Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

32 bankdan 20-si qalacaq

Tarix:16-08-2017, 12:13 Baxış Sayı:214

32 bankdan 20-si qalacaq

Exo qəzetində “Proqnoz: 2020-ci ilə Azərbaycanda 32 bankdan 20-si qalacaq”sərlövhəli məqalə dərc olunub.

Yazıda ekspertlərlə ölkənin bank sisteminin durumu təhlil edilir.

Müəllif yazır ki, neftin qiymətinin kəskin düşməsi və manatın devalvasiyası göstərdi ki, Azərbaycanın bank sistemi ən zəif bəndlərdir:

“Bank sisteminin bütün zəif tərəfləri göründü. Bəzi maliyyə qurumları “sabun köpüyü” kimi partlamaqla dövlətin onsuz da zəif olan iqtisadi durumunu bir qədər də laxlatdı. İtkilərə başa gələn bu sarsıntılardan sonra özünə gələn banklar varlıqlarını davam etdirdilər. Ancaq vaxtıkeçmiş kreditlər bir çox banklar üçün həll olunmamış problem kimi qalmaqdadır. Bir çox banklar qənaət xatirinə ştat vahidlərini xeyli ixtisara salıblar. Bu müştərilərlə iş məsələsinə neqativ təsir göstərir”.

Yazıda bildirilir ki, ötən il ölkədə 11 bank bağlanıb. Hazırda 32 bank mövcuddur. Ekspert Vüqar Bayramov ölkənin bank sistemindəki durumu qəzetə belə dəyərləndirib:

“Azərbaycan bank sisteminin böhrandan çıxması barədə hələ ki, danışmaq olmur. Vaxtıkeçmiş kreditlərin həcmi heç də az deyil. Bankların likvidliyi də yaxşı durumda deyil. Elə bu iki səbəb kifayət edir ki, bank sisteminin böhrandan çıxmadığını söyləyə bilək”.

V.Bayramov hesab edir ki, zəif bankların bağlanması və ya konsolidasiya prosesi bundan sonra da davam edəcək. Onun fikrincə, bankların bağlanması ölkə iqtisadiyyatına həmişə sarsıntı gətirir. Odur ki, burada bir neçə bankın birləşməsi ən yaxşı çıxış yoludur.

Digər bir ekspert Əkrəm Həsənov da deyib ki, 2016-cı ilin dördüncü rübü ilə bağlı 15 bank maliyyə hesabatını dərc etməyib:

“Ötən illərin təcrübəsindən aydındır ki, öz hesabatlarını dərc etməyən maliyyə institutları, bir qayda olaraq, iflas ərəfəsində olan qurumlardır”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL