və ya bank olmayan kredit təşkilatları müştərini qorxudurlar və faizin üzərinə faiz gəldiyini iddia edirlər, psixoloji təsir mexanizmi ilə ondan daha çox pul qoparmağa çalışırlar. Yəni müştərilərin məlumatsızlığı üzündən onların hüquqları pozulur».
İqtisadçı-ekspert dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da «Fiziki şəxslərin müflisləşməsi haqqında» Qanunun qəbul edilməsini vacib sayır. Belə qanun borcu müəyyən həddə çatan insanların özünü avtomatik müflis elan etməsinə imkan yaradır. Bu zaman onun borcunun üzərinə heç bir faiz gəlmir və ona 1 ildən 3 ilə qədər möhlət hüququ verilir.
Ekspertin fikrincə, «Fiziki şəxslərin müflisləşməsi haqqında» Qanunun qəbuluyla yanaşı, Azərbaycanda girov mexanizminin sadələşdirilməsinə ehtiyac var. Həmçinin, məsələnin məhkəməyə qədər həll mexanizmini qurmağa imkan yaradılmalıdır.