Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Gizir hərbi hissənin maşınını borc götürdüyü pulla təmir etdirib

Tarix:16-08-2017, 17:57 Baxış Sayı:173

Gizir hərbi hissənin maşınını borc götürdüyü pulla təmir etdirib

“Cəlalın ölümündən sonra xəbər tutduq ki, banka 11 min manat borcu qalıb. Bizim xəbərimiz olmayıb, Cəlal bankdan xeyli pul götürüb hərbi hissənin maşınlarını təmir etdiribmiş. Hərbi hissə rəhbərliyi bunu ona niyə elətdirib? Dövlət bu işlərə görə hər il milyonlarla pul ayırır, hərbçi bankdan kredit götürüb hərbi hissənin texnikasını niyə təmir etdirməliydi? Tələbim odur ki, prokurorluq bu müəmmalı işi araşdırıb ortaya çıxarsın”.

Bunu AzadlıqRadiosu-na bu ilin martında hərbi hissədə dünyasını dəyişmiş hərbçi-gizir Cəlal Mənsimovun anası Adilə Mənsimova deyir.

“NƏŞİ AÇIB BAXMAĞA İMKAN VERMƏDİLƏR”

Saatlının Mollaavazlı kəndinin sakini olmuş Cəlal Mənsimov 2002-ci ilin mayından ordu sıralarında gizir rütbəsində çalışıb. Qüsursuz xidmətlərə görə müxtəlif illərdə Müdafiə Nazirliyinin bir neçə fəxri fərmanı ilə təltif olunub. Bu il fevralın sonunda məzuniyyətdən Ağcabədidəki N saylı hərbi hissəyə qayıdan gizirin ailəsinə 3 gündən sonra ölüm xəbəri verilib. Ancaq ailə üzvləri bu hadisədən sonra AzadlıqRadiosu-na Cəlalın ölümünün səbəblərinin onlar üçün qaranlıq qaldığını bildiriblər. Hazırda da ailə bu fikrində qalır. Hərbçi anasının gileyi bir deyil, iki deyil…:

“Atasının ildönümünə görə gəlmişdi. Hələ məzuniyyəti başa çatmamış kimsə hərbi hissədən zəng vurub təcili geri qayıtmasını tələb edirdi. Getdi, sapsağlam getdi… 3 gündən sonra ölüm xəbəri gəldi… Bizə dedilər ki, Cəlalın təzyiqi qalxıb, əvvəl burnundan qan açılıb, qəfil yerə yıxılıb və keçinib. Bizə sonadək nəşi açıb baxmağa imkan vermədilər. Beləliklə də oğlumun əslində hansı səbəbdən öldüyü bu günədək də müəmmalı qaldı. Bu, bir tərəfə… normal ölkələrdə 15-20 il qüsursuz xidmət etmiş, dəfələrlə fəxri fərmanlara layiq görülmüş və hərbi hissədə ömrünü tapşırmış hərbçinin məzarını hər gün gül-çiçəyə tutardılar. Ancaq gəlin baxın, Cəlalın məzarı hansı vəziyyətdədir… Müdafiə Nazirliyinin 5 aydan çox müddətdə bir hərbçinin məzarının üstünü götürməyə hünəri çatmır”.

“NİYƏ HƏRBİ HİSSƏNİN MAŞINLARINI OĞLUM DÜZƏLTDİRİB?”

Ana deyir, üstəlik, ölümündən sonra onun banklardan birinə xeyli borcu olması üzə çıxıb:

“Bu azmış kimi, oğlumun ölümündən sonra onun banklardan birinə 11 min manat borclu olduğu üzə çıxıb. İndi bank o pulu zamindən alır. Bu məsələdən bircə Cəlalın həyat yoldaşının xəbəri olub. Cəlal götürdüyü pulu hərbi hissənin maşınlarının təmirinə xərcləyib. Oğlum hər ay aldığı maaşı banka keçirirmiş. Biz bilmək istəyirik ki, hərbi hissə rəhbərliyi oğlumu niyə bu işə sövq edib? Nə baş verib ki, oğlum ailəsindəki durumun ağırlığını bilə-bilə bu işə gedib, aldığı maaşı da qəpiyinəcən kreditə görə banka ödəyib? Oğlumu buna nə vadar edib, kim vadar edib? Orduya bu qədər maliyyə ayrıldığı vaxtda niyə hərbi hissənin maşınlarını oğlum düzəltdirib? Hazırda da onun borcunu ehtiyac içərisində yaşayan zamindən tuturlar”.

Ana istintaq orqanlarından ölümün əsl səbəblərinin və bankdan götürülmüş kreditlə bağlı müəmmaların araşdırılmasını tələb edir.

Baş gizirin ölüm faktıyla bağlı Bərdə hərbi prokurorluğunda araşdırma aparılır. Prokurorluqdan AzadlıqRadiosu-na bildirilib ki, mərhum gizirin ailə üzvlərinin hər hansı şübhələri varsa, istintaqı aparan müstəntiqə bildirməkdə sərbəstdir. İstintaq orqanı istənilən şübhəni araşdırmağa hazırdır.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL