Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Maşına baxışda iştirak etmiş hal şahidləri niyə dindirilməyib?
“Azadlıq” qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Hərçənd, bu iş üzrə ittiham tərəfin şahidlərinin təxminən yarısını məhkəməyə gətirib dindirmək mümkün olmadı. Baxmayaraq ki, məhkəməyə gəlməkdən imtina edən şahidlərə görə məhkəmə iclasları dəfələrlə təxirə salındı, hakim həmin şahidlər haqqında məcburi gətirilmə qərarı çıxartdı, yenə də xeyri olmadı. İyulun 17-də keçirilən məhkəməyə də yenə şahidlər gəlməmişdi.
Məhkəmə şahidlər qarşısında aciz qaldı
Qızmar yay günlərində, şəraitsiz dustaq maşınlarında Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasından məhkəməyə gəlib-getmək onsuz da səhhətində ciddi problemlər olan Faiq Əmirlinin dueumuna daha da pis təsir göstərir. Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev bugünkü məhkəmə iclasında bu məqamı işə baxan hakim Aytən Əliyevanın nəzərinə çatdırıb. Vəkil bildirib ki, məhz sağlıq problemlərinə görə Faiq Əmirli məhkəmənin tez yekunlaşmasını istəyir. Hərçənd, onlar ittiham tərəfin bütün şahidlərinin də məhkəmədə dindirilməsini istəyirlər. Çünki məhkəməyə gələnlərin hamısı istintaqdakı ifadələrdən fərqli danışıblar. Başqa sözlə, şahidlər dindirildikcə, istintaqdakı saxtakarlıqlar daha çox ifşa olunur. Amma məhkəmə də şahidləri gətirib dindirməkdə acidir.
“Məhkəməyə şahidləri gətirmək mümkün olmur, bu səbəbdən məhkəmə prosesi uzanır, dəfələrlə təxirə salınır. Faiq Əmirlinin sağlıq durumu yaxşı deyil, ona görə məhkəmə prosesinin tez yekunlaşmasını istəyir. Bu səbəbdən məcburiyyət qarşısında qalıb, gəlməyən şahidlərin ifadələrinin elan olunması ilə kifayətlənə bilərik”, – deyə Fəxrəddin Mehdiyev bildirib.
Fətullah Gülən ittihamı ilə bağlı heç bir araşdırma yoxdur
Faiq Əmirli də vəkilinin fikirləri ilə razılaşıb və məhkəməyə gəlib-getməyin onun üçün çətin olduğunu söyləyib.
Ardınca vəkil Fəxrəddin Mehdiyev Faiq Əmirlinin avtomobilindən guya Fətullah Gülən haqqında kitablar və disklər aşkarlandığı baxışda iştirak etmiş hal şahidləri Samirə Məmmədova (Əhmədbəyli) və Təzəxan Mirələmlinin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, adları çəkilən hal şahidləri istintaqda da dindirilməyib. Halbuki, onların dindirilməsi vacib idi. Çünki Faiq Əmirlidən avtomobilinin açarının necə alınması, maşına necə baxış keçirilməsi, o kitab və disklərin ora necə qoyulması haqda vacib məlumatlara malik şahidlərdir: “Ən əsası, Faiq Əmirliyə CM-nin 283-cü maddəsi ilə verilmiş ittiham üzrə məhkəmədə heç bir araşdırma aparılmayıb”.
Prokuror vəsatətə etiraz edib. Deyib ki, maşına baxış prosesi videolentə alınıb. Ona görə də hal şahidlərinin dindirilməsinə ehtiyac yoxdur.
Hakim Aytən Əliyeva da prokurorun dediyi əsasla vəsatəti rədd edib.
Vəkil Fəxrəddin Mehdiyev ekspertiza ilə bağlı vəsatəti olduğunu bildirib və onun hazırlanması üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə iyulun 19-n təxirə salınıb.
F.Əmirli ötən il avqustun 20-də saxlanıb. Ona qarşı CM-nin 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) və 213.1 (xeyli miqdarda vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. İddia olunur ki, guya Faiq Əmirli “Azadlıq” qəzetində Fətullah Gülənlə bağlı təbliğat xarakterli materiallar yaymaq niyyətində olub, həmçinin qəzetin satışı ilə əlaqədar külli miqdarda vergidən yayınıb.
Lakin Faiq Əmirli də, vəkilləri də ittihamların absurd olduğunu bildirir. Məhkəmədə şahid ifadələri də ittihamın saxta olduğunu üzə çıxartdı. Məlum oldu ki, istintaq orqanı şahidlərin adından yalan ifadələr yazıb, “Azadlıq” qəzetinin satış qiyməti şişirdilərək, çap və kağız xərcləri, yayım firmalarının gəlir faizi nəzərə alınmadan qəzetə vergi hesablanıb.
Bir sıra yerli və beynəlxalq media təşkilatları da bəyan edib ki, Faiq Əmirlinin həbsi “Azadlıq” qəzetinin susdurulmasına yönəlmiş addım idi.
Faiq Əmirlinin həbsindən sonra qəzet nəşrini dayandırmaq məcburiyyətində qalıb.