Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Rəis məndən 15 min manat rüşvət istəyir. Mən halal zəhmət adamıyam, öz əlimin qabarı ilə çörək qazanıram, amma rəis vəzifə səlahiyyətlərindən istifadə edib rayonda onlarla mənim kimi vətəndaşı çapıb talayır”.
PressClub.Az saytına müraciət edən Ağcəbədi rayonu, Rəncbərlər kənd sakini Qəhrəmanov Dəmir Dərgah oğlu rayon Polisi Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubovdan şikayətçidir.
Kəndin yanındakı çöl sahəsində mal-heyvan saxlamaqla məşğul olduğunu deyən D.Qəhrəmanov Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubovun onun mal-heyvanlarına göz dikdiyini və müxtəlif fitnə-fəsadla əlindən almağa çalışdığını iddia edir: “Elnur Yusubovun mənsub olduğu mütəşəkkil dəstə adamları öyrədərək sahibkarların, ferması olanların, mal-heyvan saxlayanların üstünə salır, onları şərləyir saxta cinayət işi açır, insanların var-dövlətini əlindən alır, bu yolla külli miqdarda var-dövlət əldə edərək varlanırlar.
Şikayətçi deyir ki, Elnur Yusubovun öyrətdiyi Quliyev Hikmət Qənimət oğlu heyvanlarını onun yerinə salıb otarır, deyir ki, bu yer ona məxsusdur: “Mən ona iradlarımı bildirdikdə məni söyür, təhqir edir, maşınla mal-heyvanı vurur, mənə yumruq atır, öldürməklə hədələyir. O, bu işləri ona görə edir ki, mən onu vurum və mənə cinayət işi açılsın. Mən dəfələrlə 102-yə zəng vurmuşam, heç bir reaksiya verilmir. Maraqlıdır ki, mən sonuncu dəfə 102-yə zəng edəndə Təhqiqatın rəisi həmin Elnur Yusubov Hikmətə zəng edib bildirdi ki, bu adam sizdən zəng edib, təcili oradan çıxıb gedin”.
D.Qəhrəmanov iddia edir ki, Hikmət Təhqiqatın rəisi Elnur Yusubovun məxsus olduğu mütəşəkkil dəstə ilə əlbir olduğundan, şantajçı polis işçilərinə pul qazandırdığından rayonda at oynadır, hər gün içkili vəziyyətdə yüksək sürətlə maşın sürür, kimi gəldi söyüb təhqir edir, döyür. Sürücülük vəsiqəsi olmadan maşın sürdüyü halda yol polisinin onun ilə heç bir işi olmur: “Axırıncı dəfə içkili vəziyyətdə maşını mənim mal-heyvanımın üstünə sürüb, inəyimi vurub. Oğlum ona etiraz etdikdə isə oğlumu yumruq ilə vurub. Biz hadisə yetinə gəldik, polisə şikayət ərizəsi yazdıq. Lakin yenə də bizim ərizəmizə baxılmadı. Əksinə, Təhqiqatın rəisi Elnur Yusubov Quliyev Hikməti çağırıb izahatını aldı ki, guya oğlum onu çubuqla vurub. Quliyev Hikmətə cinayət işi açmaq əvəzinə mənim oğlumu günahkar çıxardılar”.
Şikayətçinin sözlərinə görə, oğlunu qurtarmaq üçün rəis ondan 15 min manat rüşvət tələb edir: “Deyir ki, həmin pulun 10 mini Quliyev Hikmətə, qalan 5 mini isə mənə çatacaq. Quliyev Hikmət fermerdir, pullu adamdır, boy-buxunu da 2 metrə yaxındır, mənim oğlum onu heç bir vəchlə vura bilməzdi, çünki oğlum arıq, sısqa adamdır. Oğlum bədəncə özündən 3, ya 5 dəfə böyük adamı necə döyə bilərdi? 1 həftədir ki, oğlum əsgərliyə gedib, Vətənə xidmət edir, amma Elnur Yusubov ona cinayət işi açıb məndən 15 min pul tələb edir. Pulu gecikdirdiyimə görə Elnur Yusubov Quliyev Hikməti öyrədib üstümə salıb. Quliyev Hikmət məni hədələyir ki, öldürəcəm. Qorxumdan evdən çölə çıxa bilmirəm.
Onlar 15 min manatı məndən ona görə istəyirlər ki, elə mənim saxladığım mal-heyvanın qiyməti 15 min edir”.
D.Qəhrəmanov deyir ki, təhqiqatçı Elnur Yusubov 15 min pulu ondan otağında 2 şahidin yanında istədi. İndi də tez-tez çağırtdırır ki, gəl, pulu gətir: “Mən 10 ildi mal-heyvan saxlayıram, yayda qızmar istidə, qışda isə qarda-çovğunda çöldə mal-qoyun otarıram, içimi soyuq alıb. Tək mən deyiləm, rayonda kim mal-heyvan saxlayıb artırır, onu bu cür iyrənc üsulla şərləyib var-dövlətini əlindən alırlar”.
Qəhrəmanov daxili işlər naziri Ramil Usubova müraciət edərək xahiş edir ki, soyğunçuların onu və onun kimi halal zəhmət adamlarını şərləyərək talan etməsinin qarşısını alsın.
Şikayətçinin ittihamlarının hədəfi olan Ağcabədi Rayon Polis İdarəsini Təhqiqat şöbəsinin rəisi Elnur Yusubovla əlaqə saxladıq. E.Yusubov istirahət günü (Onunla əlaqə saxlayanda bazar günü idi) olduğundan sualımızı cavablamayıb, telefonu qapatdı.
Bu gün yenidən polis rəisi ilə əlaqə saxlamağa çalışdıq. Müxtəlif nömrələrdən yığmağımıza baxmayaraq E.Yusubov telefonu açmadı.