Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Savadlı uşaqlar daha uzun ömür yaşayacaqlar

Tarix:29-06-2017, 11:47 Baxış Sayı:190

Savadlı uşaqlar daha uzun ömür yaşayacaqlar

“The Telegraph” qəzeti yazır ki, “söz son gülənindir” kəlamı doğrudur və orta məktəbdə ağıllı və əlaçı olduqlarına görə çox vaxt sinif yoldaşları tərəfindən lağa qoyulanlar, doğrudan da “axırda güləcəklər”, çünki onlar savadsızlardan daha uzun ömür yaşayacaqlar.

Məqalədə deyilir ki, bu artıq elmi cəhətdən isbat edilmiş bağlılıqdır. Uşağın İQ-sü, yəni zəka indeksi onun daha uzunömürlü olacağının göstəricisi sayıla bilər.

Edinburgh, Oxford və London Kollec universitetlərindən olan tədqiqatçılar 1947-ci ildə keçirilmiş Şotlandiya Ağıl Sorğusunda iştirak etmiş 65 min insanın sonrakı həyatlarını təhlil ediblər. Bu sorğuda 1947-ci ildə iştirak edəndə onların 11 yaşı vardı.

Elmi təhlil göstərib ki, yüksək İQ 79 yaşınadək ürək xəstəliklərindən, iflicdən, xərçəngdən və tənəffüs yollarının pozuntularından ölümlərin faizini əhəmiyyətli dərəcədə azaldıb.

Maraqlıdır ki, zəkalı uşaqların ahıl yaşlarda fiziki xəsarətlərdən, həzm sisteminin xəstəliklərindən və demensiyadan (ağıldankəmlik) ölməsi faizi də xeyli aşağı olub.

“Mən bu nəticələrdən çox nikbinəm, – deyib Edinburgh Universitetinin professoru Ian Deary, – Bu mənə belə bir ümid verir ki, biz əgər zəkalı insanların necə yaşadıqlarına göz qoyub, onları təqlid etsək, azacıq uzun ömür və daha sağlam yaşayışa nail ola bilərik”.

Bununla belə, alim deyib ki, zəkalılıqla uzun ömür arasında əlaqə hələ tam öyrənilməyib.

Ola bilsin ki, ağıllı adamların daha sağlam həyat tərzləri (məsələn siqaret çəkməmələri), təhsilləri, sağlamlıq sahəsindəki savadları və genetikası burda böyük rol oynayır.

Maraqlıdır ki, bəzi həyat məhrumiyyətləri, məsələn işsizlik, məişət şəraitsizliyi kimi hallar da ağıllı adamların uzunömürlülüynə cəmi 30 faiz hallarda təsir göstərə bilir.

Alimlər hesablayıblar ki, İQ – zəka indeksində əlavə 15 bal tənəffüs yolları xəstəliklərindən ölüm hallarını 28 faiz, ürək xəstəliklərindən ölüm hallarını 25 faiz və beynə qan sızmasından ölüm hallarını 24 faiz azaldıb.

Başqa sözlərlə bu o deməkdir ki, İQ indeksi 115 olanlar 76 yaşında tənəffüs yolları xəstəliklərindən ölməmək üçün başqalarından 28 faiz daha çox şanslıdırlar. Bu da qeyd olunmalıdır ki, orta İQ rəqəmi hazırda 100 hesab edilir.

İQ göstəricisi 115 olanların sidik kisəsi xərçəngindən ölüm ehtimalı 19 faiz, ağ ciyər xərçəngindən ölüm ehtimalı 25 faiz və bağırsaq xərçəngindən ölüm ehtimalı 11 faiz az olur.

Başqa elmi mülahizələrə görə, İQ yaxşı genetikanın da göstəricisi ola bilər. Son araşdırmalar göstərib ki, çevik reaksiya qabiliyyəti də erkən ölümlərin ehtimalını azaldır.

Alimlər inanırlar ki, həkimlər və xəstəxanalar pasientlərin müalicəsi zamanı onların irsiyyəti ilə yanaşı İQ indeksini də nəzərə almalıdırlar.

Burası da var ki, dünyada savadlıların sayı artır. 1950-ci ildən bu yana İQ indeksi 20 bal yüksəlib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL