11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə xəbərdarlıq edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yay mövsümündə kəskin isti havaşəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir. Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.
Dövlət Əmək Müfəttişliyi Xidməti havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını işəgötürənlərin diqqətinə çatdırır.