Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
AzTV QSC Dövlət Teleradio Şirkəti mal, iş, xidmət satınalması üzrə bir neçə tenderin nəticələrini açıqlayıb. Onların bir çoxunda birgünlük şirkətlər qalib gəlib.
“TV-Media Azerbaijan” MMC 3 fevral 2017-ci ildə yaradılıb. Artıq fevralın 23-də verilişlərin bədii tərtibatı üçün AzTV ilə müqavilə imzalayıb. Müqavilənin qiyməti 49 min manatdır. Tender komissiyasının üzvü, mühasibatlığıın əməkdaşı İlham Mirzəliyev bunu həmin şirkətin əməkdaşlarının yüksək peşə hazırlığı ilə izah edir. “Şirkət müqavilədə nəzərdə tutulan işi başa çatdırıb və tərəflər təhvil-təslim üzrə protokol imzalayıb”.
“Bizness-Elit” və “İnteqral-KS” iki tenderdə qalib gəlib. AzTV-nin məlumatına görə, bu şirkətlər Dövlət Teleradio Şirkətinə təsərrüfat malları (42 min 883 manat) və kartric (49 min 425 manat) tədarük edib. Hər iki şirkət 2016-cı ilin dekabrında Lənkəranın Girdeni kəndində yaradılıb. Vergilər Nazirliyinin məlumatına görə, yaradılan zaman bu şirkətlərin rəhbəri Cəbrail Həsənov olub, indi onların direktoru Natiq Qasımovdur.
“Merkator İncorporated” şirkəti 2016-cı ilin martında İsmayıllının Basqal kəndində yaradılıb. Onun ictimaiyyətə yeganə məlum işi AzTV-yə 49 min 590 manatlıq elektrik avadanlğı tədarüküdür. AzTV ilə 11 min 760 manatlıq təcrübə-təftiş işlər üzrə müqavilə bağlayan “Energu Test Service” MMC haqda da məlumat yoxdur. Dövlətstandartkomun reyestrində bu şirkətin akkreditasiyası haqda informasiya verilməyib.
Əvvəllər media mütəxəssisləri dövlət şirkətini saxta şirkətlərlə milyonlarla dövlət vəsaitini talan etməkdə ittiham edib. Bir sıra hallarda iş məhkəmə araşdırmalarına kimi gedib.