Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Tanınmış ictimai xadim Akif Qurbanovun maşınının şüşələri sındırılıb. Bu barədə o özünün Facebook səhifəsində yazıb:
“Bu gün qonşunun verdiyi xəbərlə 6:30 radələrində məlum oldu ki, maşının sağ-ön-yan şüşəsini sındırıblar. Sandıqçanı sındırıb içərisini eşələyiblər.
Dərhal 102-yə zəng vurdum və əlaqə saxlanılacağını dedilər. 5 dəq sonra 25-ci Polis Bölməsindən əlaqə saxladılar. Mənim şəxsi məlumatımı dəqiqləşdirdilər və sonra hadisənin araşdırılması üçün Bölməyə gəlib ərizə yazmalı olduğumu dedilər. Bildirdim ki, hadisə ilə bağlı 102-yə zəng vurub məlumat vermişəm, sizin də vəzifəniz gəlib hadisə yerini müayinə etmək, ekspertiza aparılmasını təşkil etməkdir. Gəlib Bölmədə nəyi araşdırmalıyıq?! Ona aydın olanda ki, metodu düzgün seçməyib, sağollaşdı.
Yenidən 102-yə yığdım və sual etdim ki, sizin əməkdaşlar kreslonun arxasından deyəsən tərpənmək istəmirlər, hələ səhər tezdəndir, günəşin təsiri başlamayıb ki, düşünək adamlar özlərini gündən qoruyur, bayıra çıxmaq istəmir, gəlib hadisə yerini müayinə etmək əvəzinə məni Bölməyə dəvət edirlər. Xanım ilk öncə elə başa düşdü ki, zarafat edirəm, sonra vəziyyətin ciddiliyini anlayan kimi adekvat reaksiya verdi.
Qısa müddətdə yenidən 25-ci Bölmədən əlaqə saxlanıldı və hadisə yerinin ünvanı dəqiqləşdirildi və az sonra baş təhqiqatçı daxil 3 polis zabiti gəldi. Qısa söhbətdən sonra möhtərəmlər yenidən Polis Bölməsinə getməyi təklif etdilər. Mən də Ekspertizanın təşkilinin vacibliyini vurğulayanda cavab belə oldu ki, ekspertin gəlməyi ən azı 1,5-2 saat çəkəcək. Dedim tələsən yerim yoxdur və israrı gördükdən sonra ekspertə zəng etdilər, O, da 30 dəq ərzində gəldi və öz işini müfaviq qaydada icra etdi. Ondan sonra Bölməyə getdim, hadisəyə dair izahatımı verdim.
İlkin vəziyyətə görə belə məlum oldu ki, apardıqları yalnız ətir olub.
P.S. Hadisəni qısa olaraq şişirtmədən yazmaqda məqsədim sadəcə məsələnin olduğu kim ictimailəşdirməkdir, DİN rəhbərliyi də arzu etsə əməkdaşlarının davranışından özü üçün nəticələr çıxarar. Ümid etmək istəyirəm ki, hadisənin araşdırılmasına yanaşma müvafiq bölmənin ilkin davranışını təkrarlamayacaq, hadisənin gerçək araşdırılması və cinayətkarların üzə çıxarılması çox da uzun sürməz”.