Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

İki generalın qohumları Nabranda qan tökdülər

Tarix:28-07-2017, 13:39 Baxış Sayı:177

İki generalın qohumları Nabranda qan tökdülər

Hadisə yerinə gələn polis əməkdaşları və əməliyyatçılar söyüş və təhqirə “qonaq edildi”

Ayın 26-dan 27-nə keçən gecə, Nabranda böyük bir biyabırçılıq yaşanıb. Beləki, çılpaq formada öz dəstələri ilə “SunSet” İstirahət Mərkəzinin diskotekasına girmək istəyən Toğrul Məmişov və Murad Talıbov , mühafizəçilər tərəfindən içəri buraxılmayıb. Qapıçılar onları ictimai qaydalara riayət etməyə çağıraraq, meydançaya yalnız paltarlı vəziyyətdə girə biləcəklərini deyiblər.

Bundan əsəbləşən gənclər yaxınlıqdakı “Palermo” adlı obyektə gedərək, orda yeyib-içiblər. Bundan başqa narkotik də qəbul etdikləri bildirilən gənclər məclisdən qayıdanda, “SunSet” İstirahət Mərkəzinin mühafizəçilərinin işdən sonra şam yeməyi yediklərini görürlər.

Çılpaq olduqlar üçün meydançaya buraxılmayan Toğrul Məmişov və Murad Talıbov, hərəsi öz dəstəsi ilə, müxtəlif istiqamətlərdən, oturub sakitcə şam edən mühafizəçilərə hücub edirlər. Nəticədə, qəfil hücumdan özlərini itirən mühafizəçilər ölümcül döyülürlər.

Maraqlıdır ki, Toğrul Məmişov Respublika Prokurorluğunun Baş Təhcizat və Təminat İdarəsinin rəisi general Niyaz Məmişovun qardaşı oğludur. Hadisədəki digər dəstə başçısı Murad Talıbov isə Dövlət Miqrasiya Xidmətinin rəisi, general Firidun Nəbiyevin bacısı oğludur.

Vaxtilə narkotik qəbul etdiyinə polisdən içdən çıxarılan Murad Talıbov hazırda FHN-nin Akademiyasında təhsil alır. Hal hazırda mühafizəçilər rayon xəstəxanasına yerləşdirilsə də, onların yaxınları və qohumları böyük bir təhdid altında olduqlarını bildirirlər. Çünki, başlarında 10- a yaxın idmançı və tüfeyli adamların toplaşdığı bu iki general qohumunun nələrə qadir olduqlarını hamısı yaxşı bilir.

Qeyd edək ki, hadisə yerinə gələn polislərin söyüş və təhqirə məruz qalmaları və bunun müqabilində, adıçəkilən şəxslərə heç bir şey edə bilməmələri də, hər iki şəxsin və onların dəstələrinin hansı gücə sahib olduqlarını xəbər verir.

Onu da qeyd edək ki, bu hadisə hər iki dəstənin ilk hadisəsi deyil. Ancaq dəfələrlə belə olaylar törətmiş bu iki dəstə general qohumlarının dəstəyi ilə çox rahat şəkildə məsuliyyətdən kənarda qala biliblər.

Hadisənin şahidləri bildirir ki, hər iki gənc açıq-aydın şəkildə, bu ölkədə heç kimin onlara bata bilməyəcəyini, lazım gələrsə, pul gücünə rayon rəisini belə dəyişdirə biləcəklərini elan ediblər.

Hazırda bütün region bu hadisənin nə ilə nəticələnə biləcəyini gözləyir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL