Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Silk Way terrorçulara silah daşıyıb?

Tarix:4-07-2017, 13:25 Baxış Sayı:165

Silk Way terrorçulara silah daşıyıb?

Son 3 il ərzində Azərbaycanın dövlət aviasiya şirkəti olan Silk Way Airlines diplomatic reyslər adı altında Şərgi Avropa ölkələrindən bütün dünyada silahlı münaqişə zonalarına silah çatdırır. Bu barədə jurnalist Dilana Qaytanciyevaya Anonymous Bulgaria adı altında fəaliyyət göstərən hakerlərin ötürdüyü sənədlərə əsasən Bolqarıstanın “Trud” nəşri yazıb.
Bu sənədlərə əsasən, Silk Way Airlines diplomatik pərdə altında 350 reys həyata keçirib. Hər dəfə bir hissəsi İŞİD yaraqlılarına çatdırlmaqla onlarla ton silah aparıb. Jurnalistin əlinə düşən sənədlər arasında Bolqarıstan XİN-i ilə Azərbaycanın Bolqarıstanda səfirliyi, digər Avropa ölkələri, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və BBƏ arasımda yazışmalar da var.
Silk Way Airlines silah istehsal edən özəl şirkətlərə və bir sıra dövlətlərin hərbi qurumlarına yoxlamadan keçməyən diplomatik reyslərlə silah daşımağı təklif edir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) qaydalarına görə, təhlükəli yükləri, o cümlədən silahları ixrac edən ölkənin aviatənzimləyicisinin xüsusi icazəsi olmadan mülki təyyarələrdə daşımaq qadağandır.
Azərbaycanın dövlət aviasiya şirkəti xarici siyasət qurumları tərəfindən xüsusi icazələr alıb. İndiki halda söhbət Bolqarıstan, Serbiya, Rumıniya, Serbiya, Çexiya, Macarıstan, Slovakiya, Polşa, Türkiyə, Almaniya, Böyük Britaniya, Yunanıstan və s. gedir.
Nəşrin yazdığına görə, “diplomatik silah reysi” xidmətinin əsas istifadəçiləri ABŞ şirkətləridir. Bu şirkətlər ABŞ müttəfiqlərinin NATO standartlarından kənar sursatla təmin etməyə dair dövlər proqramında iştirak edir (Vaşınqton bunun üçün büdcədən 1 mlrd.dollardan çox vəsait ayırıb).
Bundan əlavə, nəşr qeyd edir ki, əgər Silk Way Airlines uçuşu həyata keçirə bilmirsə, onu Azərbaycan HHQ əvəz edir.
Belə ki, 2015-ci ilin mayın 12-də azərbaycanlılar Bolqarıstanın Burqas-Türkiyənin İncirlik-Burqas-Azərbaycanın Nasosnı aerodromı marşrutu ilə 17,9 min ton qumbaratan daşıyıb. Sənədlərə əsasən, yük Türkiyədə boşaldılıb. Reysin sifarişçisi silahları Bolqarıstanın “Vazov maşınqayırma zavodu”ndan silah alan ABŞ-ın Purple Shovel şirkətidir.
Silk Way Airlines-in daha bir fəal müştərisi Səudiyyə Ərəbistanıdır. 2016 və 2017-ci illərdə Azərbaycanın aviaşirkəti 23 diplomatik reys həyata keçirib. Sifarişçi kimi Bolqarıstanın VMZ və Transmobile, Serbiyanın Yugoimport, Azərbaycanın CIHAZ silah istehsalçıları olub. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı NATO standartlarından kənar silah istifadə etmir və onu Yəməndəki tərəfdarlarına və Suriyadakı radikallara çatdırır.
Yazı müəllifləri xatırladır ki, bir ay əvvəl Mosulun azad edilən hissəsində İraq hərbçiləri İŞİD-in silah anbarlarında Bolqarıstandan gətirilən tankəlüyhinə toplar tapmışdılar.
Bundan əlavə, hakerlərin açdığı sənədlərdə “diplomatik poçtla” Əfqanistan ordusu və polisi üçün ağ fosforun çatdırılmasından da bəhs edilir.
Nəşr qeyd edir ki, sənədlərlə bağlı Silk Way Airlines-ə, silah tədarük edən şirkətlərə və müxtəlif dövlətlərin dövlət qurumlarına sorğu göndərilib, lakin heç kim cavab verməyib.
Xatırladaq ki, 2016-cı ilin iyul ayında “Jurnalist araşdırmalarının Bolqarıstan şəbəkəsi” (BIRN) və “Korrupsiya və mütəşəkkil cinayətkarlığın araşdırılması üzrə layihə”nin (OCCRP) yaydığı hesabatda Avropa ölkələrinin Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ və Türkiyəyə minlərlə silah ötürməsi, sonradan bu silahın Suiya və Yəməndə ya “müxalifətə” ya da birbaşa İŞİD terrorçularına çatdırılmasını ətraflı izah edilirdi.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL