Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Füzulu Hüseynov 10 sutkalıq həbsi müddətində üzləşdiyi problemlərdən yazır
“Siyasi məhbuslara azadlıq” tələbiylə silsilə aksiyalar keçirən AXCP üzvü Füzuli Hüseynov son aksiya zamanı həbs edilmişdi və 10 sutka həbs cəzası almışdı. Füzuli Hüseynov “facebook” səhifəsində saxlanma məntəqəsindəki vəziyyətlə bağlı qısa qeydlərini paylaşıb. Həmin qeydləri olduğu kimi dərc edirik
“Bir neçə kəlmə də biz müxalifətçilərin tez-tez yön almalı olduqları Binəqədi İnzibati Saxlanma Məntəqəsindəki şərait barədə yazmaq istəyirəm:
1.Yemək.
Yeməklə bağlı durum pisdir. Saxlanılan şəxslərə verilən faktiki yemək payı yetkin adamın fizioloji tələbatının heç yarısını da ödəmir.
Səhər – 200 qr çörək və kiçik parça buterbrod yağı,1 stəkan azşirin çay.
Nahar – 150 qr(ml) (xörəkdən çox xorək suyunu xatırladan) duru yarımmaye, 200qr çörək,1 stəkan çay.
Şam – 150 qr qaynadılmış qarabaşaq (qreçka) yaxud, onun əvəzinə 150 qr qaynadılmış vermişel, 50 qr toyuq əti, 200 qr çörək,1 stəkan çay.
2. Gəzinti – Məntəqədə saxlandığım 16 və 9 sutka ərzində ümumən 30 dəqiqədən artıq təmiz havada olmamışam. Hərçənd, saxlanılan hər bir kəsin sutkada 3 saatdan az olmayaraq açıq havada gəzmək hüququ var. Bu hüquq təmin edilmir. Məntəqənin 16 kameradan ibarət olan korpusunun vur-tut bircə üstüaçıq gəzinti sahəsi var ki, bu da saxlanılan şəxslərin gəzintiyə olan hüquqlarınn təmin edilməməsinin başlıca səbəbidir. Gəzinti sahəsi oturacaqla təmin edilməmişdir və olan yeganə avadanlıq zibil kanteyneridir.
3. Kameralarda şərait – Su arasıra kəsilir. Ventilyasiya olsa da yetərsizdir. Saxlanılan şəxslərə kameralarda qələm və kağız verilmir. Bəzi kameralarda saxlanılan şəxslər sayca kameranın tutumunu üstələyir. Son olduğum müddətdə 6 nəfərlik kamerada 7 nəfərin, bir 8 nəfərlik kamerada isə 11 nəfərin saxlandığını gördüm.
4. Hamam.
Məntəqədə saxlanıldığım 16 və 9 sutka ərzində ehtiyacım olduğu halda mənə hamamda çimmək imkanı verilməyib. Ümumiyyətlə, mənimlə birgə cəza çəkən məhkumlardan heç kəsin hamamda çimməsi barədə eşitməmişəm. Məntəqədə növbə çəkən DİN əməkdaşları hamamdan aidiyyəti üzrə istifadə edirlər.
Hələlik bu qədər”