Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Samirə Ağayeva: “Absurd qərardır”
Avqustun 21-də paytaxtın Yasamal Rayon Məhkəməsində jurnalist Fərqanə Novruzovanın həmin rayonun prokuroru Rasim Hacıyevə qarşı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə baxılıb. Jurnalist iddia ərizəsində xahiş edib ki, prokurorun hərəkətsizliyinin qanunsuz sayılması barədə qərar çıxarılsın. Fərqanə Novruzova “hərəkətsizlik” deyərkən, Yasamal rayonunun bu yaxınlarda vəzifəsindən azad edilən icra başçısı İbrahim Mehdiyevin əməlinə hüquqi qiymət verilməməsini nəzərdə tutur.
Prokuror sabiq icra başçısı haqqında tədbir görmək istəmir?
Aprelin 13-də paytaxt sakinləri arasında daha çox “Sovetski” adıyla bilinən ərazidə “Hacı Cavad” məscidi sökülərkən, jurnalist Fərqanə Novruzova hadisə yerində olan icra başçısından sualına cavab almaq istərkən zorakılığa məruz qalıb. Olayın ardınca jurnalist sabiq icra başçısı haqqında CM-in 163-cü (jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) maddəsinə əsasən, cinayət işi başlanmasından ötrü Yasamal Rayon Prokurorluğuna üz tutub. Bugünədək nə cinayət işi başlanıb, nə də iddia rədd olunub. Bu üzdən jurnalist rayon prokurorundan məhkəməyə şikayət edib.
Şikayətə hakim Azər Tağıyev baxıb. Şikayət məhkəmə nəzarəti qaydasında verildiyindən, iclas qapalı keçirilib. Məhkəmədə prokurorluğu təmsil edən Dilavər Dilavərli sənəd təqdim edib. Prokuror Rasim Hacıyevin adından məhkəməyə göndərilən sənəddə yazılıb ki, Fərqanə Novruzovanın müraciəti prokurorluqda qeydə alınıb və şikayətin araşdırılması Yasamal rayon prokurorunun köməkçisi Azad Əliyevə həvalə olunub.
Fərqanə Novruzova məhkəmədə aprelin 13-də baş verənləri danışıb və həmin hadisənin əks olunduğu diski hakimə təqdim edib. Jurnalist icra başçısının hərəkətinə hüquqi qiymət verilmədiyini bildirib: “Xahiş edirəm, prokurorun hərəkətsizliyinin qanunsuz sayılmasına dair qərar çıxarasınız”.
Prokurorluğun nümayəndəsi şikayətin hələ araşdırıldığını və buna görə də konkret qərar qəbul edilmədiyini söyləyib və deyib ki, “bu səbəbdən şikayət təmin oluna bilməz”.
Qısa müşavirədən sonra hakim jurnalistin şikayətinin təmin olunmadığını elan edib.
“Absurd qərardır”
Jurnalistin nümayəndəsi Samirə Ağayeva AzadlıqRadiosu-na qərardan apellyasiya şikayəti veriləcəyini bildirib: “Prokurorluğun nümayəndəsi məhkəmədə deyir ki, araşdırma davam edir, məktub təqdim edir. Halbuki, prokurorluğun bizə göndərdiyi iki məktub var. Əslində, bizim şikayətimizdən sonra prokurorluq ya cinayət işinin başlanması, ya da rədd olunması haqda qərar qəbul etməli idi. Əvəzində, bizə iki cümləlik məktub göndərdilər. Yazmışdılar ki, “məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiniz”. Biz təkrar müraciət göndərdik. Yenə tamamilə eyni cavab gəldi, sadəcə, məktubun nömrəsi və tarixində fərq vardı. Əlimizdə bu cavablar olduğu halda, “araşdırma davam edir” əsası ilə məhkəmənin şikayətimizi təmin etməməsi absurddur. Görünür, bu işlə bağlı heç bir qərar qəbul etmək istəmirlər. Biz də buna imkan vermək niyyətində deyilik”.