Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Azərbaycanda boş qalan yüksək məmur postları (Siyahı)

Tarix:14-08-2017, 08:26 Baxış Sayı:170

Azərbaycanda boş qalan yüksək məmur postları (Siyahı)

Hazırda dövlət orqanlarında bir neçə boş məmur vəzifəsi var və onlara təyinatların nə vaxt reallaşacağı bəlli deyil. Bu təyinatlardan bəziləri birbaşa prezidentin səlahiyyətlərinə daxildir, bəzilərində isə İcra Hakimiyyəti başçıları təyinatlar etməlidir.

Boş qalan ən böyük məmur postu nazir vəzifəsidir. Belə ki, enrgetika naziri Natiq Əliyev bu ilin iyun ayının 8-də İstanbulda vəfat edib. Bundan sonra energetika naziri postuna təyinat olmayıb. Bu nazirliyin ləğv olunacağını proqonozlaşdıranlar da var. Amma bu məsələlər birbaşa prezidentin səlahiyyətinə daxildir və hansı qərarın veriləcəyini proqnozlaşdırmaq mümkün deyil.

Qaynarinfo.az  xəbər verir ki, hazırda Prezident Administrasiyasında 3 şöbənin müdiri vəzifəsi boşdur. Bunlardan ikisi prezidentin iyunun 1-də imzaladığı sturuktur islahatları ilə bağlı sərəncamdan sonra boş qalıb. Daha bir şöbəsi bu zaman yaradılıb.

Boş qalan postlardan biri Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsidir. Bu vəzifəni son olaraq Fatma Abdullazadə tutub. Amma prezidentin iyunun 1-də imzaladığı sərəncamla ona vəzifə verilməyib.

Bununla yanaşı, həmin vaxtdan Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsi boşdur. Bu postu tutan Kamal Abdullazadə sonradan Azərbaycan Dillər Universitetinə rektor təyin edilib.

İyunun 1-də imzalanan sərəncamla Prezident Administrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi yaradılıb. Şöbəyə hələlik təyinat olmayıb.

Hazırda Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur. Son icra başçısı İbrahim Mehdiyev iyulun 1-də prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad olunub. Buna səbəb dövlət başçısının tapşırığının əksinə olaraq yenisi tikilmədən “Sovetski”dəki Hacı Cavad məscidinin sökülməsi olub.

Prezident İlham Əliyev iyulun 11-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağrış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovu işdən çıxarıb. Buna səbəb onun oğlunun avtobus sürücüsünü döyməsi olub. 

Prezident İlham Əliyev iyulun 11-də Dövlət Sərhəd Xidmətinin Miqrasiya və Sərhəd Nəzarəti İdarəsinin rəisi Akif Şəfiyevi hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıb. Dövlət başçısı həmçinin onu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Bu posta da hələlik təyinat olmayıb.

Ötən ayın 26-da Biləsuvar rayon icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərova işdən çıxarılıb. Onun yerinə hələ heç kim təyin edilməyib. 

Ötən günlərdə isə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva da işdən azad olunub. Bu posta təyinat olmayıb. Lalə Hacıyevanın isə H.Z.Tağıyev qəsəbəsinin icra nümayəndəsi təyin edildiyi bildirilir.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL