Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Həbsdə olan jurnalist, 7gün.az saytının baş redaktoru, siyasi məhbus Cavid Şirəliyev daxili işlər naziri Ramil Usubova müraciət edərək, onu özünün cəza çəkdiyi 9 saylı cəzaçəkmə müəssisəsinə dəvət edib. C.Şirəliyev polisdə məruz qaldığı işgəncə izlərini nazirə göstərmək niyyətindədir.
C.Şirəliyev 2014-cü ilin avqust ayında həbs olunub. Özünün bildirdiyinə görə, həbs olunan zaman DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“bandotdel”) ona, “etirafedici ifadələr” almaq məqsədilə, ağır işgəncələr verilib, günlərlə döyülüb, ac-susuz saxlanılıb və ayaq dırnaqları çıxarılıb. Jurnalist vəkili vasitəsilə bu məlumatı yayandan sonra DİN Mətbuat Xidməti onu təkzib edərək, polis bölmələrində həbs olunan şəxslərə işgəncə verilmədiyini bildirmişdi.
C.Şirəliyev bu dəfə nazir Ramil Usubova bir neçə sual ünvanlayıb və onu görüşə dəvət edib. Jurnalistin müraciəti barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev feysbukda məlumat yayıb.
C.Şirəliyev nazirə müraciətində yazır:
Cənab nazir, bəlkə deyəsiniz:
1) Tanınmış hüquqşünas Aslan İsmayilovun “Bandotdel”də zorakılığa məruz qalması da böhtandır?
2) İlahiyyətçı Tale Bağırzadənin və dostlarının “Bandotdel”də vəhşət saçan, dilə gətiriləsi mümkün olmayan amansız işgəncələrə məruz qalması yalandırmı?
3) Gənc fəal Qiyas İbrahimlinin anası ilə birgə yaşadığı bir otaqlı evinə heroin yerləşdirib, sonradan nümayişkəranə surətdə pokovnikin önündə diz çökdürülməsi cəhdini hara yazaq?
4) “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarının mənzilində narkotik maddələr “aşkarlayanlar” bəlkə Mozambik polisləridir?
5) Kütləvi aksiyalar zamanı ahılı, uşağı, qadını yerlə sürüyən, onlara divan tutan Azərbaycan polisi deyilsə, bəs kimdir?
6) Peşə fəaliyyətini yerinə yetirən zaman polis dəyənəyi altında əzişdirilən, zorakalığa məruz qalan jurnalistlərin adlı siyahısını yenidən çap edəkmi?
7) Qusarda “Qarabulaq”-da kütləvi qəbristanlığın sahibi uzun illər Daxili İşlər Nazirliyində məsul vəzifədə çalışmış Hacı Məmmədovun olmasına bəlkə hələ də inanmırsınız? Və ya adam oğurluğu, reketçilik, soyğunçulqlaməşğul olan polis orqanlarında çalışmış, təqsirli bilinərək uzun illərə məhkum olunan yüksək rütbə sahiblərinin adlarını yenidənmi sadalayaq?
Mən bu sualların sayını çoxalda bilərəm. İnanıram ki, rəsmlər bu və buna bənzər sual dolu faktlar ətrafında düşünmək əvəzinə təkzib və ittiham xarakterli açıqlamaların sayını çoxaldacaqdır.
Eyni zamanda “Bandotdel”də ayaq barmaqlarımın dırnaqlarının çıxardılmasına, əl-qolumun bağlı şəkildə saatlarla işgəncə altında saxlanmağıma etinasız yanaşan Ramil Usubov, sizə səslənirəm:
Əgər göstərdiyim hallara şübhə ilə yanaşırsınızsa, Sizi 9 saylı Cəzaçəkmə Müəssisəsinə dəvət edirəm. Gəlin, hələ də sağalmayan qara rəngli ayaq dırnaqlarımı əyani surətdə öz gözlərinizlə görün. Onda biləcəksiniz mən yalan danışıram, yoxsa əməkdaşlarınız.