Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Tbilisidə Heydər Əliyevin büstü qoyulan parkın sahibi ərazisini geri istəyir

Tarix:10-07-2017, 17:12 Baxış Sayı:156

Tbilisidə Heydər Əliyevin büstü qoyulan parkın sahibi ərazisini geri istəyir

Əfqan Muxtarlı işi hakim ailə üçün başağrısına çevrilib

“Tiflisdə aləm dəyib bir-birinə. Əfqan bu hotelin Əliyevin ailə üzvlərinə məxsus olduğunu yazmışdı. SOCAR bu hotelin yaninda da Heydər Əliyev parkı salıb. Torpağı icarəyə verən “Narınqala” şirkətinin direktoru indi tərəfləri məhkəməyə verib. “Narınqala”, ”Gloriya” (indi adı dəyişdirilib SWİNN qoyulub) və SOCAR arasında məhkəmə çəkişməsi olacaq, başa düşduyum qədər. “Narınqala” şirkətinin direktoru ərazilərini geri istəyir”. Bunu Gürcüstandan oğurlanıb Azərbaycana gətirilən araşdırmaçı jurnalist Əfqan Muxtarlının Tiflisdə yaşayan həyat yoldaşı, jurnalist Leyla Mustafayeva facebook statusunda yazıb.
Söhbət hansı hoteldən gedir? Bu suala Əfqan Muxtarlının 2015-ci ildə yazdığı “Əliyevlərin Gürcüstandakı biznesi” araşdırmasında cavab tapmaq olar. Həmin araşdırmadan kiçik bir hissəyə baxaq: “…Tbilisinin mərkəzində, azərbaycanlıların məskunlaşdığı “Meydan” adlanan ərazidə Gürcüstanın ən dəbdəbəli hotellərindən biri olan “Tiflis Palace” yerləşir. Hotelin yaxınlığında isə Azərbaycanın indiki prezidenti İlham Əliyevin atası, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin büstü olan park var. “Meydan” sakinləri “Tiflis Palace” hotelinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məxsus olduğunu söyləyirlər. Araşdırmamıza elə bu informasiyanı əsas götürərək başladıq.
Gürcüstan Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi reyestr bazasındakı (https://enreg.reestri.gov.ge) məlumatlara görə, hotel “Qloriya” şirkətinə məxsusdur. “Tiflis Palace” hotelinin sənədlərini araşdırarkən məlum olur ki, hotel əvvələr “Dzvelli Tbilisi”(Qədim Tbilisi) MMC-yə məxsus olub. 2009-cü ilin 24 dekabr tarixində Tbilisi şəhərində Maya Beregvadzenin notarius kontorunda təsdiqlənən “alğı-satqı” müqaviləsinə əsasən, İsrail vətəndaşı Akakiy Qorialaşvili Tbilisi şəhəri Qorqasali küçəsi 3 ünvanında yerləşən “Dzvelli Tbilisi” MMC-ni Azərbaycan vətəndaşı, həmin tarixdə Əliyevlər ailəsinə məxsus “Silk Way” Holdiqin Gürcüstanda təsis etdiyi “Silk Way Georgiya” şirkətinin prezidenti vəzifəsində çalışan İlham Əsədova satıb. İlham Əsədov eyni tarixdə və eyni notarius kontorunda Gürcüstan Respublikasının vətəndaşı Tengiz Abuladze ilə bağladığı başqa bir alğı-satqı müqaviləsinə əsasən “Dzvelli Tbilisi” hotelinə bitişik, Axundov küçəsi 4 ünvanında yerləşən 373 kvadratmetr ərazini və ərazinin üzərində olan 216.28 kvadratmetrlik binanı satın alıb”.


“…20 fevral 2010-cu il tarixində “SW-INN” MMC-nin təsisçisi İlham Əsədovun qərarı ilə “SW-INN”-MMC-nin əmlakı Məlahət Cahangir qızı Əsgərovaya (35%), Cəmilə Cahangir qızı Əsgərovaya (35%) və Zaur Sənan oğlu Axundova (30%) satılıb. Məlahət və Cəmilə Əsgərovalar “AZAL”Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun qızları olmaqla yanaşı “Silk Way” Holdinqdə (http://www.azadliq.org/content/article/2123076.html ) prezident İlham Əliyevin qızı Arzu Əliyeva ilə şərikdirlər. “SW-INN”-MMC-də pay sahibi olan Zaur Axundov isə “Silk Way” Holdingin prezidenti və Azərbaycan Respublikasi Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiya üzvüdür. “SW-INN” MMC-nin təsisçilərinin 11 may 2011-ci il tarixində Tbilisi şəhərində keçirdikləri yığıncağın 1 saylı protokoluna əsasən, Zaur Axundov şirkətdə olan 30 % -lik payını Zərifə Kamil qızı Həmzəyevaya satıb. Zərifə Həmzəyeva “Silk Way” Holdinqdə hissə sahibi olmaqla yanaşı, “AZAL” Dövlət Konserinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır. 1 mart 2012-ci tarixində Bakı şəhərində “SW-INN” MMC-nin təsisçilərinin növbədənkənar yığıncağında Marokko Kralığının vətəndaşı, prezidentin qızı Arzu Əliyevaya məxsus “Silk Way” Holdinqin təsisçilərindən olan “İnternational Holding Companiy Limited” şirkətinin drektoru Jaouad Dbila MMC-nin yeni drektoru təyin edilib. Jaouad Dbila direktor vəzifəsini 2013-cü il dekabrın 27-nə qədər icra edib. İlham Əliyev cənab Dbilaya yüksək biznes imtiyazları verməklə kifayətlənməyib. 31 may 2014-cü il tarixində prezident İlham Əliyev Jaouad Dbilanı mülki aviasiya sahəsində səmərəli xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edib”.


Beləliklə, hakimiyyət özü-özünü uçurumun kənarına gətirib. Tiflisin mərkəzindən araşdırmaçı jurnalisti oğurlayıb, Gürcüstan sərhədində cibinə pul basıb Azərbaycana gətirməsi və həbsə atması, görünür, hakimiyyətin başağrısına çevriləcək, daha doğrusu, artıq çevrilib. Hadisə baş verəndən bəri Gürcüstanda Əfqanla bağlı aksiyalar səngimir. Azərbaycan hakimiyyətinin jurnalist oğurluğu beynəlxalq mediada da geniş müzakirə olunur. Tiflisdə aldıqları mübahisəli ərazi və problemin məhkəmə müstəvisinə çıxacağı ilə bağlı yayılan məlumatlar təsdiqini tapsa, hakim ailə məhkəməyə çəkilsə, həm Gürcüstandakı biznesini, həm də büstünü itirəcək; “Tiflis Palace” hoteli ilə birgə…

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL