Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Iyulun 17-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun Qobustandakı qapalı həbsxanaya köçürülməsi barədə qərardan şikayətinə baxılıb. Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib. İlahiyyatçının saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsindən Qobustana köçürülməsi haqda Qaradağ Rayon Məhkəməsinin qərarı qüvvəyə minib.
Məhkəmədə Mövsüm Səmədovun vəkili Yalçın İmanov deyib ki, Qaradağ Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmə ilahiyyatçının 12 saylı cəzaçəkmə müəssisəsində qaydaları pozduğunu əsas gətirərək, ona tətbiq olunan tənbeh qərarlarına istinad edib. Müdafiəçinin fikrincə, həmin tənbehlərin özü də qərəzli və əsassız olub:
“Mövsüm Səmədov 12 saylı cəzaçəkmə müəssisəsində olduğu 7 aya yaxın müddətin 4 aydan çoxunu cərimə təcridxanasında, kamera tipli otaqda keçirib. Onun haqqında heç bir əsas olmadan, aşkar bəhanələrlə inzibati tənbeh tədbirləri görülüb və hazırda başqa məhkumlardan təcrid vəziyyətdə saxlanılır. Mövsüm Səmədovun cəzalandırılması onun siyasi hakimiyyətə müxalif fəaliyyəti ilə bağlıdır”.
“CƏZALANDIRILMAĞIMLA BAĞLI QƏRARLAR ARDICIL VƏ SİSTEMLİ XARAKTER DAŞIYIR”
İlahiyyatçının özü də 12 saylı cəzaçəkmə müəssisəsində saxlandığı müddətdə heç bir qayda pozuntusuna yol vermədiyini məhkəmədə dilə gətirib:
“Cəzalandırılmağım haqda qərarlar ardıcıl və sistemli xarakter daşıyır. Bu da həmin addımların hansısa qüvvələrin sifarişiylə və qərəzlə həyata keçirildiyini göstərir. Niyyət də məni yenidən həbsxanaya qaytarmaqla cəzalandırmaq idi”.
Hakimlər qısa müşavirədən sonra həbsxanaya köçürülmə qərarının dəyişdirilmədən qüvvədə saxlandığını elan ediblər.
Vəkil Y.İmanov bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.