Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Ermənilərin 2 yaşlı uşağı öldürdükləri kənddən reportaj FOTO

Tarix:5-07-2017, 12:39 Baxış Sayı:192

Ermənilərin 2 yaşlı uşağı öldürdükləri kənddən reportaj FOTO

“Erməni heç vaxt bizi ölümlə qorxuda bilməz. Biz burada yaşamışıq, axıradək də yaşayacağıq, ölsək də burada öləcəyik”. Bu sözləri Ermənistan ordusunun ötən gecə atəşə tutduğu Füzuli rayonunun Alxanlı kənd sakinləri bildiriblər.  Sakinlər ötən gecəni ayaqda qarşılasalar da, orduya güvəndiklərini və düşmənin bu kimi təxribatlarından zərrə qədər də olsa, çəkinmədiklərini bildiriblər.

Sakinlər Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsinin, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulmasının vəhşilik aktı olduğunu vurğulayıblar. “Bu insanlığa sığan iş deyil, müharibə şəraiti olsa belə uşaqlara, qadınlara atəş açmaq insanlığa sığan hərəkət deyil”, – deyə kənd sakini Mətləb Quliyev bildirib.

“Erməni ordusunun bu təxribatı həmişə törətdiyi vəhşilikdir. Onlar vəhşiliklərindən heç vaxt qalmırlar. Bu insanlığa sığmayan şeydir. Körpə uşağın, dinc əhalinin belə qətlə yetirilməsi dünyanın heç bir yerində qəbul edilə bilməz”, – deyə digər kənd sakini Qurban Quliyev .

Kəndin minaatanlardan atəşə tutulması nəticəsində həlak olmuş Sahibə Quliyeva və 18 aylıq nəvəsi Zəhra Quliyevanın meyitləri Zovcuq-5 qəsəbəsinə gətirilib. Rayon İcra Hakimiyyətinin rəsmiləri Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin ermənilər tərəfindən atəşə tutulması səbəbindən yas mərasiminin kənddə keçirilməsini təhlükəli hesab edib.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Atəş nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb (APA).

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL