Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
AXCP sədrinin müavinin apellyasiya şikayəti təmin olunmadı
AXCP sədrinin müavini Gözəl Bayramlı haqqında həbs-qətimkan tədbirinin müddətinin daha iki ay uzadılmasına dair Nəsimi Rayon Məhkəməsinin 17 avqust tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb. Avqustun 24-dəBakı Apellyasiya Məhkəməsində Namiq Məmmədovun sədrliyilə qapalı keçirilən məhkəmə iclasının nəticəsi olaraq, belə bir qərar çıxarılıb. Bu haqda “azadliq.info”ya Gözəl Bayramlının vəkili Zibeydə Sadıqova məlumat verib.
Məhkəmədə Gözəl Bayramlı özü də iştirak edib. Məhz siyasi fəaliyyətinə, hakimiyyəti tənqid edən fikirlərinə görə həbs olunduğunu deyən Gözəl Bayramlı ona qarşı irəli sürülmüş ittihamların saxta olduğunu bildirib.
Elə vəkil də Gözəl Bayramlıya qarşı heç bir ciddi sübut ortaya qoyulmadığını, onun əsassız olaraq həbsdə saxlandığını deyir.
Zibeydə Sadıqova Gözəl Bayramlının səhhətindəki problemlərdən də danışıb. Bildirib ki, o, yeriməkdə çətinlik çəkir, buna baxmayaraq, hələ də ona əl ağacı verilmir. Bundan əvvəl də Gözəl Bayramlının müayinə və müalicəsinə imkan yaradılması üçün dəfələrləmüvafiq qurumlara müraciət etdiklərini deyən vəkil təəssüflə qeyd edir ki, bu müraciətlərin heç bir nəticəsi yoxdur: “İstintaq müalicə reseptinin Gözəl Bayramlıya verilməsi haqda vəsatətimizi təmin edib, amma yenə də vermirlər. Heç olmasa, onun Penitensiar Xidmətin Müalicə Müəsissəsinə köçürülməsini istəyirik, buna da imkan verilmir”.
Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən “Sınıq körpü” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Onun üzərindən bəyan edilməmiş 12 min dollar tapıldığı iddia olunsa da, Gözəl Bayramlı həmin pulun çantaya məhz axtarış aparanların özləri tərəfindən atıldığını bildirir.