Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Nardaran məhbusu Abbas Hüseynova işgəncə verilməsi ilə əlaqədar şikayətə baxmaqdan imtina edən Qaradağ Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu haqda avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində qərar qəbul olunub.
Qaradağ Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb. Abbas Hüseynovun vəkili Yalçın İmanovun “Azadliq.info”ya bildirdiyinə görə, şikayət təmin olunmayıb.
Vəkil Abbas Hüseynova işgəncə verilməsi məsələsini Avropa Məhkəməsi müstəvisinəçıxarmaq niyyətindədir.
Qeyd edək ki, qanuna görə, məhkəmə nəzarəti qaydasında mübahisləndirilən işlərdəapellyasiya məhkəməsindən sonra Ali Məhkəməyə müraciət etmək nəzərdətutulmayıb.
Abbas Hüseynov avqustun 8-də vəkili ilə görüşündə ona bildirmişdi ki, istintaq təcridxanasından Qobustan həbsxanasına gətirildikdən dərhal sonra işgəncələrə məruz qalıb. Onu açıq havada, 40 dərəcə istidə dəmir dirəyə bağlayıb, döyüblər, daha sonra həbsxananın rəisi Avtandil Ağayev öz otağında əlləri qandallı vəziyyətdə saxlayaraq, ona dəyənəklə zərbələr endirib. Ardınca da soxulcanlarla dolu “kars” otağına salıblar.
Bundan sonra vəkil müvəkkilinə qarşı işgəncələrlə əlaqədar həbsxananın yerləşdiyi ərazi üzrə Qaradağ rayon Məhkəməsinə müraciət edib. Amma məhkəmə işgəncəşikayətini icraata götürməkdən imtina edib. Bu qərarı da belə əsaslandırıb ki, beləşikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmır.
Yalçın İmanov isə bu qərarı əsassız və qanunsuz hesab edir. Vəkil onu da qeyd edir ki, Abbas Hüseynovun üzərindəki işgəncə izlərini onunla görüş zamanı özü də görüb: “Təəssüf ki, yerli məhkəmələr məhkuma işgəncə verilməsi məsələsinə bu cür yanaşırlar”.
Xatırladaq ki, Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş vəikisi polis olmaqla, 6 nəfərin ölümünə səbəb olan əməliyyat nəticəsində həbs olunub. O, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və daha 16 nəfərlə birlikdəmühakimə olunub, 20 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Abbas Hüseynov cəzanın ilk 7 ilini həbsxana rejimində çəkməlidir.
Abbas Hüseynov da daxil, Nardaran işi üzrə məhkum olunanların hamısı ittihamları rədd edir, onlarda heç bir silah olmadığını, polislərin namaz qıldıqları yerdə hücum etdiyini bildirirlər. Nardaran məhbuslarının sözlərinə görə, ölənlərin hamısı da polislərin güllələrindən qətlə yetirilib.