Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Səlim Müslümovun nazirliyində yeni saxtakarlıq faktları aşkarlandı

Tarix:24-07-2017, 12:43 Baxış Sayı:162

Səlim Müslümovun nazirliyində yeni saxtakarlıq faktları aşkarlandı

Hesablama Palatasının kollegiya iclasında ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Quba rayon şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin Şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri üzrə hesabat müzakirə edilərək təsdiq olunub.

Audit olunan dövr ərzində Şöbə tərəfindən 746 yeni pensiya təyinatı aparılıb. Yeni təyin olunmuş pensiya işlərinin auditi zamanı müəyyən edilmişdir ki, bir sıra hallarda pensiya təyin olunarkən pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, onların əmək fəaliyyəti ilə məşğul olub-olmadıqları tam araşdırılmayıb, sığorta davamiyyəti əmsalı, sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı düzgün nəzərə alınmayıb, pensiyanın təyin edilməsi müddəti dəqiq müəyyən edilməyib.

Müvafiq məlumatlara əsasən Mərkəzdə yaradılmış Komissiya ötən il 591 muraciətə baxıb, bu müraciətlərin hamısı üzrə ünvanlı dövlət sosial yardımı (ÜSY) təyin edilib, həmin dövr ərzində 57 təyinat üzrə ÜSY ödənişi müxtəlif səbəblərdən dayandırılıb.

Araşdırma zamanı ÜSY təyinatı üzrə fəaliyyətdə bir sıra nöqsanlara yol verildiyi, ərizəçilər tərəfindən də ailənin gəlirləri və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması haqqında məlumat verilmədiyi, bağlanmış ÜSY hesablarında vəsait qalığının mövcudluğu aşkar edilib.

Nazirliyin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən Quba rayonunda 856 ailəyə VEMTAS vasitəsilə təyinat aparılıb. Auditin gedişində VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə Nazirliyin internet saytındakı adlı siyahıdan seçmə qaydada 6 kənddə 108 ÜSY işi üzrə monitorinq təşkil edilib. Monitorinq zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının, ailə üzvünün hərbi xidmətə getməsinin, ailə üzvünün xarici ölkədə yaşamasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib.

Aparılmış audit nəticəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində, habelə həmin işlərin mərkəzləşdirilmiş xüsusi lokal proqram təminatına işlənilməsində bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, müavinət işlərinə bir sıra hallarda zəruri sənədlərin əlavə edilməməsi halları aşkar edilib. Mərkəzdə real vaxt rejimində fəaliyyət göstərən proqram təminatında bir çox hallarda vəfat etməsi, köçməsi və digər səbəblərdən müavinət işləri dayandırılmış şəxslərin işlərinin dayandırılması səbəbləri göstərilməmiş, müavinət alan şəxslər barədə məlumatlar tam daxil edilməyib, sosial müavinət alan şəxsin yaşayış yerinin dəyişməsi və yaxud əmək pensiyası almaq hüququnun yaranması ilə əlaqədar sosial müavinət işlərinin köçməsinin qeydiyyat jurnalındakı bağlanma tarixləri ilə müavinət işinin bağlanma tarixləri arasında uyğunsuzluqlar mövcud olub.

Bundan əlavə, müavinətlərin təyin olunması üçün “Sosial müavinətlər haqqında” qanunun tələbləri müavinətin ödənişi müddətində həmin şərtlərin qüvvədə olması vəziyyəti izlənilməyib.

01.01.2017-ci il tarixə evlərdə səyyar sosial xidmət göstərilən şəxslərin sayı 108 nəfər olmaqla onlara Şöbənin 13 sosial xidmətçisi tərəfindən xidmətin göstərilməsi nəzərdə tutulub.

Audit zamanı evlərdə səyyar sosial xidmət göstərilən tək ahıl və əlil şəxslərin işlərinin araşdırılması zamanı müəyyən edilib ki, bir sıra hallarda sosial xidmət göstərilən şəxslərin yaşadığı ərazidə onu saxlamağa borclu olan qohumları olduğu halda Şöbə tərəfindən sosial xidmətə götürülüblər.

Şöbənin yerli büdcə vəsaitləri hesabına saxlanılması xərclərinin auditi göstərib ki, auditlə əhatə olunan dövrdə müvafiq əmr olmadan işçilərin kollektiv mükafatlandırılması həyata keçirilibmiş, əmək haqqı xərclərinin hesablanması və ödənilməsi zamanı nöqsanlara və artıq xərclərə yol verilib.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL